Azərbaycan əsgərini qoruyaq!

Ordumuzda 2011 başlayandan bu yana 21 nəfər əsgər həlak olub, 7 nəfər yaralanıb.

Xronologiya: (Hebib Müntəzirə təşəkkür bilgi üçün)

‎4 yanvar – 19 yaşlı Tural İbrahiomov hospitalda “xəstəlikdən” vəfat edib.
10 yanvar – 19 yaşlı Nurlan Səfərov intihar edib.
15 yanvar – 20 yaşlı Elşad Bayramov və 20 yaşlı Təbriz Həmzəyev qar uçqunu altında qalaraq həlak olub.
17 yanvar – 21 yaşlı Məmməd Azadəliyev düşmənin açdığı atəş nəticəsində şəhid olub.
19 yanvar – 18 yaşlı Ramin Behbud özünü güllələyərək intihar edib.
24 yanvar – 18 yaşlı Əliyar Cəfərov hospitalda xəstəlikdən vəfat edib.
25 yanvar – L-nt Rafael Yusifli dəm qazından boğularaq vəfat edib.
25 yanvar – Zabit Zamin Məmmədov düşmənin açdığı atəş nəticəsində şəhid olub.
3 fevral – Qaybalı Əli oğlu Məhərrəmovun avtomat silahdan açdığı atəş nəticəsində Camal Etibar oğlu Abbasov dünyasını dəyişib.
10 Fevral – Hüseynov Sarvan Vidadi oğlu Müdafiə Nazirliyinin Naxçıvandakı «N» saylı hərbi hissəsində qızılca xəstəliyindən vəfat edib.

Və bu gün 7 nəfər rəsmi məlumata görə ölüb, 1 nəfər şəhid və 1 nəfər də ağır yaralanıb… İlk xəbər o idi ki, ermənilər Murovdakı postumuza hücum edib, əsgərlərimizi öldürüb. Bugün səhər məlum oldu ki, əsgərlər bir- birini öldürüb. Səbəb bəlli deyil. Rəsmilərdən heç bir açıqlama yoxdur. Atəşkəs vaxtında bir ay yarıma 21 əsgərin ölümü bir daha azərbaycan ordusunun hansı vəziyyətdə olmasını göstərir. 3 milyard hər il orduya xərclənir. 3 milyard! ən çox korupsiyaya uğramış bu sahəyə heç bir ictimai nəzarət yoxdur. Pul hara gedir, nəyə xərclənir. Azərbaycan əsgəri orda sadəcə massovka rolunu həyata keçirdir. Onun təliminə “xərclənən” milyardlar memurlar tərəfindən yeyilir. Əsgərə sınıq salxaq silah, yeməyə bənzəyən jija və zabitlərin təpikləri və kontur dilənmələri qalır! Əlbəttə orduda vicdanlı zabitlərdə var, amma onlar bu mexanizmada arzu olunmayan vint olduqları üçün sıxışdırılır və istefa vermək məcburiyyətində qalırlar.

Bu sözü son zamanlar, istədiyimdən çox istifadə edirəm, amma vəzyyət düşündüyümzdəndə pisdir.  Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını qorumaq lazımdır. Amma necə? Bəlkəm Baron Münhaüzen kimi, saçımızdan yapışıb özümüzü bataqlıqdan çıxardaq? Deyişiklik arzu edən xalqlar Qəddəfini, Mübareki və Ben Alini qovdular! Bəlkəm problem də, ondadır ki, deyişiklik istəmirik?

“Azərbaycan əsgərini qoruyaq!” üzərinə 4 şərh

  1. Eziz baci ve qardashlarim, Azerbaycan ordusu xalqimizin, dövletimizin, cemiyyetimizin terkib hissesi, cani cigeridir. Herbir zabit, gizir, esger bu milletin balalariridir. Onlarin da yaxinlarinin üreyi vüsal arzusu ile döyünür. Orduda neqativ hallarin bash vermesi bezen ordunun idareçiliyinden daha çox insan faktoru ile bagli olur. Çünkü orduda her cür aileden, her cür insan var. Alicenablarla yanashi narkomanlar, ogrular, sherefsizler de az deyil. Bunlari da qisa müddetde yeniden terbiye etmek mümkün deyil. Cebhe bölgesi ise görülmeden anlashilmaz… Uzaqdan rey bildirmek asandir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma