Pulsuz səhiyyə xidməti – miflər və həqiqət ( I hissə)

Türkiyədən bura gələndə, dostlar – qohumlar hamsı təəcüblənirdi. Çünki adətən dünyaya uşaq gətirmək üçün imkanı olanlar buranı tərk edir. Azərbaycan tibbi ilə salam meleykümü olmayan bir adam kimi mənə bu “niyələr” təəccüblü gəlirdi. Problem sənə toxunmayana qədər xəbərlərdən aldığın bilgi sənə uzaq görsənir. Bizdə qəribə iddialar olur, bu mənim başıma gələ bilməz. Elə bil doğulandan bütün pis hadisələrdən sığortalanırıq. Artıq həkimə getmək mənim üçün işgəncəyə çevrilib.
Bu girişdən anladığınız kimi, axır ki, Azərbaycan tibb işçiləri ilə yaxından tanış oldum. Sumqayıtda valideynlərimin qonağı olarkən özümü pis hiss etdim. Təziqim düşdü, hər beş dəqiqədən bir qusurdum.. Valideynlərim vəziyətimi görüb məni xəstəxanaya götürdülər. Birinci özəl xəstəxanaya apardılar. Orda qəbul eləmədilər, çünki korupsiya mübarizə kompaniyasına görə “uçetda” durduğum xəstəxanaya getməli idim. Qeyri – insani münasibətə etiraz əlaməti olaraq xəstəxanın foyesində ürəkdən qusdum!
Taksiyə minib bu dəfə taksistin dediyi kimi, “hökümət” xəstəxanasına aparıldım. Yolda atamla anam aralarında mübahisə edirdi. Atam zəhərləndiyimi iddia edirdi, anam gecikmiş taksikoz diaqnozu qoyurdu. Mən isə huşumu itirməmək üçün bir mahnının sözlərini təkrar edirdim, təbii ki, sayıqllama diaqnozu qoyulmasın deyə ürəyimdə. Atam mübahisədə qalib çıxdı (şoferin yanında oturması və kişi xaylağının sözünün daha çekili olması öz efektini göstərdi) və məni xəstəxanın “infeksionnı” adlandırıllan şöbəsinə gətirdilər. Bu şöbəyə girib infeksiya tapmamaq mümkün deyil! Həkim mənim mədəmi yumaq üçün bir spesifik iyli otağa apardı. Orda tas və vedrədə su məni gözləyirdi. Ürəyimdən hansı sözlərin keçdiyini yazmayacağam. Amma Oktay Şirəliyev, divardan portreti asılmışın, küncdə stendi qurulmuşun hamsı 7 ci nəsilə qədər yada salındı. Heç bir sual verilmədən, diaqnoz qoyulmadan mədəmi yuma prosesi başladıldı. Tibb Bacısı təmizliyi böyük şübhə yaradan yaşıl plasmas stakanla suyu mənə içizdirir, bunu tələm tələsik elədiyinə görə stəkanın yarsı üstümə tökülürdü. 5 – ci stakandan sonra icdiyim su geri ləyənə qayıtdı. Həkim oçkisini taxıb ləyənə baxdı, suyu iynəyib başını buladı: “Yox zəhərlənmə deyil!!??” dedi. Aparın genekoloqa.
yaş, hələdə ürəyim bulana və başım gicəllənən vəziyyətdə bu dəfə həmin xəstəxanın qadın məsləhətxanasına məni yola salırlar. Atam demək olar ki məni belində daşıyır. sadəcə hər şeyin nə ilə bitəcək sualı məni huşumu itirməyə mane olur. Qadın məsləhətxanasında başqa hamilə qadınlar halımı görüb məni sırasız buraxırlar. Həkim günün ualını verir: “propiskan haradlr? harda uçetdasan?”. Burda əsəblərim dözmür. Və bərkdən bir adam məni müayinə edəcək deyə məncə haqlı olaraq qışqırıram! Həkim birinci gözlərini bərəldir! sonra üstümə şığıyıb deyir: “Həkimlə necə danışırsan!Özüvüzü nə sayırsız?”. Anam araya girib başımıza gələnləri danışır. Həkim tanış çıxır və mənə minnət otuzdura – otuzdura yuxarı potologiya şöbəsinə aparırlar…
(Ardı var)

“Pulsuz səhiyyə xidməti – miflər və həqiqət ( I hissə)” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma