Niderland gündəliyi – III hissə. Səhiyyə sistemi

Huisarts

Huisartsın ( hərfi tərcüməsi ev həkimi) Nederland səhiyyəsində ən vacib adamdır. Adətən hər rayonun öz huisartı var.  Onun qəbuluna düşmək üçün öncədən zəng etməlisən. Asistentindən görüş alıb, gedib dərdivi ona danışırsan. Əgər  xəstəliyin ciddiliyinə inansa ( simptomlar ciddi olsa) xəstəxanaya başqa mütəxəssisə ya analizə  təyinat yazır. O kağızsız sən xəstəxanaya gedə bilmərsən. Əgər inanmırsa o zaman parasitamol, gündə iki litr su  və təmiz hava məsləhətləri başlayır. Buna görədə Hollandlar qrip, soyuqdeymə zamanı həkimə getmirlər. Parasitamolu istənilən marketdən almaq olar.

Mənim huisartsa üç gedişimin üçüdə ikinci ilə bitdiyinə görə huisartsdan sonrakı mərhələ haqqında yaza bilməyəcəyəm…

Təcili yardım

Əgər insult, infarkt keçirmirsizsə, güllə yarası almamızsızsa, şah damarıvızı kəsməmivizsə təcili yardıma zəng eləməyin heç bir mənası yoxdur. Yuxarıda sadaladığımlardan başqa bir səbəb göstərsəz telefonun o tayındakı adam sizə huisartsa müraciət  etməyi  məsləhət görüb söhbətə son qoyacaq.

Apteklər

Bizim yaşadığımız şəhərdə cəmi 4 aptek var. Əhalinin sayı isə 57.370. Yaşadığın əraziyə baxan aptekə qeydiyyatın şərtdir. Dərmanlar reseptsiz verilmir. Satışda şpritz yoxdur.  Ancaq qara bazarda almaq olar. İynələr ancaq xəstəxanada vurlur. o da ciddi xesteleyin varsa. Dərman alanda qutuda adın, soyadın, ünvanın və dərmanı gündə neçə dəfə və nə zaman içəcəyin yazılır.

Metodların müxtəlifliyi

Uşaqlar üçün burda ideal şərtlər var. İki aydan bir məcburi qızımı uşaq konsultasiyasına aparıram. Orda  Həvvanın  ( 2 yaşlı qızım) boyu və çəkisi ölçülür. Bunlar kompyuterə ötürülür və orda diaqramlarda fiziki inkişaf alqoritmini izləyirik. Həvvanın son iki ayda nə etdiyi, nəyə maraq göstərdiyi haqqında danışırıq. Və sonda peyvənd olunur. Bütün bunlar pulsuzdur.

Uşağın qızdırması 40 dərəcəyə qalxmayana qədər ona atəşı salan dərmanlar verilməsini məsləhət görmürlər. Uşaq orqanizmi özü mübarizə aparmağı öyrənməlidir. Bu mənim huisartımın Həvvanı görəndə ən çox təkrar etdiyi cümlədir. Uşağın boğazə ağrıyanda həkim ona dondurma verməyi məsləhət görmüşdü. Anama onun sözlərini çatdıranda, bir dəqiqəlik sükutdan sonra anam özünün şah cümləsini dedi: “Qara yerə soxum onun həkim boyunu”. Ən maraqlısı odur ki, bu üsul kömək elədi. Dərmansız!

 Sığorta

Məcburidir. Minimum paketin aylıq  qiyməti 100 eurodur. 18 yaşına qədər uşaqlar üçün sığorta pulsuzdur.

“Niderland gündəliyi – III hissə. Səhiyyə sistemi” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma