Niderland gündəliyi – Ailə haqqında

Niderlandda ailə münasibətləri çox aydın qurulub. Ailə iki hissədən ibarətdir. “Familie” və “gezin”. İksinin də hərfi tərcüməsi ailə deməkdir. Əmması haqqında aşağıda.

Familie

Nənə, baba, xala, əmi, dayı, bibi, bacı, qardaş və onların ailələri “familie” qrupuna daxildir. Onlarla ildə üç dəfə mütləq görüşlər olur. Bu  Milad bayramı, Yeni il və analar – atalar günüdür. Qalan vaxt isə individualdır. İstəyirsən hər həftə görüş. İstəyirsən bayramda – ad günüdə. Amma mütləq zəngləşməlisən, gəlmək istəyirsənsə  görüş təyin etməlisən. Bu görüş təyin etmək məsəsləsi çox yanlış anlaşılır bəzən. bu ona görə görə edilmir ki, Avropada analar övladlarını az sevir, ailə uşağın qayğısına qalmır və ya bir azərbaycanlı dediyi kimi “qan yerinə avropalıların damarlarında su axır”. YOX! sadəcə insanlar bir – birinin vaxtına hörmət edir. Başqalarının öz qohumu olsa özəlinə burunlarını soxmurlar.

Gezin

Ana, ata və uşaqlar. Bu ailə tipini gezin adlandırırlar. Onlar adətən bir yerdə yaşayır. Uşaq haqqında ailə adətən 30 – dan sonra düşünürlər. Maddi olaraq müstəqil olduqdan sonra. Adətən ana uşaq olandan sonra evdə oturur ya da ki yarı günlük iş rejimini seçir. Çünki uşaq bağçaları burda inanılmaz dərəcədə bahadır. Amma əgər ailənin gəliri minimumdan aşağıdırsa və ana təhsil alırsa hökümət geri qaytarmamaq şərti ilə bağçanın xərclərini ödəyir. İbtidai təhsil 4 -5 yaşından başlayır. Təhsil sistemi Niderlandda çox maraqlıdır. Bu haqqda sonra mütləq yazacağam.

Niderlandlılar hər boş dəqiqələrini ailələri ( gezin) ilə çekirməyə çalışırlar. Bərabər tətil,piknik, gəzmək, velosiped sürmək, baseynə getmək, alış veriş etmək və.s. Düzünü desəm qıraqdan bu mənzərəyə baxanda adama o qədər pozitiv hiss verir ki. Adi şeylərdən zövq ala bilmək hissi yəqin niderlandlılarda ən çox sevdiyim xüsusiyyətdir.

Nigah

Niderlandlılar kağız parçasını və ya toy şənliklərini çox önəmli hesab etmirlər. Əsas öhdəlikləri paylaşmaqdır. Çox zaman insanlar nigaha girmir, sadəcə partnerluqlarını bələdiyyədə rəsmiləşdirirlər. kontrakt imzalayırlar. Kontraktda hər şey aydın göstərilir. Bu olmasa ayrıldıqda tərəflərin birinin borcu varsa onu hər iki tərəf bərabər miqdarda ödəməlidir.

Qocalar evi

Qocalar evi  ən azlndan bizim şəhərdə alış veriş mərkəzlərinin yanında ( yəni mərkəzi küçələrdə) yerləşir. İlk baxışdan başqa mənzillərdən heç nə ilə fərqlənmir. İçəridədə adi evlərdir – mətbəxi, qonaq və yataq otağı var. Adi mənzildən onunla fərqlənir ki, orda təcili yardım çağırmaq üçün düymə var.  Yaşlılar evinə çox vaxt insanlar öz istəyi ilə gedirlər. Burda yaşlılar evin bir küncündə paslanmırlar. Aktiv həyat yaşayırlar. Səyahət  edirlər.Xeyriyəçiliklə məşğul olurlar.

Bu bloqda yazılanlar sadəcə mənim müşahidələrimdir. Xahiş edirəm bunu sadəcə bir rəy kimi qəbul edəsiz.

“Niderland gündəliyi – Ailə haqqında” üzərinə 4 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma