Müasir Solyerilər haqqında

Elmir Mirzoyev elə nadir adamlardandır ki, istəsən də haqqında pis bir söz deyə bilmərsən. Gözəl dost, parlaq ictimai fiqur, yaltaqlığı ilə deyil istedadı ilə professional uğur qazanan bəstəkar,mübahisə zamanı  aponentlərinə qarşı son dərəcə mədəni və dözümlü yanaşan və.s və ilaxır. Uzun sözün qısası Azərbaycanı mənə tərk etməyə qoymayan, hər şey bitməyib belə  badam varsa kimi ipucu verən bir ziyalıdır Elmir.  bütün bu səbəblərdən Elmiri necə sevməmək olar sualı beynimdə yaranmayıb. Ona görə dünən bu xəbəri oxuyanda, bugün təkrar göz  gəzdirəndə şokda idim. Qudurğanlığın həddi olmaz deyərlər. Haqlıdırlarda. İstedadsız, Kəmaləddin Heydərovun qohumluğuna arxalanıb meydan oxuyan insankimilər ancaq Elmir kimi adama ziyan verməklə tarixə düşə bilərlər. Kərəm Əkbərovun adı indi Elmir sayəsində ən azından “google searchda” çıxacaq!

Nə demək istəyirəm, Elmir çox dəyərli insandır! Onu qorumaq lazımdır! Ən azından yalnız olmadığını, Kəmaləddin Heydərovun qohumu olmasın lap İlham Əliyevin özündən belə Azərbaycan tarixinə və bugününə daha lazımlı adam olduğunu ona yazaq! ən azından mənəvi yardımımızı əskik eləməyək!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma