İnsanlar qəribədirlər – Jim Morisson

People are strange when you`re a stranger

Faces look ugly when you`re alone
Women seem wicked when you`re unwanted
Streets are uneven when you`re down

Doors

“The Doors. When u are strange” 60 – ların əfsanəvi qrupu Doors haqqında sənədli filmdir.  Qrupun yaranması və 56 həftəlik mövcudluğu haqqında xronikadır. Arxivlərdən çıxarılan nadir kadrlar, şekillər və  Djonni Deppin səsləndirməsi…  Djonni Deppi çıxmaq şərti ilə adi film təəsüratı bağışlayır ilk baxışdan. Ə nolsun, bir qrupun tarixçəsi  özüdə  40 il əvvəl mövcud olan bir qrupun. Təbii əgər siz Britni Spirs, ya da daha pis Nazperi fanatısızsa film sizə “biyədəb bir gədə” haqqında hekayə kimi gələcək.   Uzun sözün qısası əgər siz Doors və 60 – lardakı gənclər hərəkatından xəbəriniz yoxdursa, Jim Morrison  adı sizin üçün heç nə ifadə etmirsə, bu filmə baxmayın.  Yazının bu hissəsindən də, pəncərəni bağlayın. İp, sabun və taburetkanı götürün… və yaxşı yol

qalanlar isə bu filmə mütləq baxsınlar.

Fiilm Oliver Stounun bədii filmindən fərqlənir. Realistliyi ilə… Bu Doorsun əsl tarixidir. Bunu mən yox, qrupun sağ qalmış üzvləri deyir.

Jim Morrison (Doors qrpunun solisti) Los Anceles incəsənet universitetinin kinorejiser fakultetini tərk edib, rok qrup yaradır. Doors – qapı, sevimli şairi Uilyam Bleykin poemasının adı idi. 60 – lar Djimmi Xendreks, Djenis Djoplin,  və Doors – Jİm Morrison musiqisinin hökmranlığ etdiyi dövr idi. Bu adamlar musiqiləri ilə bütöv nəsili deyişdirdilər. Tabuları yıxdılar.İnsanlıq naminə kibrit kimi özlərini yandırdılar – pafoslu çıxsada belə idi. tez – bazar məsih kimi bizə mesajlar qoyub 27 yaşlarında  öldülər.

Kimilər üçün, xuliqan, alkaqolik, narkoman və avara. Başqaları üçün şair, bütün nəsilin dünyaqavrayışını deyişən insan, insanları oxuyub – əyləndirən deyil, oxuyub – düşündürən bir musiqiçi – Jim Morrison.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma