Reper ya saray şairi?

Rep – hip – hop mədəniyyətinin bir elementidir. Rep 40 il əvvəl bruklin tinlərində kasıb uşaqların ritm üzərində mətnlər oxuması ilə yarandı. Qaradərili kasıb uşaqlar bu mətnlərlə haqsızlığa qarşı üsyan edirdilər. Rep etiraz idi, rep alçaldılmış nəslin fəryadı idi. rep azad fikir idi. Və hələdə Amerikada Azadistanda bu belə davam edir. Orda reperlər sevgidən oxuya bilər, bu sadəcə bir motiv olaraq qalır, amma reperin mədhiyyə deməyini, buşu ya obamanı təriflədiyini görməzsiz… yoxdur belə şey… həmçinin ANS- vari urapatriot reperdə yoxdur, prezidentimiz ətrafında sıx birləşək deyəni də yoxdur!  Üsyan, qəzəb, etiraz kimi güclü emosiyalardan yaranan cərəyanı Azərbaycanda mədhiyyə, muğam, xalça və neftin sayəsində günü – gündən inkişaf edən Azərbaycan tipli fikirləri yaymaq üçün istifadə etdilər! ölmədim bu günü də gördüm!  Miri Yusif deyəsən meditasiya edib bu həqiqətə gəlib çıxıb ki, Azərbaycan “reallığında” pul qazanmağın yolu budur. və bu mahnını yazıb:

Miri Yusifin parçası:

Mənim statusum oil-country,

Bura caz, muğam, aşıq-country,

Qızılım qara, dolu pul, para,

Kömək olur yanacaq düşəndə dara.

Miri, bəlkəm oxudun bu sözləri, əlivi vicdanıvın üstünə qoy … tapsan təbii və cavab ver, sən Azərbaycanın az qala lənətinə çevrilən neft haqqında oxuyanda 80 manat pensiya alan qocaları, evləri  qış parkı üçün əlindən alınan əvəzində qara qəpik almayan vətəndaşları, aclıqdan qan qusan əyalət insanlarını gözüvün qabağına gətirdin?  Nə vaxt bu millətə bu yanacaq kömək olub? dara düşmək nəyə deyirsən? Mədhiyyə janrına repi də gətirdin! Bravo, ən azından adın tarixə düşdü

“Reper ya saray şairi?” üzərinə 10 şərh

  1. Əslində neftimiz bizə imkan verir ki, hamı yaxşı yaşasın. Əslində Azərbaycanın buna bütün imkanları var (tək neft yox). Amma nə o neftdən yararlanırıq, nə də digər imkanlardan. Bu gün neçə-neçə kəndlərimizdə hələ də qaz yoxdur. Camaat zülm çəkir. ((

  2. men biraz ferqli duwunurem. Miri ondegeden reperlerden olsa da qaraqan deil ki, sozu ile kimese tesir etsin. Hem sadece biz ona reper deyirik.ve ele taniyiriq. Eslinde onun janri progressive reggie’dir. Qaldi,acliqdan ölenlere, eger bu boyda millet susursa miri neynesin?… Birdeki, bu incesenet deyilen wey serhed tanimir. Repin yaranmagini wikipediyadan oyrenmek hele rep haqda fikir yurutmek deyil… Cunki musiqide janr yalniz musiqinin novudur,onun sozlerinin yox!!!

    1. Qaraqanida etalon saymirAm amma bu basqa movzudur
      Lutfen shirbandİ dinleyin bu arada
      Bir de men demirem butun mahnilar siyasi ve ya ictimai motivli olmalidir
      Amma reple medhiyye demek….
      Bu janra hormet eden adam kimi mene bu cox pis tesir etdi

  3. Rep 40 il əvvəl bruklin tinlərində kasıb uşaqların ritm üzərində mətnlər oxuması ilə yarandı.

    – maraqlisi ondadir ki, senin rap haqqinda tessevurun sifirin altinda. cunki, amerika 40 il evvel yaranar repde etiraz olmayib, qara derili kompleksli ushaglarin hansinin “nuts”inin hansinidan biyuk oldugu haqqinda fexriyyeler olub. =)

    Wikipedia komeyin olsun.

    Umumiyyetle, sene repe janr demeye bilersen, oz fikrindi. Ona qalsa men de ozumu Isa Mesih adlandiriram, nolsun =)

    Oz etrafinla yashama biraz, rep shirbanddan ibaret deyil, musiqi janri da yalniz Cirttanin ixudugu mahnilardan =)

    IMHO.
    Ugurlar

      1. bagisla ee, gerek Div qoyardim texellusumu, axirda da Cirttan gelib oldurerdi meni =)

        Hec dexli var?

        Mentiqsiz mulahize yurudursen Vefa xanim.
        Rap-le elaqen baletle elaqenle eynidir.

        Neyse ugurlar.
        Statusum oil-country! Heeeru =)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma