Posted by: jafarova on: Dekabr 27, 2011
demek isteyirem ki susqunluga son vermek qerarini verdim. xettde qalin
Manıslarımız eurovision müsabiqəsində birinci olanda bilirdim ki, sadə vətəndaşlara bu qələbə baha başa gələcək. Bunu deyəndə düzəlməz və bəzən dözülməz optimistlər israrla bu müsabiqənin bizim demokratikləşmə və avrointeqrasiya prosesində irəliləyiş ilə nəticələnəcəyindən, ən pis halda siyasi məhbusların azad olunacağından dəm vururdular. Həmişəki kimi, siz sağ – mən salamat prinsipi ilə bədbin proqnozlarımı atdım sandığa. Sağ olsun hakimiyyətimiz başda İlham Əliyev olmaqla heç vaxt bədbinliyimi əsassız olmasına izn vermir. Eurovision üçün stadion, ya konsert salonu (hələ nəmənə şey olacağı bəlli deyil) tikmək üçün Bayılda camaatın evini sökməyə başlayıblar. Yer çox simvolikdir:Bayraq meydanın yanı. İnanmayanlar bu videoya baxa bilər.İnanlarda baxsın. Hakimiyyətdə Əliyev və Co olduqca bu aqibətdən heç kim sığortalanmayıb.
http://www.azadliqradiosu.az/video/23290.html
Posted by: jafarova on: İyun 16, 2011
Elmir Mirzoyev elə nadir adamlardandır ki, istəsən də haqqında pis bir söz deyə bilmərsən. Gözəl dost, parlaq ictimai fiqur, yaltaqlığı ilə deyil istedadı ilə professional uğur qazanan bəstəkar,mübahisə zamanı aponentlərinə qarşı son dərəcə mədəni və dözümlü yanaşan və.s və ilaxır. Uzun sözün qısası Azərbaycanı mənə tərk etməyə qoymayan, hər şey bitməyib belə badam varsa kimi ipucu verən bir ziyalıdır Elmir. bütün bu səbəblərdən Elmiri necə sevməmək olar sualı beynimdə yaranmayıb. Ona görə dünən bu xəbəri oxuyanda, bugün təkrar göz gəzdirəndə şokda idim. Qudurğanlığın həddi olmaz deyərlər. Haqlıdırlarda. İstedadsız, Kəmaləddin Heydərovun qohumluğuna arxalanıb meydan oxuyan insankimilər ancaq Elmir kimi adama ziyan verməklə tarixə düşə bilərlər. Kərəm Əkbərovun adı indi Elmir sayəsində ən azından “google searchda” çıxacaq!
Nə demək istəyirəm, Elmir çox dəyərli insandır! Onu qorumaq lazımdır! Ən azından yalnız olmadığını, Kəmaləddin Heydərovun qohumu olmasın lap İlham Əliyevin özündən belə Azərbaycan tarixinə və bugününə daha lazımlı adam olduğunu ona yazaq! ən azından mənəvi yardımımızı əskik eləməyək!
Posted by: jafarova on: May 24, 2011
Xəstəxanadan qaçış ya həkimlər cümə axşamları nə edir?
Səhər 11. Tibb bacısı yuxudan oyadıb sistem vurulacağını bildirdi. Yataqdan qalxıb həkimin otağına getdim. Burdan çıxmaq qərarım qəti idi. Otaqda heç kim yox idi. Palataya qayıdanda tibb bacısı sistem hazırlaya – hazırlaya dedi ki, xəstəxanada bir dənədə həkim yoxdur, hamsı yasa gedib!? Bugün heç kim olmayacaq. Anama zəng edib, burdan ya həkim izni ilə, ya da özbaşna çıxacağımı bildirdim. Anam bir az sebrli olmağı və onu gözləməyimi istədi. Onsuzda yardım olmadan buranı tərk edə bilməzdim. Çox zəif idim.
Korupsiya ilə mübarizə haqqında
Tibb bacısı isə həkimlərin yasa gedib, tibb bacılarının isə bu mərasimdə iştiraklarına izn verməmələrinə küskün idi. Bundan istifadə edib ondan maraqli məlumatlar aldım. Məlum oldu ki, korupsiya ilə mübarizədən ən çox sanitarlar və tibb bacıları əziyyət çekirmiş. Həkimlər isə necə rüşvət alırdılarsa, elə də davam edirlər. Hər təbii doğuşda iştirak üçün ancaq həkimlər 200 manat (həkimin zəhmət haqqı), “keser”ka üçün 300 manat, müalicə yazmaq üçün 20 manat alır. Özüdə bu qiymətləri xəstənin yaxınlarına elə həkimin tibb bacısı çatdırır. Amma tibb bacılarının bundan “xeyiri” nə qədərdir? İki – üç manat!
Tibb bacısı monoloqunun sonunda mənə məsləhət də verir:
“getmək istəyirsən burdan, həkimin cibinə pul bas”!
Rüşvət indiyənə qədər verməyən adam kimi etiraz edirəm və sadəlövhcəsinə ərizə yazıb çıxaram deyirəm.
Birinci rüşvəti necə verdim!
Cümə günü həkimlə hüququ müstəvidə dialoqum baş tutmadı. Qaçış planımda alınmadı, məndən şübhələnən həkim tibb bacılarına məndən göz qulaq olmağı tapşırmışdı. Tərslikdən lüks palata tibb bacılarının otağı ilə üzbəüz idi. ikinci dəfə bir həftə ərzində özümü şpion filmlərindəki kimi hiss edirdim. Anam özünəməxsus tərzdə məsələni çözmək istəyirdi. Tanışlar tapıb həkimə zəng elətdirmək istəyirdi. Əslində elətdirdidə. Amma həkim nuh deyirdi, peyğəmbər demirdi. Görünür kaprizli xəstəni cəzalandırmaq istəyirdi. İki günlük burdan çıxmaq cəhdlərim məni bir az da halsızlaşdırdı. Artıq əlac yox idi. Rüşvət verməyə razı olmuşdum. Bəraət qazandırmıram özümə, bunu eləməməli idim. Amma söhbət təkcə məndən getmirdi, qızımı düşünməli idim. xəstəxanada qaldıqca daha çox xəstələndiyimi hiss edirdim. Səhər ovcumda 10 manat pul həkimin otağına girdim. 5 dəqiqəyə ərizə yazıldı və mən evə yığışmağa getdim….
Beləliklə xəstəxana məcaralarım bitdi. Artıq şərhə ehtiyac yoxdur. Öz gözlərimlə inkişafı gördüm, dövlətimizin vətəndaşlarına qayğısını öz üzərimdə hiss etdim…
Posted by: jafarova on: May 23, 2011
Pulsuz dərmanlar haqqında mif
Gözlərimi açanda yenə “luqs” palatada idim. Sol əlimə sistem qoşulmuşdu. Sağ əlimdə vena tapa bilməyib ordakı kapilyarlarımı partlatmışdılar. Sonrakı 6 gündə bu tez – tez tekrar olunurdu. 6 tibb bacısı başıma toplaşır vena axtarırlar ən azı bir dəfə kapilyarımı partladırlar, sonda anastazioloq çağırılır və venama sistem qoşulurdu. xəstəxanadan çıxandan sonra əllərim göm – göy idi. Remarka: Luqs otağ haqqında: İki çarpayı, iki tumboçka, dəmirdən uşaq beşiyi, stol, bir dənə stul, nuh əyyamından qalma və ancaq yerli kanalları göstərən “pultlu” televizor (işığı söndürəndən sonra ekran da öz – özünə parlaqlığını itirir, ekran qaralırdı. Döşəmə – yırtıq linolium. Divardan süni güllər asılmışdı. Otaqda tualet – hamam yox idi. Bu cehenneme, “umlvalnikdə” yox idi. Palatadan çıxıb başqa otaqları görənə qədər niyə bu otağa lüks deyildiyini anlamırdım. Başqa otaqlarda vəziyyət daha pis idi. Bir balaca otaqda 5 çarpayı. Havasızlıq. Divarlar çatlaq. Dərmanlar: Xəstəxanada bizə tibb bacıları bildirdilər ki, dəhlizdəki yazdıqlarına (Səhiyyə Nazirliyin elanı: xəstəxanada bütün dərmanlar pulsuzdur) baxmayaraq onlarda dərman nədir, adicə bint və pambıq belə yoxdur. Buna inanmırdım. Amma birdəfə biləyimdəki venaya düşə bilməyən tibb bacısı sonra açılan qanı dayandırmaq üçün üzə taxılan tibb maskasını yara üstünə basanda artıq bu sözlərin həqiqət olduğunu anladım. Xəstəxanalarda adicə bint belə yoxdur. Ola bilər təcili yardımda vəziyyət başqadır…. ora yaxşı ki, düşmək nəsib olmayıb. Müalicə: Həkim analizlərin nəticəsini gözləmədən mənə iki səhifəlik dərman resepti yazmışdı. Mən huşumu itirəndə, sonra da yatdığım zaman atam hamsını alıb gətirmişdi. Anamla dərmanların qutularını və içindəki kağızları oxuyandan sonra dərmanların yarsını geri qaytardıq. Nələr yox idi orda, xroniki ciyər, böyrək, ürək xəstələri üçün dərmanlar…. Qeyd edim ki, bu orqanlarımın heç birindən şikayətim yox idi və yoxdur. İki gün ərzində hər gün sistem vurulurdu mənə. Tibb bacısına suallarım: diaqnozum nədir? bu Sistemlər nə üçündür? həmişə eyni cavablanırdı : “Həkimdən soruş, mənim deməyə ixtiyarım yoxdur”. iki gün idi həkimi görmürdüm, iki gündən sonra yenə hüzüruna çağırıldım. Yenə eyni prosedur, uşağın ürək döyüntülərini dinlədilər, teziq ölçüldü və UZİ – yə getmək tapşırığı aldım. Hələ tam özümə gəlməmiş vəziyyətdə məni qonşu binaya UZİ – yə apardılar. Bu dəfə liftdən istifadə etmək olmazdı. UZI- hər şeyin qaydasında olduğunu bildirdi. Yenidən həkim xanımın hüzuruna qayıtdım.
“Kaprizli qız” və ya diaqnozu necə öyrənirlər
Diaqnozumu və analizlərin cavabını soruşacaqdım. Həkim saat 3 də analizlərin cavabını gələcəyini bildirdi. Saat 3 də həkim artıq evinə getmişdi. Səhərisi gün yenidən analizlərimin cavabını və diaqnozumu soruşmağa getdim. Həkim: “Sən evin tək uşağısan? Yox? Onda niyə belə kaprizlisən” atmacasını indiyə qədər anlamıram. İnsan xəstəxanada yatır, və niyə bura düşdüyünü öyrənmək istəyir! Kaprizin bura nə nə dəxli var? uzun sözün qısası həmin gün də həkim mənə diaqnozumu demədi. Axşam tualetə gedəndə dəhlizdə növbətçi tibb bacısının şəxsi işləri oxuduğunu gördüm. Şpion filmlərindəki kimi, onun getməyini gözləyib öz şəxsi işimi tapıb gizlicə oxudum. Diaqnoz: zəhərlənmə, qastrit və taksikoz!!! ya ondansan, ya bundan! Analizlərim qaydasında idi… Yatmağa gedəndə artıq özüm üçün dəqiqləşdirmişdim ki, sabah səhər burdan çıxacağam. Onsuzda gün ərzində sadəcə bir dəfə sistem vurulurdu mənə, bunuda ev şəraitində davam etdirmək olar. Sadəlövh idim… bilmirdim ki, azərbaycan xəstəxanasına düşmək bir dərddir,ordan çıxmaq tamam başqa dərd…
(Ardı var)
Posted by: jafarova on: May 22, 2011
“Luqus” palata
“Potologiya” şöbəsi üçüncü mərtəbədə yerləşirdi. Ayaq üstə güclə dayandığım üçün Tibb bacıları mənim üçün nasilka axtarışına çıxdılar. Divara söykənib iki orta yaşlı kök qadının koridorun o başından bu başına qaçıb “bu katalka hardadır” əbədi sualına nə cavab tapacağını maraqla izləyirdim. Katalkanı tapmayan tibb bacıları qoluma girib lift tərəfə məni sürütməyə başladılar. Liftlə üçüncü mərtəbəyə qalxdıq. Dəhlizdə valideynlərim gözləyirdi. Onlara nəsə ümid verici bir söz demək istəyirdim, amma düzünü desəm söz deməyə taqətim yox idi. Anamın səsini eşitdim :
“Pulunu verəcəm, qızı luks palataya salın”!
“Luqus 50 manatdır, ha!” – bunu qolumdan tutan tibb bacısı dedi. Anamla razılaşıb məni luqsluğu sadəcə televizorun pardon pultlu televizorun olması ilə seçilən bir otağa apardılar. stola otuzdurub yataq dəstinin harda olması ilə maraqlandılar. söhbətin nədən getdiyini anlamırdım. Sən demə xəstəxanaya gələn xəstə özü ilə yataq dəsti, fincan, qab – qaşıq, pijama və xalat gətirm əlidir. Anam tibb bacısına vəziyyəti izah edib “hörmət” vəd edib yataq dəstinin onların verməsini xahiş etdi!? Absurd yuxu gördüyümü artıq düşünməyə başlayırdım. Yataq dəsti yarım saata tapıldı, həkim hələ horizontda yox idi! luks palatada mədəm yuyulduqdan sonra hələdə qurumamış yaş paltarla, qırmızı vedrəni qucaqlayıb oturmuşdum. yarım saatdan sonra rəngi qaçmış gecə köynəyi və amma təmiz! yataq dəsti hardansa tapılıb gətirildi. Tibb bacısı sabah bunları mütləq qaytarmaq lazımdır, başqa şöbədən tapmışam xəbərdarlığını edib harasa yene qeyb oldu. Anam çarpayını hazırlayıb məni uzatdı.
Həkim müayinəsi
Təzə gözlərimi yummuşdum ki, tibb bacısı təntənə ilə içəri girib həkimin məni qəbul otağında gözlədiyini dedi. Bu axırıncı damla idi. Gözlərimi açıb heç yerə getməyəcimi bildirdim. Həkimi palataya tələb elədim. Həkim 10 dəqiqə sonra gəldi. bu qadını təsvir eləmək üçün mənim söz ehtiyatım çox kasaddır. Amma yenə çalışacağam. Orta yaşlı, artıq kilosu çox artıq olan,makiyajdan sui sitifadə edən, xalatını iki razmer balaca alan, həkimdən çox qəssaba bənzəyən bir tip.
- Kaprizli qızımız sənsən demək? – sözlərindən sonra məni və anamı başdan ayağa qədər süzür- “mənim bütün aparaturam otağımdadır, burda müayinə necə olacaq”. sonra ənənəvi harda uçetdayam sualı gəlir. Mən cavab verə bilmirəm. Anam hər şeyi əvvəldən danışır, mənim hamiləliyin ilk 6 ayıının Türkiyədə yaşamağımı, dünəndən başlanan halsızlığımı, səhərki vəziyyətimi bə bura necə gəlib çıxmağımı. Həkim diqqətlə dinləyirdi. sonra cibindən adını bilmədiyim cihazı çıxardıb qarnıma qulaq asmaq üçün əyildi. Əyilmək ona əzab verirdi. Qadın təngənəəfəs olub başını qaldırdı. Mən bu palatada işləyə bilmirəm. Şərait yoxdur. dur gəl otağıma deyib, bizi tərk etdi.
Anam və tibb bacısının köməyi ilə həkimin otağına getdim. Kuşetkaya uzadıldım. Həkim ayağımın altındakı balaca televizor boyda bir aparatı yandırdı. Sən demə uşağın qəlb atışlarını dinləmək üçün cihaz idi. İnsafən onu mənim palatama daşımaq daha asan idi nəinki məni bu otağa. Uşağın qaydasında olduğunu təyin etdikdən sonra həkim mənim təziqimi yoxladı. Bu iki cihaza görə mən bu otağa gətirilmişdim. Həkim İstanbuldan niyə gəldiyimi soruşdu. sualı anlamayib anama baxdım. İkinci sual meni yox anamı əsəbləşdirdi : İstanbul yaxşıdı ya Bakı? Anamın haqlı bu sualın müayinəyə nə əlaqəsi var həkimin orijinal cavabı: Baxmaq istəyirəm huşu yerindədir! düşdüyüm absurd vəziyyətin təsiri idi, ya sadəcə qisas hissi bilmirəm amma həkimin duz stoluna bir porsiya qusub huşumu itirirəm…
(Ardı var)
Posted by: jafarova on: May 21, 2011
Türkiyədən bura gələndə, dostlar – qohumlar hamsı təəcüblənirdi. Çünki adətən dünyaya uşaq gətirmək üçün imkanı olanlar buranı tərk edir. Azərbaycan tibbi ilə salam meleykümü olmayan bir adam kimi mənə bu “niyələr” təəccüblü gəlirdi. Problem sənə toxunmayana qədər xəbərlərdən aldığın bilgi sənə uzaq görsənir. Bizdə qəribə iddialar olur, bu mənim başıma gələ bilməz. Elə bil doğulandan bütün pis hadisələrdən sığortalanırıq. Artıq həkimə getmək mənim üçün işgəncəyə çevrilib.
Bu girişdən anladığınız kimi, axır ki, Azərbaycan tibb işçiləri ilə yaxından tanış oldum. Sumqayıtda valideynlərimin qonağı olarkən özümü pis hiss etdim. Təziqim düşdü, hər beş dəqiqədən bir qusurdum.. Valideynlərim vəziyətimi görüb məni xəstəxanaya götürdülər. Birinci özəl xəstəxanaya apardılar. Orda qəbul eləmədilər, çünki korupsiya mübarizə kompaniyasına görə “uçetda” durduğum xəstəxanaya getməli idim. Qeyri – insani münasibətə etiraz əlaməti olaraq xəstəxanın foyesində ürəkdən qusdum!
Taksiyə minib bu dəfə taksistin dediyi kimi, “hökümət” xəstəxanasına aparıldım. Yolda atamla anam aralarında mübahisə edirdi. Atam zəhərləndiyimi iddia edirdi, anam gecikmiş taksikoz diaqnozu qoyurdu. Mən isə huşumu itirməmək üçün bir mahnının sözlərini təkrar edirdim, təbii ki, sayıqllama diaqnozu qoyulmasın deyə ürəyimdə. Atam mübahisədə qalib çıxdı (şoferin yanında oturması və kişi xaylağının sözünün daha çekili olması öz efektini göstərdi) və məni xəstəxanın “infeksionnı” adlandırıllan şöbəsinə gətirdilər. Bu şöbəyə girib infeksiya tapmamaq mümkün deyil! Həkim mənim mədəmi yumaq üçün bir spesifik iyli otağa apardı. Orda tas və vedrədə su məni gözləyirdi. Ürəyimdən hansı sözlərin keçdiyini yazmayacağam. Amma Oktay Şirəliyev, divardan portreti asılmışın, küncdə stendi qurulmuşun hamsı 7 ci nəsilə qədər yada salındı. Heç bir sual verilmədən, diaqnoz qoyulmadan mədəmi yuma prosesi başladıldı. Tibb Bacısı təmizliyi böyük şübhə yaradan yaşıl plasmas stakanla suyu mənə içizdirir, bunu tələm tələsik elədiyinə görə stəkanın yarsı üstümə tökülürdü. 5 – ci stakandan sonra icdiyim su geri ləyənə qayıtdı. Həkim oçkisini taxıb ləyənə baxdı, suyu iynəyib başını buladı: “Yox zəhərlənmə deyil!!??” dedi. Aparın genekoloqa.
yaş, hələdə ürəyim bulana və başım gicəllənən vəziyyətdə bu dəfə həmin xəstəxanın qadın məsləhətxanasına məni yola salırlar. Atam demək olar ki məni belində daşıyır. sadəcə hər şeyin nə ilə bitəcək sualı məni huşumu itirməyə mane olur. Qadın məsləhətxanasında başqa hamilə qadınlar halımı görüb məni sırasız buraxırlar. Həkim günün ualını verir: “propiskan haradlr? harda uçetdasan?”. Burda əsəblərim dözmür. Və bərkdən bir adam məni müayinə edəcək deyə məncə haqlı olaraq qışqırıram! Həkim birinci gözlərini bərəldir! sonra üstümə şığıyıb deyir: “Həkimlə necə danışırsan!Özüvüzü nə sayırsız?”. Anam araya girib başımıza gələnləri danışır. Həkim tanış çıxır və mənə minnət otuzdura – otuzdura yuxarı potologiya şöbəsinə aparırlar…
(Ardı var)
Posted by: jafarova on: May 16, 2011
1. Eurovision Avropanın vacib mədənni hadisəsi deyil. Eurovisionda qələbə çalan ulduzlar bir günlük şöhrət qazanırlar. Müsabiqə tarixində ABBA – dan başqa heç kim dünya pop tarixində iz qoymadan çıxıb getdi. Bir günlük gündəm üçün bu qədər səs küy anlamsızdır. Mən hələ xərclənən milyonlardan danışmıram…
2. Bu qələbədə bizim pop kültürümüzün heç bir rolu olmayıb. Mahnını bəstələyənlər avropalılar, xareoqroflar avropalılar, səhnənin tərtibatı və kostyumlar avropalıların… bizim mədəniyyət Avropanı fəth etdi iddiası bütün bunların fonunda gülməlidir. bizim olan orda sadəcə xalqın büdcəsindən oğurlanan pullar idi.
3. Ölkəmizi təbliğ etdik. Nəyini təbliğ etdik? Ölkəmizdə təbliğ edəcək nə var? Siyasi məhbuslar? Yaşamaq hüququndan tutmuş – azad düşünmək hüququna qədər pozulan ölkənin nəyini təbliğ edəcəksiniz Avropaya?
Ən sonda eşitdiyimə görə qalib olduqdan sonra Tünzalə Ağayeva adında müğənni deyib ki, Şəhidlərin qanı yerdə qalmadı! demək ki, insanlarda müqəddəs heç nə qalmayıb, əgər yaltaqlanmaq üçün artıq şəhidlərin ruhu ilə də alver gedirsə….
Posted by: jafarova on: Aprel 24, 2011
Tez – tez şikayət edirik ki, əşi bizim cəmiyyət deyişən deyil. Deyinirik! MÜcərrəd şeyləri tənqid edirik! Konkret situatsiyanı pisləyə bilərik, amma amanın günüdür insanları tənqid edək. Üz – üzdən utanar kimi axmaq deyimlər yada düşülür. İctimai institutların olmadığı ölkədə ictimai qınaqdan danışmaq absurddur. Amma yenədə Anar Məmmədxanovun ölümündən sonrkı hadisələr buna məcbur edir.
Anar Məmmədxanov haqqında fikirlərim bu bloqda var. Biloji ölümündən sonra fikrim dəyişməyib.
İkinci absurd deyimi də, “ölü haqqında ya yaxşı danışarlar, ya susarlar” söhbəti mənim bloqumda aktual deyil. Amma düzünü desəm deməyə xüsusi sözümdə yoxdur. Ölüm xəbəri məni nə sevindirdi, nə də kədərləndirdi. İctimai – siyasi həyatda hörmətə layiq bircə hərəkəti də, olmayan bir fiqur idi.
Məni narahat edən başqa məsələdir. Facebook sosial şəbəkəsində bir qrup adamın Anar Məmmədxanlını ictimai fiqur kimi tənqidinə reaksiyaları. Sən demə insanlar öləndən sonra, toxunulmazlıq mandatı alır. Onlar haqqında danışmaq, hətta canım sənə desin, fikirləşmək də olmaz.
Ölkədə çox proseslərə göz yuman, dirilərin hüquqlarının pozulmasını sakitcə izləyənlərin, ölünün hüquqlarını belə ürək yanğısı ilə qorumaqları dəhşətli mənzəridir!
Məşhur klassikimizin sözlərini deyişib hamı bir ağızdan desin:
Allah sizə rəhmət eləsin DİRİLƏR!
Şərhlər