Bizimkilər Avropada

Giriş əvəzi

Bizimkilər özlərinə qıraqdan baxmağı sevmir. Düzünü desəm heç kimlə aşağıda yazdıqlarımla bağlı mübahisə etmək, inandırmaq istəmirəm. Ona görə şərh bölümündə özüvüzü çox yormayın. Yazdıqlarım şəxsi müşahidələrimdir. Kimsə razılaşmırsa şəxsi problemidir. Bir problemin həlli yolu o haqqda danışmaqdan başlayır. Amma bizim millət dialoqdan çox monoloqa meyllidir. Istisnalar yoxdurmu?  Var, amma o qədər azdır ki, onları tapanda xəzinə tapmış kimi sevinirsən.

Balaca Azərbaycan

Niderlanddakı Azərbaycanlılar ermənilər və gürcülər kimi oğru adını qazanmayıblar. Ümumiyyətlə azərbaycanlıları burda tanımırlar. Nə yaxşı tərəfdən, nə də  pis tərəfdən. Mənə bu qəribə gəlirdi, necə yəni  onminlerle azərbaycanlı  burda yaşayır.  Amma sonradan əmmasını anladım. Azərbaycanlılar burda öz balaca bakılarını, sumqayıtını, gəncəsini qurub yaşayırlar. Niderlandlılarla ünsiyyətə giməkdə maraqlı deyillər. Hətta onları öz aralarında ələ salərlar, gülürlər ( bu haqqda ayrıca yazacağam). Təsəvvür edin ki, burda yaşamq üçün icazə alan azərbaycanlı ilk növbədə çexiyaya gedib “Bohem” xrustalından çılçıraq, qab – qacaq alır. Sonra Bakıdan ya da Türkiyədən zərli – zibalı pərdələr sifariş edir. Mebel də təbii turk dükanlarından ağır, çox yer tutan, az funsional, çox gözə batan olmalıdır. Bunu bir daha deyəcəyəm Avropada yaşayan azərbaycanlıların əksəriyyətinin  evlərində hər şey həddindən artıq gözə batan və çox olur. Mİnimalist niderlandlı ev dizaynından sonra belə evə qonaq getmək işgəncədir.  Ələxsus uşaqla. Amma bunun ilə məsələ bitsəydi…

Bir millət iki dövlət

Burda Azərbaycanlıların ən çox ünsiyyətdə olduğu xalq türklərdir. Sosial yardım da illərlə oturan, dili düz əməlli öyrənə bilməyən, bura gələndən sonra urapatriotizm xəstəliyinə tutulan və dindarlaşan azərbaycanlının başqa kimlə dostluq edə bilər. Belə dostluqların nəticəsi kimi türklər onları dönər satan, maqazində satıcı kimi işlərə ğötürür. Cümələr məscidə getmələr, türklərin çayxanalrında çay içib avropalılari peysər çıxarmaq yarışları və.s və ilaxır. Bir dəfə belə bir tipajın 12 yaşlı oğlunun ad gününü məscidə getmədiyinə görə zəhərə döndərdiyinin şahidi olmuşdum. Paradoks ondadır ki, həmin ailə hər həftə kilsədən ərzaq yardımı alır. Belə xırda nüanslar çoxdur və burda yaşayan həmvətənlərimizin maddiyyat mövzusunda öz prinsipləri ilə kompromisə getmə bacarığı məni heyrətə gətirməyə bilmir. Yalan söhbətdir ki, sistem dəyişsə millətdə dəyişəcək. Demokratik və tolerant cəmiyyətdə yaşayan bizim həmvətənlərimiz burda daha çox özlərinə qayıdırlar.

Azərbaycansayağı qənaət

Avropada komunal xidmətlərin ödənməsi bizimkindən çox fərqlidir. Burda ailə üzvlərinin sayına görə qiymət dəyişir. Qaz,işıq və su üçün təyin edilmiş qiyməti hər ay ödəyirsən. ilin sonunda hesablama aparılır. Əgər ödədiyin qiymətdən az istifadə eləmisənsə aradakı fərqi sənə geri qaytarırlar. Uca kosmos şahidim olsun ki, bizim millət bu mövzuda niderlandlılara treninqlər verməyə layiqdirlər. Su qənaət eləmək üçün tualetin sifonunu gündə bir dəfə dartmaqlar, paltarlarını ayda iki dəfə yumaqlar, çimdiyi suyu yığıb tualetə ehtiyaclarını təmin  etdikdən sonra tökmələr…. uzun sözün qısası pulu qənaət edirlər. Nə üçün? Hamsı burda milyoner deyil. Sosial yardımda illərlə oturan ailələr var. Sosial yardım isə minimum ehtiyacları ödəmək üçündür. Belə qənaətsiz həqiqətəndə geriyə pul atmaq olmur. Bəs bir – birinin acığına iphonlar, bahalı paltarlar  hansı pullara alınır?  Çoxu qara ( vergisi ödənilməyən) işlərdə işləyir. Və belə  Azərbaycanda yaşayan ailələrinə aybay pulllar göndərir. Özlərini belə  varlı, vacib və səxavətli ən əsasıda azərbaycandakı  düşmənlərin bağrını çatladırlar.Uzun sözün qısası olduğundan daha varlı görsənmək azərbaycanlıların heç vaxt müalicə oluna bilməyəcəyi xəstəliyidir.

Birlik isə necə olmayıb elədə yoxdur. 10 azərbaycanlını yan  – yana gətirtmək olmur. Əgər təbii ki, səfirliyin tıdbiri deyilsə ya da Bakıdan Röya gəlməyibsə…

“Bizimkilər Avropada” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma