Hörməti tələb etmirlər, hörməti qazanırlar.

Tez – tez şikayət edirik ki, əşi bizim cəmiyyət deyişən deyil. Deyinirik! MÜcərrəd şeyləri tənqid edirik! Konkret situatsiyanı pisləyə bilərik, amma amanın günüdür insanları tənqid edək. Üz – üzdən utanar kimi axmaq deyimlər yada düşülür. İctimai institutların olmadığı ölkədə ictimai qınaqdan danışmaq absurddur. Amma yenədə Anar Məmmədxanovun ölümündən sonrkı hadisələr buna məcbur edir.
Anar Məmmədxanov haqqında fikirlərim bu bloqda var. Biloji ölümündən sonra fikrim dəyişməyib.
İkinci absurd deyimi də, “ölü haqqında ya yaxşı danışarlar, ya susarlar” söhbəti mənim bloqumda aktual deyil. Amma düzünü desəm deməyə xüsusi sözümdə yoxdur. Ölüm xəbəri məni nə sevindirdi, nə də kədərləndirdi. İctimai – siyasi həyatda hörmətə layiq bircə hərəkəti də, olmayan bir fiqur idi.
Məni narahat edən başqa məsələdir. Facebook sosial şəbəkəsində bir qrup adamın Anar Məmmədxanlını ictimai fiqur kimi tənqidinə reaksiyaları. Sən demə insanlar öləndən sonra, toxunulmazlıq mandatı alır. Onlar haqqında danışmaq, hətta canım sənə desin, fikirləşmək də olmaz.
Ölkədə çox proseslərə göz yuman, dirilərin hüquqlarının pozulmasını sakitcə izləyənlərin, ölünün hüquqlarını belə ürək yanğısı ilə qorumaqları dəhşətli mənzəridir!
Məşhur klassikimizin sözlərini deyişib hamı bir ağızdan desin:
Allah sizə rəhmət eləsin DİRİLƏR!

“Hörməti tələb etmirlər, hörməti qazanırlar.” üzərinə bir şərh

  1. Haqlisan ki, biri ölübdur deye onun arxasindan danisilmamalidir fikri sehvdir. Netice etibari ile ölü ve ya diri her bir insan cemiyyetin uzvudur ve diger sexsler onun haqqinda fikir bildire biler. Amma Azerbaycan konteksinde bu bir milli deyer, adet-enene shekli alib, ozumuzu yorub yeni seyler fikirlesmekdense kohnesinden tutub buraxmamaq daha rahatdir. Ona gore men xalqimizin bu axmaq, menasiz inancinin destekleyirem.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma