dolma davasının cografiyası böyüyür!

Dünya iki yerə parçalanıb: Dolma davası edənlərə və etməyənlərə!

Mən bu günə qədər elə bilirdim ki,dolma davası edən ancaq biz və ermənilərik! Bu dərin mənalı mən hətta deyərdim dəyərlər davası sən demə Balkanlarda: Serblər və bosniyalılar da arasında gedir! Mövzu eynidir: Dolma bizimdir!

Bu günlərdə Belçikadan bir  xanım qonağımız idi. O uzun Müddət Balkanlarda konfliktoloq kimi çalışmışdı. Qadın süfrədə məzələr içində Dolmanı görəndə bütün iştahı qaçdı. Balkanlarda konflikt zamanı tərəflər ən çox bu mövzu ətrafında ortaq bir fikrə gələ bilmədiklərini dedi. Yazıq Avropalı başa düşmür nəyə görə bir yemək üçün bu qədər adamlar əllərini çırmalayıb ağızları köpüklü bir – birini öldürməyə hazırdır.  “dolma kimindir nə fərqi var? “deyə soruşdu. Nə cavab verəsən? heç nə məndə milli debilizm haqqında heç nə deməyib susdum!

Yolda fikirləşdim ki, bizim və ermənilərin Balkanlardakı müharibədən xəbəri olsa))) ümumi düşmənə qarşı birləşib Qafqaz dövlətləri Balkanlara qarşı I dünya  dolma savaşı açsa necə maraqli olar! Serblər – Bosniyalılar (Balkan komandası) və Ermənilər – Azərbaycanlılar (Qafqaz komandası) kimi birləşib dolmanın onların bölgəsindən çıxdığını dünya ictimayətinə çatdırsınlar! bir birinə güllə əvəzinə dolma atəşinə tutsunlar! BMT, NATO canım sənə desin Avropa Şurası bu məsələyə qarışıb uzun uzadı müzakirələr edib kimin haqlı olduğunu təyin etsinlər! Atəşkəs elan olunduğu gün ümumdünya dolma günü elan olunsuzn! bu absurdu təsəvvür edə bilirsiz!? Amma mən əminəm ki, bizim qədim millətlər lazım gəlsə bunu da edərlər!

Bütün avara Millətlər bir – birinə oxşayır!

“dolma davasının cografiyası böyüyür!” üzərinə bir şərh

  1. zor sohbetiydi,lezzet eledi,bu haqda dk.ravikda yazmishdi,ama siz daha etrafli yazdiniz,teshekkurler,herden fikirleshirem dogrudanda menim kimide dushunenler var(yani siz menim kimi dushunursunuz mu movzularda),menim etrafimda bele insanlarin az oldugundan sizin kimi insanlar gorende biraz teecublenirem
    menim xalam ogullari var,onlarin hec bir savadi yoxdu,yani qiraxdan baxsan hec demersenki bunlar muxalif insanlardi,ama onla hele men ushaq olandi(men patriot vaxtlarim idi)deyerdiki:2 qaz millet bir birini qirir,heqiqeten beledi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma