İlham Əliyev və şahsevənlər tayfası

Son zaman baş verənlər məndə belə təəsürat yaradıb ki, hakimiyyət özünə qəbir qazır. Bilərəkdən toplumu provakasiya edirlər ki, çıxında meydana, devirin bizi! Hər təbəqəni özündən narazı salır. Amma gəl ki, kimə sataşırsa ondan səs çıxmır. Əzilmişlər və təhqir olunmuşlar hansısa abstrakt məmura barmaq silkələyir, sonrada inadla Prezidentə, birinci lediyə məktublar yazmağa başlayır.

Misal üçün dindarlara sataşdı, onlar üçün hətta əzabkeş dini lider də düzəltdi. Faydasını görmədi. Bugun Təzə pir məscidinə gəlib Şeyxül islamla görüş tələb edən dindarlar gördüyü hər kameraya, hər mikrafona siyasi bir məsələ üçün deyil, Şeyxdən prezidentə necə məktub yazacaqları haqqında məsləhət almağa gəldiklərini vurğuladılar.  Sonrada dedilər ki, ayda bir dəfə ət yeməklərinə baxmayaraq sosial bir tələbləri yoxdur. Onların yuxusunu qaçıran  ana və bacılarına gələn hicab qadağasıdır. Adam ac olar  nə olar dünya bir sınaq meydanıdır- aclıq, dünyada gördüyün zülm, bunlar hamsı axirətə hazırlıqdır. Əsas məsələ qeyrət və namusumuz olan hicabı bacılarımızdan əskik etməməkdir.

Belə düşünən adamlarla nə inqilab? Məndə Azərbaycan islam respublikası qorxusu ilə yaşayırdım(müəllif burda öz sadəlövhlüyünə gülür)

İlham əkə nə edirsə etsin, xalq onu sevəcək.  Onun müqəddəs imicinə heç bir imam çamur ata bilməz. Bu xalq şah sevəndir. Təklif edirəm ki, bundan sonra azərbaycan xalqı deyil şahsevən tayfası adlandıraq bu coğrafiyada yaşayan insanları. xalq olaraq bizi 1994 cu ildə şahənşahın atası məhv elədi.

 

 

“İlham Əliyev və şahsevənlər tayfası” üzərinə bir şərh

  1. Salam,
    Xalqa yuxarıdan baxmaq,onu alaq nezerle baxmaq ancaq bizim egomuzu besleyir. İslam Respublikası gelmeden onun ”qorxusu” ile yaşamaq özü başlı başına bir tragikomediyadır. Amma lütfen, müslümanlara sataşmaqdan el çekin. Eger ciddi menada bu xalq üçün yanırsınızsa( buna şübhe etmirem) yaddan çıxarmayaq ki, bu xalq müslümandır. Bu ele şeydir ki, onu(islamı) çekib alsanız bu xalqda hec ne qalmaz. Mindiyiniz budağı kesmeyin.
    Şahsevenlere gelsek eger…Şahseven olaraq:)) eger bu sözü mecazi menada işledirsinizse buna sözüm yoxdur. Amma heqiqi menada işledirsinizse, bilmelisiniz ki, şahsevenler İranda şahı devirdi:)
    Saygılar,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma