Niderland gündəliyi II – hollandlar haqqında

Hollandiya və Hollandlar haqqında qeydlərim

1. Sağlamlıq

large_1316525448-268

Hollandlar çox sağlamdılar.  Səbəbi təmiz hava, sağlam qida  və idmandır. İlin 4 fəslindədə ( əslində hollandiyada həmişə bir fəsildir  PAYIZ) idmanla məşğul olurlar. Fitnes kluba abunəçilik, səhər 6 da  qışda, qarda yuxunun ən şirin vaxtında oyanıb qaçmalar və.s.  Soyuq! Bəzən mənə elə gəlir ki, onlar soyuq havanı hiss eləmirlər. 12 dərəcə havada mən paltoda dişim dişimə dəyəndə onlar  qısaqol t – shortlar gəzirlər. Maqazinlərdə uşaq  üçün papaq tapmaq mümkün deyil. Qarlı havada da uşaqlar papaqsız, şarfsız və əlcəksiz gəzirlər. Anam bura gələndə bunu görəndə bir – iki gün təəccübdən özünə gələ bilmirdi. Mən belə bacarmasamda ( anamın bizi 3 qat geyindirməyi öz təsirini göstərir) Həvvanı ( 2 yaşlı qızımı) Hollandlar kimi geyindirməyə çalışıram. Və möcüzə, uşaq soyuqdəymə, qrip  nədir bilmir.

 

 

2. Velosiped.

DF496F9727DCC2ABE7C2AC0C22

Hollandlar zarafatca  velosipedi üçüncü ayaqları adlandırırlar.  Hollandiyada velosipedlerin sayı insanların sayından daha çoxdur. Bütün Hollandiyada  xüsusi velosiped yolları var. Velosiped yollarının  salınmasının çox maraqlı hekayəsi var. 1973 il böhranından  sonra  Nederland höküməti qənaət eləmək üçün velosiped  yolları infrastruktunu inkişaf etdirməyə qərar verir. Amma bunu 10 illik plana salırlar. Hökümət bu məsəsləni müzakirə edən zaman bir neçə uşaq dərsə velosipedlə gedəndə yol qəzasına düşüb ölürlər. Velosiped yollarının olmadığına görə onlar magistral yollardan istifadə ediblərmiş. Bütün ölkədə tətillər başlayıb. İnsanlar velosipedlərini alıb yollarda velosiped barikadaları qururdular. Beləliklə bütün ölkəni əhatə edən velosiped yollarının salınması başlayır.

Hollandlar  velosiped sürməyi uşaqlıqdan öyrənirlər. Sonra ibtidai  məktəbdə yol qaydaları və velosipedi güvənli sürmək dərsləri alırlar. Kiminsə velosipedi sürə bilməməsi burda elə təəccüb doğurur ki, sanki kimsə gəzməyi bacarmır))) Hollandlar velosipedlə alış verişə, işə, məktəbə, qonaqlığa, gəzməyə gedirlər. Bəlkəm buna görə Hollandiyada ( böyük şəhərləri çıxmaq şərti ilə) yol tıxacları problemi yoxdur.

3. Pərdələr həmişə açıqdır.

Mənə Hollandiyada ən çox qəribə gələn adətlətdən biridir.  Burda yüksək hasarlar yoxdur. Pərdələr, jaluzilər də heç vaxt bağlanmır. Beləliklə kuçədən evlərin içi və orda yaşayanların nə etdikləri ovcuvun içindədir. Deyilənə görə bu II  Dünya Müharibəs zamanı yaranmış adətdir. Açması bizim gizlədəcək heç bir şeyimiz yoxdur. Şəffavlığı sona qədər dəstəkləsəmdə mənim pərdələrim hər zaman bağlı olur. Bu arada əsl Holland ilə gəlmələrin evini bir bağçanın baxımsızlığı bir də bağlı pərdələrdən bilmək olur.

4. Qonağ getmək istəyirsən qəbula düş…

Zarafat eləmirəm. Burda  insanlar günlərini iki həftə öncə planlayırlar. Bütün rəsmi və ya qeyri rəsmi görüşlər üçün zəng edib qəbul günü və saatı təyin etməlisən. Burda yaxında idim, bir fincan qəhvəyə gəldim, – söhbəti burda işləmir. Qohumlara, dostlara fərq eləmir lap anam olsa da gün  və saat təyin olunur. Bizim üçün bu qəribə gələ bilər, amma nəinki görüş saatı hətta nə vaxta qədər otura bilərsən belə bəzən müzakirə olunur..

5. Əhalinin 40 % ateistdir)))

“Niderland gündəliyi II – hollandlar haqqında” üzərinə 6 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma