11 mart – nə itirdik, nə qazandıq?

Bir ildən çoxdur Azərbaycanda yaşamıram. Bakıdakı prosesləri diqqətlə izləsəmdə, 10 marta qədər ümidsiz idim. 11 mart tədbirinin facebook səhifəsinə  yanaşmam birmənalı deyildi.  İndi boynuma alıram, məndə təşkilatçıların cəsarəti yox idi. O boyda riskin altına girmək, bizim kimi hər şeyə qulp qoyan toplum arasına belə idealist çağırış eləmək və onun arxasında durmaq cəsarət tələb edirdi. Bu rus ruletkası kimi oyun idi. Qələbə bütün riskə bəraət qazandırıb səni ölümün gözünə dik baxan insan statusu verir. Məğlubiyyət isə, ətrafdakıların “mən sizə demişdim, bu axmaqdır” formulunu təkrar eləmək üçün bəhanə verir.

Amma 11 mart günündə gözlənildiyindən az adamın meydana çəxması məğlubiyyət sayılırmı? Təşkilatçılar gün elan eləsələrdə məkan elan etməmişdilər. Etiraz günündə “necə etiraz edək?” sualina cavab tapmağı insanların öhdəsinə buraxmışdı. 11 martda nə itirdik? Bizim “heç bir şeyi dəyişə bilmərik” formuluna inamımızı. Müxtəlif ideologiyadan olan insanların bir məqsəd üçün birləşə bilməməyinədə son qoyuldu. Aksiyada – solçular, dindarlar, liberallar iştirak edirdi.

Deyilə bilər ki hansı məqsəd?

Hamımızın yaşaya biləcəyimiz vətən! Məqsəd hal hazırda budur.

“Biz 5 -6 nəfərik meydanda”  kimi fikirlər də alt üst oldu.

11 martda mənim tanımadığım, əvəllər ictimai sektorda olmayan, narazı gənclik meydana çıxmışdı.

Nə qazandıq?

Biz ümid qazandıq! Gələcəyimizin hələ tam məhv edilməməsinə ümid….

“11 mart – nə itirdik, nə qazandıq?” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma