movzu köhnı movzudur “azərbaycansayağı yarışma”

Azərbaycandan gedən gündən bəri özümə bir söz vermişdim, heç vaxt orda Əliyevlərə qarşı mübarizə aparan adamlar haqqında pis bir fikir səsləndirməyəcəyəm. Çox yanlış qərar idi. Çünki insanları tənqid etmədiyimiz müddətcə onlar özlərini sorğulamağı unudur, bütün mövzularda haqqlı olduqları qənaətinə gəlirlər.

Çox söz oyunu oynamayacağam,  “Demokratiya naminə musiqi” yarışması yekunlaşdı. Münsiflər heyəti 2 peşəkar musiqiçi  – Elmir Mirzəyev və Firudin Allahverdidən və kampaniyanın koordinatoru, hüquq müdafiəçisi Rəsul Cəfərovdan ibarət olmuşdur. Nə gizlədim, Azər bu müsabiqəyə qatılanda ona tam dəstək oldum.  Səbəbdə yuxarıdakı üç ad idi. Düşünürdüm ki, Azərbaycanda keçirələcək  doğru dürüst musabiqə kimi tarixə düşəcək. Azər çox düşündü, mənim iştirakım ayıb olar dedi. Qoy gənclər özünü sinasın kimi şübhələri də oldu. Amma sonunda Emin və Adnan həbsdə olarkən yazdığı  Azad edin mahnını müsabiqəyə göndərdi.

Bugün qaliblər elan oldundu. Aydan birinci yeri tutdu. Mən tanımıram Aydan kimdir. Mahnı yumşaq desək,alya Mina Sovetski stilindədir. Burda dinləyə bilərsiz. Qızciğazla işim yoxdur sonunda hamının istədiyi kimi özünü ifadə etmək haqqı var.

Münsiflərə  ikicə sualım var ( indi sadə vətəndaşların ritorik  suallar vermək dəbi var)

1. Hansı kriteriyalara görə bu mahnı birinci yeri tutub?

2. Azər mahnını göndərəndə onun yeni olmadığını bildirmişdi. Təşkilatçılar bunun problem olmadığını deyirlər.sonra isə bu səbəbidə mahnının musabiqədən xaric edilməsində  görürlər. Bu necə təşkilatçılıqdır… ( bu da ritorik sual)

P.S.Mən hər zaman Azərə olan ədalətsizliklərə qarşı susmuşam. Düşünürdüm ki, həyat yoldaşı statusundayam. Düzgün anlaşılmaz. İstedad varsa ( ki o var) onun mənim müdafiəmdə  ehtiyacı heç vaxt olmaz. Heyif…

Hər zaman Azərbaycanda ədalətsizlikdən gileylənən  adam, əslində özünə də bir az səlahiyyət versən kabinetlərdə  oturan məmurlar kimi istedadı tapdalamağa, özünküləri hər yerə soxuşdurmağa meyilli olduqlarını nümayiş etdirməsindən acı verici mənzərə yoxdur. Çox sağ olun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma