Banan ölkəsində SEÇKILƏR: Qardaş – qardaşa qarşı

94 saylı Bərdə seçki dairəsindən AXCP-Müsavat blokunun namizədi Elnur Məcidlinin qohumu təzyiqlər nəticəsində Elnurun 15 imza vərəqindən 12 dənəsini qaçırıb gizlədib. Təsəvvür edin necə ölkədə yaşayırıq? İllərdir tanıdığımız, güvəndiyimiz insanları müxalif düşərgədən olan namizədlərə qarşı istifadə edirlər. Qazandıqları qəpik – quruşları əllərindən alacaqları ilə  namizədin qohumlarını təhdid edirlər ! Hər dəfə olduğu kimi, işdən qovulma və şəxsi biznesin əlllərindən alınacaqları təhlükəsi ilə insanlar imtahana çekilirlər!

Hakimiyyət müharibədə bütün vasitələrdən istifadə eləmək olar prinsipi ilə silahlanıb öz əlaltıları vasitəsi ilə onlardan olmayanlara qarşı mübarizə aparırlar.  sekçilərə bir gün qalmış YAP – çıların  könüllü qulları hansısa müxalifətçi namizədi seçkilərdən uzaqlaşdırmaq üçün küçələrə tökülüb onun təbliğatı ilə məşğul olmağa başlasalar belə artıq təəcüblənmərəm. Kütlə  çoxunluqda artıq məğlubiyyəti qəbul edib!

Kütlə 2003 – 2005 – də olduğundan daha passivdir! onların heç kimin deyişiklik gətirəcəyinə inanmır. Sözün ən pis mənasında xalq ələ baxan olub! onlar sadəcə bu seçkilərədən İlham xan və onun əyanlarının süfrəsindən onlara da pay düşəcəyini gözləyir.

Bizə isə müşahidə edib əsəbləşmək, bu uğursuzluq girdabından necə çıxacağımızı planlaşdırmaq qalır!

“Banan ölkəsində SEÇKILƏR: Qardaş – qardaşa qarşı” üzərinə 2 şərh

Bir şərh yazın