Niderland gündəlikləri ( Pendir çörəkli qonaqlıqlar)

Niderlandda yaşamağımın bir il  yeddi ayına həsr olunur….

Bura gələnə qədər   orta statistik yer kürəsi sakini  kimi Hollandiya deyəndə  ağlıma pendir,Anna Frankın gündəliyi, yel dəyirmanları, zanbaqlar və kofeşoplar gəlirdi.  Hollandiyanın tək bunlardan ibarət olmadığını kəşf etmək üçün burda 2 həftədən çox yaşamaq lazımdır.  Burda gördüklərimlə və mədəni fəqrlər haqqında yazmaq qərarına gəldim. Sevdiyim şeylər haqqında bloqumda çox az yazmışam. İlklərdən biri olsun

Yeməyə nə var?

Axilesin zeif yeri dabanı idi. Azərbaycanlının cinsiyyətindən və yaşından asılı olmayaraq  bu yer qarındır. Nə yalan söyləyim mən də istisna deyiləm. Hollandiyaya gəldiyim ilk gündən dadlı yeməklər yeyə biləcəyim restoran axtariram, bir il yeddi aydır ki, tapa bilmirəm.  Hollandlarda yemək kultu yoxdur.

Hollandlar adətən gündə üç dəfə yemək yeyirlər. Səhər yeməyi çörək+ pendir+ kolbasa, bəzi hallarda  araxis yağı və çörək. Süd və ya kofe yanında.

Günorta yeməyi –  ya pendir çörək, ya  kolbasa çörək ya  da araxis yağı ilə çörək. Lanç roomlarda günorta yeməyinə daha yaradıcı yanaşsalarda ümümi konsept – “çörək arası” pozulmur. 

Axşam yeməyi  6 – 8 arası yeyilir. Bütün ailə üzvlərinin iştirakı vacibdir. Yəqin Hollandiyada ən sevdiyim adətlərdən biridir. Hamı süfrə arxasında oturur. Hollivud filmlərindəki kimi)) bizdə ailədə kim nə vaxt istəyirdi o zamanda yemək yeyirdi. Dünyanın ən dadlı təamı olsada tək süküt içində yemək yeməyin heç bir zövqu olmur. Burda isə əksinədir. Yemək çox bəsitdir. Qızardılmış ət ( toyuq, balıq, donuz əti ya qoyun əti), qarnir ( kortof, duyu ya makaron). Bəzən  ana yemək sendviçdə ola bilər. Desert kvark və djem ( kvark – yogurtla kesmiyin qarışığı), alma piroqu.

Seletka

Hollandlar seletkanı şox sevirlər. yemək üsülu iki cürdur. Ya quyrugundan tutub ( burda seledka kilkadan bir az böyük olur) hamsını udursan yada hot dog kimi bulka arası yeyirsən. ikinci halda üstünə bir az xırda doğranmış soğanda qatırlar. Burda Hətta seledka bayramıda olur)))) ildə bir dəfə. Bayramın adı Bayraq günüdür. Amma həmin gün seledkaya hesr olunur. Yanlış xatirlamıramsa 19 iyundur.

Qonaqlıq

 Yene vurğulamaq istəyirəm,bütün inkişaf etmiş xalqlar kimi Hollandlarda yemək kultu yoxdur. Hollandiyada yaşamağa təzə təzə başlayanda evə qonaq gələndə Azərbaycanlı məndə oyanırdı. İki cür ana yemək, salatlar, desert hazırlayırdım. Hollandlar süfrəyə çaşqınlıqla baxırdılar. Bir az da yəqin görməmişlik kimi qiymətləndirirdilər. Holland sayağı qonaqlıq çips, pendir, baqet, baliq salatı, şərab ( pivə), çerri pomidor və zeytundan ibarətdir. Düzünü desəm bu məni tam qane edir. Çünki azərbaycansayağı qonaqlıq zamanı qadın bir gün əvvəldən yemək hazırlamağa başlayır, qonaqlığ zamanı adam kimi qonaqlar ünsiyyət bağlaya bilmir – yeməyi qızdırmaq, süfrəni düzəltmək, sonra süfrəni yığmaq, çay süfrəsi hazırlamaq və.s, qonaqlar gedəndən sonrada başlayırsan təmizliyə. Burda isə super marketə gedib cəmi 20 euro xərcləyib, aldıqlarını qaba düzürsən və vəssəlam. Otur qonaqlarınla söhbət elə.. Birmənalı olaraq Hollandların kobud dillə desək  pendir – çörəkli qonaqlıqları mənim daha çox xoşuma gəlir…

“Niderland gündəlikləri ( Pendir çörəkli qonaqlıqlar)” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma