axmaq uşaqlıq xatirələri

Məktəbdə 9 -cu sinifdı oxuyanda referat musabiqəsinə qatilmışdım. Mövzu yadımda deyil tam olaraq Qərb ədəbiyyatının intibah dövründən yazdığımı xatırlayıram. Referatımı oxuyandan sonra məktəbimizin direktoru qalxıb  sualını verdi:

– “Romeo və Culyetta” güclü əsərdir, yoxsa “Leyli və Məcnun”?

brusli döyər ya Van dam tipli sual idi. Şekspirin ən sevmədiyim əsəri olsa belə, onun “Leyli və Məcnun”la müqayisəsi mənə gülməli görsənmişdi. Amma bunu desəydim referatım yer tutmayacaqdı. Vicdanımla sazişə girib “Leyli və Məcnun” dedim. 

 Bizim məktəblər,universitetlər, elə  cəmiyyətin özü  fərqli düşüncəni sevmir. Fərqli fikirlilik beşikdəcə – məktəbdə öldürülürdü. Dəyirmi masalar, referat musabiqələri, debatlar hamsının mövzusu təxminən eyni idi: milli mənəvi dəyərlər, qloballaşan dünyada milli mənəvi dəyərləri necə qoruyaq, qərb bizə lazım deyil!

Onlara bu iyrənc sistemi quraşdıran rejimə lazım olan isə orta məktəbdən beynimizi kodlaşdırmaqdır. Zombilandiya yaradılır… 

Bugün niyə bu hadisə yadıma düşdü? Bulistan yaradıcı qrupunun “Söyüş var” videosunun şərhləri məni bu zombilərlərlə  hələdə bir ölkədə yaşadığımı xatırlatdı. Düzünü desəm, rolik xoşuma gəlmədi. Eksperement mənə görə alınmadı. Sırf vizual cəhətdən. Amma onlar axtarışdadırlar. Və əminəm ki, sonda maraqlı bir şey alınacaq.

Şərhlərə gəldikdə, bunları yazanlar hakimiyyətin yaratdığı milli mənəviyyat bataqlığının daimi sakinləridir. Həmin bataqlıqdan özünü saçından tutub dartıb çıxaran gənclərə eşq olsun! və uğurlar…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma