Frederik Beqbederdən 50 kitab!

“XX əsrin ən yaxşı kitabları.  Mağazada endirim öncesi siyahıya alınma” (fransızca:Dernier inventaire avant liquidation ) – kitabında XX əsrin ən ironik yazıçısı  XX əsrin ən gözəl kitablarının (onun fikrincə) siyahısını dərc edib. Bu kitab sayəsində Beqbeder tenqidçini kəşf elədim. Kitabın ab havasına uyub qiymətləndirmə versəm, yeni ilin ən gözəl kəşfi adlandıraram bunu.
esselerim məzmunu və stilini  burda müzakirə etməyəcəm, sadəcə tövsiyyə edirəm Oxuyun.

Burda isə sadəcə 50 kitabın adını yazacağam. Razılaşmamaq olmur. Əksəriyyət, hətta deyərdim böyük əksəriyyət bu siyahıya haqlı olaraq düşüb.

1. Alber Kamyu— «Özgə»
2. Marsel Prust — «Tükədilmiş zamanın axtarışında»
3. Frans Kafka— «Proses»
4. Antuan de Sent – Ekzyuperi — «Balaca Şahzadə»
5. Аndre Мalyoro — «İnsan Taleyi»
6. Lui- Ferdinand Selin — «Gecənin sonsuzluğuna səyahət»
7. Con Steynbek — «Qəzəb üzümləri»
8. Ernest Heminquey  — «Ecel zengi»
9. Alen – Furnye — «Böyük Moln»
10. Boris Vian — «Günlərin köpüyü»
11. Simona de Bovuar— «İkinci cins »
12. Samuel  Bekket — «Qodonu gözleyerken»
13. Jan-Pol Sartr — «Varoluş və heçnə»
14. Umberto Eko — «Qızılgülün adı»
15. Аleksandr Soljenisin — «Arxipelaq QULAQ»
16. Jak Prever  — «Sözlər»
17. Giyom Apolliner— «Alkoqoliklər»
18. Erje — «Mavi lotos»
19. Anna Frank — «Gündəlik»
20. Klod Levi-Stros — «Kədərli tropiklər»
21. Oldos Haksli — «Ey gözel, yeni dünya»
22. Corc Oruel — «1984»
23. Qossini və Uderzo — «Asteriks, qalların öndəri»
24. Ejen İonesko — «Keçəl müğənni qadın»
25. Ziqmund Freyd — «Üç seks teoriyası haqqında esse»
26. Marqaret Yursenar — «Fəlsəfi daş»
27. Vladimir Nabokov — «Lolita»
28. Ceyms Coys — «Uliss»
29. Dino Busatti — «Tatarların səhrası»
30. Andre Jid — «Saxtakarlar»
31. Jan Jiano — «Qusar damdadır»
32. Alber Koen — «Gözəl xanım»
33. Qabriel Qarsia Markes— «Tənhalığın yüz ili»
34. Vilyam Folkner — «Səs – küy və qəzəb»
35. Fransua Moriyak — «Tereza Deskeyru»
36. Raymon Keno — «Zazi metroda»
37. Stefan Tsveyq — «Hisslərin qarışıqlığı»
38. Marqaret Mitçell— «Küləklə sovrulanlar»
39. Devid Lourens — «Ledi Çatterleyin sevgilisi»
40. Tomas Mann — «Sehrli dağ»
41. Fransuaza Saqan — «Salam, kədər!»
42. Verkor — «Dənizin səssizliyi»
43. Jorj Perek — «Həyat- istifadə qaydaları»
44. Artur Konan Doyl — «Baskervillerin iti»
45. Jorj Bernanos — «Şeytanın günəşi altında»
46. Frensis Skot  Fitsjerald — «Dahi Qetsbi»
47. Milan Kundera — «Zarafat»
48. Alberto Moravia — «Nifrət»
49. Aqata Kristi — «Rocer Ekroydun qətli»
50. Andre Breton — «Nadya»

P.S. əsərlərin adlarını tərcümə edəndə səhv etmişəmsə, ümid edirəm köməyiniz nəticəsində səhvlərə redakte edərik.

“Frederik Beqbederdən 50 kitab!” üzərinə 5 şərh

  1. Amerika’daki imam – Ergün Poyraz
    Haliç’te Yaşayan Simonlar – Hanefi Avcı
    Efendi 2: Beyaz Müslümanların Büyük Sırrı – Soner Yalçın
    Köstebek – DR. Necip Hablemitoğlu
    Bu Dinciler O Müslümanlara Benzemiyor – Soner Yalçın
    Takunyalı Führer – Ergün Poyraz
    Fethullahçı Gladyo – Hikmet Çetinkaya
    Ergenekon Belgelerinde Fethullah Gülen ve Cemaat – Nedim Şener
    Fethullah Gülen ABD ve AKP – Hikmet Çetinkaya

javideas üçün bir cavab yazın Cavabı ləğv et