İstanbuldakı Azərbaycan konsulluğunun missiyası

Bizim hökümətimiz “milli mentalitet” in (bu savadsız söz birləşməsinə görə üzr istəyirəm, sadəcə onların leksikonundan istifadə etmək məcburiyyətindəyəm) ən parlaq təbliğatçısıdır. Xalqımızın qədim adət – ənənələrindən və ən əsası qonaqpərvərliyindən yorulmadan  və yeri gəldi- gəlmədi dəm vurur. Qonaqpərvərlik!  Ya bizim hakimiyyətin şüarı: “Qaydalar ona görə yaradılıb ki, onları pozasan” – dır! Ya da bizim hökümət qonaqpərvərlik anlayışını ancaq əcnəbilərə tətbiq etmək tərəfdarıdır.

Uzun sözün qısası, bizim hökümətin Xarici İşlər Nazirliyinin İstanbulda nümayəndəliyi yəni konsulluğu var. Bu konsulluq bütün başqa dünyada olan Azərbaycan hökümətinin nümayəndəlikləri kimi, ancaq azad fikirli azərbaycanlı tələbələri və iş adamlarını təqibdən, bir də şəhərdə Heydər Əliyevin xatirəsini yaşatmaqdan (İstanbulda  Heydər Əliyevin bir heykəli, onun adına park, bir büst və bir barelyef var) başqa bir işə yaramır. Yəni vətəndaşına arxa çıxsın, onu qorusun, süründürməçiliksiz, acı söz demədən bir  dərdinə dava olsun – biz bədbəxt azərbaycan vətəndaşları bunu ancaq ən yaxşı yuxumuzda görə bilərik.

Konsolluq Leventdə gözəl rayonda, iki mərtəbəli binada yerləşir. Bu iki mərtəbəli bina azərbaycan vətəndaşları üçün alınmaz qaladır. Belə ki, bura gələn vətəndaşlarımız, həmçinin əcnəbilər  yolun ortasında villalalar girişin astanasında şlaqbaumun yanında gözlədilir. Növbədə duranlardan birinə nömrələr verilir, o da gələnlərə könüllü  nömrə paylayır. Biz gedəndə yağış yağırdı. Yağışlı havada insanları yolun ortasında gözlətmək  özüdə  5 dəqiqə deyil səhərdən bəzən axşama qədər yəqin azərbaycansayağı qonaqpərvərliyin pik nöqtəsidir!

İstanbulda az qala hər ölkənin konsulluğu var. Amma heç briinin qarşısında belə biyabırçılıq görməmişəm. Hətta iki otaqda yerləşən Makedoniya Səfirliyinin belə gözləmə otağı var. Bizim evin yanında “call – shop” var. Xaricə qohumlarına  zəng eləmək üçün ora  çoxlu adam gəlir. Hətta orda belə gözləmə güşəsi, pulsuz çay və kofe var. Söhbət təbii ki, iki kilo sosiskada deyil. Söhbət daha ciddidir – Saymamazlıq. Bunun başqa adı yoxdur.

“İstanbuldakı Azərbaycan konsulluğunun missiyası” üzərinə 5 şərh

  1. Azərbaycan konsulluğu belədir; ancaq bu təkcə bizim səfirlikdə deyil – ki bu onların etdiyi hərəkəti doğru çıxartmır. Sadəcə, elə bir hiss yarandı ki, Azərbaycan konsulluğu hamısından pisdi. Serbiya, İspaniya, Hollandiya səfirliklərində şəxsən viza üçün günəşdə, yağışda sıra gözləmişəm. Yunanıstan səfirliyində, yolun o biri tərəfində gözlədirlər. Gördüyüm (və ya tanışlarımın gördüyü) 1-2 gözləmə otağı olan səfirlik, konsulluq var. Onlara da çox vaxt 2-2 alırlar insanları. Teorik olaraq, yenə çöldə adam qalır. 40 nəfərlik gözləmə zalı tikmək, bir konsulluq üçün lüksdü məncə.
    Söhbət konsulluqlardan gedirsə; və ya dövlət dairələrindən, bürokratiyadan – bunu 90% konsulluqda görmüşəm. sadəcə azərbaycan konsulluğuna xas bir şey deyil.
    P.S. Səhv başa düşülməsin, “milli mentalitet”i zadı dəstəkləmirəm. ancaq, bir az qərəzli gəldi mənə bu yazı😉

      1. Makedonya konsolosluğunu bilmem ama AB üyesi olan ve olmayan bir çok Avrupa ülkelerininde konsolosluğu bu şekilde çalışıyor. Yağmurda, soğukta saatlerde dışarda bekletiyorlar. Bu tabiki doğru bir uygulama değil ama yalnız Azerbaycan konsolosluğuna özgü bir durumda değil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma