Eynulla Fətullayevin İsa beye mektubu

Əziz İsa bəy!
Azad mətbuatın parçalanmış və eybəcərlənmiş cəsədi üzərində ikrah doğuran “Ruh”un utanmaz çalağan rəisinə Sizin açıq rəmzi etirazınızı mən böyük sevinc hissi ilə qarşıladım. Bu rəmzi aksiya ölmüş “Ruh”un mükafatından imtina əyalət düşüncəli primitiv avtoritarizmə ən böyük zərbələrdən oldu. İctimai missiyanı şəxsi qazanc mənbəyinə çevirmiş insanların ümidinə qalmış əyalət düşüncəli Azərbaycan avtoritarizminin deqradasiyasını ən parlaq şəkildə təcəssüm etdirən hadisə də məhz beynəlxalq aləm tərəfindən mətbuatın düşməni kimi tanınmış İlham Əliyevə jurnalistlərin dostu vəsiqəsinin təqdim edilməsi oldu. Sizin son aksiyanız isə İlham Əliyev və Mehdiyev hakimiyyətini “təsərrüfat mətbuatı”nın dəstəyindən də məhrum etdi.
Yalnız tarixi şəxsiyyətlər  rəmzi addımlar atmaq qüdrətinə malikdirlər. Siz belələrindənsiniz. Saxta ittihamlarla həbsdə saxlanılan jurnalistin müdafiəsi, eləcə də yüzlərlə repressiyaya məruz qalmış qələm sahiblərinin haqqını qoruduğunuz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm. Sizin bu aksiyanız mənə böyük Ruh verdi.
Deyirlər, tarix məhz tarixdə işıqlı və zülmətli izlərdən yaranan saplardan toxunur. Arzu edirəm ki, Siz həmişə tarixi işıqlı saplarla toxuyasınız
.

İnqilabi salamlarla Sizin Eynulla Fətullayev


 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma