Pulsuz Səhiyyə Xidməti – miflər və həqiqət (II Hissə)

“Luqus” palata
“Potologiya” şöbəsi üçüncü mərtəbədə yerləşirdi. Ayaq üstə güclə dayandığım üçün Tibb bacıları mənim üçün nasilka axtarışına çıxdılar. Divara söykənib iki orta yaşlı kök qadının koridorun o başından bu başına qaçıb “bu katalka hardadır” əbədi sualına nə cavab tapacağını maraqla izləyirdim. Katalkanı tapmayan tibb bacıları qoluma girib lift tərəfə məni sürütməyə başladılar. Liftlə üçüncü mərtəbəyə qalxdıq. Dəhlizdə valideynlərim gözləyirdi. Onlara nəsə ümid verici bir söz demək istəyirdim, amma düzünü desəm söz deməyə taqətim yox idi. Anamın səsini eşitdim :
“Pulunu verəcəm, qızı luks palataya salın”!
“Luqus 50 manatdır, ha!” – bunu qolumdan tutan tibb bacısı dedi. Anamla razılaşıb məni luqsluğu sadəcə televizorun pardon pultlu televizorun olması ilə seçilən bir otağa apardılar. stola otuzdurub yataq dəstinin harda olması ilə maraqlandılar. söhbətin nədən getdiyini anlamırdım. Sən demə xəstəxanaya gələn xəstə özü ilə yataq dəsti, fincan, qab – qaşıq, pijama və xalat gətirm əlidir. Anam tibb bacısına vəziyyəti izah edib “hörmət” vəd edib yataq dəstinin onların verməsini xahiş etdi!? Absurd yuxu gördüyümü artıq düşünməyə başlayırdım. Yataq dəsti yarım saata tapıldı, həkim hələ horizontda yox idi! luks palatada mədəm yuyulduqdan sonra hələdə qurumamış yaş paltarla, qırmızı vedrəni qucaqlayıb oturmuşdum. yarım saatdan sonra rəngi qaçmış gecə köynəyi və amma təmiz! yataq dəsti hardansa tapılıb gətirildi. Tibb bacısı sabah bunları mütləq qaytarmaq lazımdır, başqa şöbədən tapmışam xəbərdarlığını edib harasa yene qeyb oldu. Anam çarpayını hazırlayıb məni uzatdı.

Həkim müayinəsi

Təzə gözlərimi yummuşdum ki, tibb bacısı təntənə ilə içəri girib həkimin məni qəbul otağında gözlədiyini dedi. Bu axırıncı damla idi. Gözlərimi açıb heç yerə getməyəcimi bildirdim. Həkimi palataya tələb elədim. Həkim 10 dəqiqə sonra gəldi. bu qadını təsvir eləmək üçün mənim söz ehtiyatım çox kasaddır. Amma yenə çalışacağam. Orta yaşlı, artıq kilosu çox artıq olan,makiyajdan sui sitifadə edən, xalatını iki razmer balaca alan, həkimdən çox qəssaba bənzəyən bir tip.
– Kaprizli qızımız sənsən demək? – sözlərindən sonra məni və anamı başdan ayağa qədər süzür- “mənim bütün aparaturam otağımdadır, burda müayinə necə olacaq”. sonra ənənəvi harda uçetdayam sualı gəlir. Mən cavab verə bilmirəm. Anam hər şeyi əvvəldən danışır, mənim hamiləliyin ilk 6 ayıının Türkiyədə yaşamağımı, dünəndən başlanan halsızlığımı, səhərki vəziyyətimi bə bura necə gəlib çıxmağımı. Həkim diqqətlə dinləyirdi. sonra cibindən adını bilmədiyim cihazı çıxardıb qarnıma qulaq asmaq üçün əyildi. Əyilmək ona əzab verirdi. Qadın təngənəəfəs olub başını qaldırdı. Mən bu palatada işləyə bilmirəm. Şərait yoxdur. dur gəl otağıma deyib, bizi tərk etdi.
Anam və tibb bacısının köməyi ilə həkimin otağına getdim. Kuşetkaya uzadıldım. Həkim ayağımın altındakı balaca televizor boyda bir aparatı yandırdı. Sən demə uşağın qəlb atışlarını dinləmək üçün cihaz idi. İnsafən onu mənim palatama daşımaq daha asan idi nəinki məni bu otağa. Uşağın qaydasında olduğunu təyin etdikdən sonra həkim mənim təziqimi yoxladı. Bu iki cihaza görə mən bu otağa gətirilmişdim. Həkim İstanbuldan niyə gəldiyimi soruşdu. sualı anlamayib anama baxdım. İkinci sual meni yox anamı əsəbləşdirdi : İstanbul yaxşıdı ya Bakı? Anamın haqlı bu sualın müayinəyə nə əlaqəsi var həkimin orijinal cavabı: Baxmaq istəyirəm huşu yerindədir! düşdüyüm absurd vəziyyətin təsiri idi, ya sadəcə qisas hissi bilmirəm amma həkimin duz stoluna bir porsiya qusub huşumu itirirəm…
(Ardı var)

“Pulsuz Səhiyyə Xidməti – miflər və həqiqət (II Hissə)” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma