Nİderland gündəliyi – uşağı necə tərbiyə edirlər( anaların xahişi ilə)

Niderland ailələrində uşağın dünyaya gəlməsini 30 yaşdan sonraya planlayırlar. Bunun səbəbi bu hadisəyə maddi cəhətdən hazır olmaq istəyidir. Ananın hamiləliyinin 6 – cı ayında artıq uşağın otağı, kolyaskası, maşında yeri,velosipedder oturacağı,  salonda  öz xüsusi küncü hazır olur. Bundan sonra valideynlərb bu hadisəyə psixoloji hazırlaşmağa başlayırlar. Niderlandda əgər hamiləlik normal keçibsə evdə doğmağa izin verirlər. Sadəcə doğum başlayanda həkimə zəng edirsən. Xəstəxanada doğuşdan  6 saat sonra ana və balanı evə göndərirlər. Burda 40 gün uşağı gün üzünə çıxartmaq üçün gözləmək kimi mənasız adət yoxdur. Bir həftəlik uşağı martda kolyaskada üstü açıq görəndə anam gözünə inanmamışdı. “Bu Hollandlar uşaqlarına baxa bilmir”, –  deyə deyinmişdidə.  Amma bura üçün bu görüntü adi haldır. Niderlandlılar uşağı böyüklərə nisbətən bir qat az geyindirirlər.

Körpəlik

Uşaq xəstəxanadan çıxandan öz otağında şəxsi yatağında yatır. İlk 6 ay həkimlər uşağa su verməyə izn vermirlər. Bunun səbəbini hələdə anlaya bilmirəm. Niderlandda qadın və kişi işi kimi ayrımlar yoxdur. Ata və ana uşağa qulluqda və tərbiyəsində bərabər iştirak edir. Gecə uşaq oyandısa ata gedib onu sakitləşdirir. Ata uşaq uçun əlində pult heykəl deyil, doğma insandır. Uşaq yeməkləri, meyvə püreləri, düzsuz tərəvəz və ət yemək püreləri bu bütün supermarketlərdə satışdadır. Və demək olar ki, uşaqlarının rasionun 99% – ni onlar teskil edirş Yemək mövzusunda da, valideynlər özlərinə dərd eləmirlər. Yemir yeməsin, maye qəbul edirsə hər şey qaydasındadır. Niderlandlılar bütün günü uşaqla söhbət edirlər. birinci günündən. Ətrafdakı əşyaları ona sözlə izah edirlər, öz hərəkətlərini izah edirlər ( məsələn ana yemək bişirir, bütün prosesi qazanı götürəndən – ocağı söndürənə qədər uşağa təsvir edir).  Bir də pəncərədən uşaqla baxırlar. Məsələn  maşın keçdi evin qabağından. Anası maşını göstərir deyir bax, evin qabağından qırmızı maşın keçdi. Daha bizimki kimi, bax bippi vin eledi kimi sarsaq cümlələr qurmurlar. Bütün bu verbal komunikasiya bolluğuna baxmayaraq valideynlər öz sərhədlərini aydın çizirlər. Nee is nee ( ter. yox – yox deməkdir). Niderlandlılar uşaqlarını özləri ilə demək olar ki hər yerə aparırlar. Burda evlərdə dayə görməmişəm. Bəlkəm zənginlərin ailəsində var, amma orta statistik holland üçün bu yolverilməz lüksdır.

Uşaq

Uşaq yeriməyə başlayandan sonra valideynlər ona tam hərəkət azadlığı verir. Evdən və bağçadan çıxmamaq şərti ilə ( 4 yaşına qədər). Niderlandlılar uşağa olmaz və ya yox deməyi sevmirlər. Bu sözlər əvəzinə niyə olmazı və niyə yoxu izah edirlər. səs tonunu qaldırmadan. Uşağa nəsə izah edəndə sevimli və ya əzizim deyə xitab edirlər.Bu zaman uşağın gözlərinin üçinə baxılır. Göz kontaktı çox önəmlidir. Bizim həkim bunu onunla izah edir ki, o zaman uşaq məsələnin ciddiyyətini daha yaxşı qavrayır. Uşaq isterikaları mən burda müşahidə eləməmişəm. Təbii ki, başqalarının ailəsi həmişə qıraqdan baxan üçün idealdır. Amma nə bağçada, nə qonaq gedəndə, nə oyun meydanlarında( burda hər küçədə bələdiyyənin uşaqlar üçün qurduğu oyun meydançaları var),nə də tez – tez getdiyimiz heyvanat bağçasında valideyninin sözünə qulaq asmayan, isterik halda qışqıran, bağıran uşaqlar görməmişəm. Valideynlər uşaqları təbiətlə tanış edir. Həftə sonları, yaxşı havada meşəyə gəzməyə, piknikə gedirlər. Bütün bunlara baxmayaraq Holland valideynləri uşaqlarının öpdüklərini və ya qucaqladıqlarını mən görməmişəm. Elə bil hisslərini bu formada göstərməkdən utanırlar.

Cibxercliyini özün qazan

Niderlandda valideynlər uşaqlarının arzu və istəklərini yerinə yetirən sehrli cin rolunu öz üstlərinə götürmürlər. Niderlandılıar uşağı məsuliyyətli, gəlirini – çıxarını hesablamağı bacaran və  işguzar olmağı öyrədirlər. Məsələn bahalı bir kompyuter və ya telefon istəyirsən, get işlə. Burda 12 yaşından etibarən insan leqal işləyə bilər. Kontrakt bağlanılır, maaş kaəsilir. Bütün günlük iş deyil təbii ki. Hardasa gündə iki saat səhərlər qəzet paylamaq, ya da supermarketde təmizlik ya da ərzaqların dolaba yerləşdirilməsi kimi. Mən bunu Niderland tərbiyəsində çox sevirəm. Burda heç bir iş ayıb sayılmır.

Niderland tərbiyəsi haqqında bir ildə müşahidə etdiklərim bundadır. Yenə təkrar edirəm yuxarıda yazılanlar sadəcə mənim müşahidələrimdir. Mütləq  həqiqət deyil

“Nİderland gündəliyi – uşağı necə tərbiyə edirlər( anaların xahişi ilə)” üzərinə 7 şərh

  1. Teshkkurler, Vefa xanim. maraqli terbiye usullari var,. oyune bilerem ki men de bezilerini edirem.🙂 amma birce opmek meselesinde razi olmadim.
    onlarin ushaqlari niye erkoyun olmur bes? bunun sebebini aydinlashdira bildizmi? meselen, onlar ushaga oyuncaq alirlarmi ve ya magazada satilan amma saglamliga ziyanli cipsi-ne bilim bele sheylerden nece cekindirirler?

    1. erkoyun ona gore olmurlar ki, burda evvelcede serhedler bellidir. Meselen mendede eledir. Men hevvaya yox demirem her bos seye gore. Amma meselen golde sudan cixmaq istemeyende sakit sesle deyirem indi cixmasan sabah gelmeyeceyik bura. Ve Hevvada bilir ki men bunu edecem. Sakit cixir sudan. Burda terbiyede esas vacib olan sey ardicilliqdir. Eger sen bir defe zeiflik gostersen usaq bunu hiss edir ve baslayir santaj elemeye. Oyuncaq meselesi burda cox asanddir. Usaqlar anadan olandan her 4 aydan bir valideynlerin hesabina dovlet pul yatizdirir. 18 yasina qeder. Bu pula valideynler usaqlarina oyuncaq ve paltar alirlar. Yeni aile budcesine guc dusmediyine gore boyuk memnuniyyetle bunu edirler. Amma bunuda bir oyuna cevirirler. Usaga secim azadligi verirler. amma hemin erazideki butun magazinleri gezenden sonra istediyini ala biler, Cipsi movzusunda deye bilmerem. men elinde cipsi yeyen usaq gormemisem. Amma marojna, limonad ve kartoshka fri burda usaqlarin normal kucede yediyi yemekdir( bezen ele evdede)

  2. Eynile bele situasiya Amerikada da movcuddur. Bunun shahidiyem, ve chox meselelerde ushaq terbiyesinde onlarla raziyam. Bele terbiyenin neticesidir ki, ushaqlar serbest, oz hereketlerine ve qerarlarina gore cavabdeh ve mesuliyyetli boyuyurler. Amma bir terefden de ushaq ve valideyn arasinda soyuqluq olur. 15-16 yashindan college-de oxumaqa olkenin ayri terefine gedib oxuyurlar, ve valideynlerini ilde 2-3 defe gorurler. Bizde bu agilasigmayan bir hereketdir, chunki butun heyat boyu hami Bakida yashayir, demek olar ki) Amma Amerika ailenin butun uzvleri tehsil almaq, ishlemek ve ya sadece yashamaq uchun here bir terefe gedib yasha biler. Ona gore de bir az soyuqluq yaranir, amma bele veziyyetde bu tebii haldir.
    P.S. Ushaq ana sudu ile qidalanirsa, onun suya ehtiyaci yoxdur, chunki sud demek oler ki, 90% sudan ibaretdir. Istisna olaraq, lap isti yay aylarinda elave su teklif etmek olar. Amma men onu da elememishdim, chunki ev hemishe serin idi, gunun isti vaxti ise biz gezmeye chixmirdiq.

    1. Soyuglug (ve ya soyugganlilig) ve distansiya saxlamag demek olar ki, butun gerb olkelerinin bir chox sakinlerindedir. Bu hardasa yaxshidir hardasa yox. Gerb insanlarinin ushaglari boyuk sebirsizlikle mustegil olacaglari gunu gozleyirler ve boyudukde memuniyyetle mustegil heyata atilirlar, ozleri uchun ev ve ya otag kirayeleyirler, bashga shehere, vilayete oxumaga, ishlemeye gedirler. Azerbaycandaki kimi, omru boyu ata-anasina baglanib galmirlar, ata-ana evinde yashamirlar ve ata-ana evine goz dikmirler. Ata-ana ile birge yashmagdansa oz hemyashidlari ile birge ev kirayelemeyi ustun tuturlar.

      1. Onlarin ushaqlarini musteqil boyutmelerinden bashqa hech bashqa yollari da yoxdur axi. Musteqil, ozuneguvenen, mesuliyyetli olmasalar, cemiyyetde davam getire bilmezler. Nese elde etmek uchun bu keyfiyyetler vacibdir. Omrunun axirina kimi ana-ata komeyine guvenmekdense, ozune guvenmek yaxshidir.

  3. Hazirda demek olar ki, bir chox gerb olkelrinin pediatriya institutlari sirf ana sudu ile gidalanan ushaglara (6 aya geder) elave su verilmesini tovsiye etmirler. Bu ancag soyug olkelerde yashayan ushaglara shamil olunur. Ve isti havada ve ya ushagda bayira getme( constipation) lengiyende ushaga su da teklif etmek olar. Pediatriya institutlari 6 aya geder sirf ana sudu ile gidalanan ushaglarin suya olan ehtiyacini ana sudunun odediyini bildirir.
    Amma eger ushag formula( geyri ana sudi ) ile gadalanirsa ona mutleg su verilmesi tovsiyye olunur.

  4. Avropanı ilahiləşdirmək adətini bəzi azərbaycanlıların canından çıxarmaq lazımdır. Keçmişdə necə rusları ilahiləşdirirdilərsə, indi də avropalılara eynilə pərəstiş edirlər. Avropa nə edirsə düz edir, azərbaycanlı nə edirsə səhv edir. Bütün mövzu ancaq bundan ibarətdir. Necə deyərlər, qınından çıxıb qınını bəyənməyənlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma