FACE – İstanbul: biri bizi durdursun)))

Maneələr bizi durdurmur. Pis çıxmasın biz artıq maneələrə öyrəşmişik. Hətta mazaxizm kimi səslənsə belə onları sevməyə başlamışıq. Maneələrə baxmayaraq qazanılan qələbə daha şirin olur.

Amma maneə də bir maneə ola! İnsan arzu edir ki, düşməni layiqli rəqib olsun!  arzu edir ki, bu əzəli döyüş ideyalar savaşı olsun! Qızğın disputlar olsun! Tarixdən misallar gətirilsin! Arqumentlər və əks arqumentlər savaşı olsun! İnsan belə siyasi rəqib arzu edir! Ən azından insan yaradıcı  ya da necə deyərlər kreativ bir rəqib arzu edir. Amma kimdən nə umuram…

Uzun sözün qısası Azərbaycanın İstanbuldakı Konsulluğu işini gücünü atıb tələbələrə qarşı təxribatcıqlar quraşdırır! öz vətəndaşına qürbətdə rüşvətsiz heç bir yardım etməyən məmurlar öz cılızlığını hər addımda sübüt etməkdə israrlıdır. FACE İstanbul forumunun olmaması üçün əlindən gələni edirlər. universitetlərə zəng edir. Universitetlərə sözünü yedizdirə bilməyəndə Türkiyə Xarici İşlər nazirliyinə təziqlər edirlər. Boğaziçini belə itiririk! Həmdə foruma bir həftə qalmış! amma kimdir Konsulluq kimi maneəcikdən qorxan? Forumun keçirilməsinə Beykənt  Universiteti razılıq verir! amma bunu elan edəndən bir gün sonra  Konsulluğun “Azad Fikirli İnsanlara Ölum” şöbəsinin işçiləri universitetə  zəng edib bu yeridə əlimizdən alırlar! Son ümid yerimiz olan Galatasaray universitetinə müraciət edirik. Dekana vəziyyəti olduğu kimi təsvir edirik! Dekan deyir ki, narahat olmayın kim istəyir zəng eləsin zal iki günlük sizindir! Şah və MAT!

Bu şahmat partiyasında qələbə həmişə bizim olacaq! bilirsiz niyə? ağlarla oynayan bizik! bizim uğrunda vuruşduğumuz ideyalar pulla alınmır! biz ola bilsin ki azıq, amma bizim enerjimiz sizi sözün əsl mənasında MAT eləməyə bıs edir.  İndi nə edəcəksiz vicdanını və ruhunu vəzifəyə və pula satan məmurcuqlar!? nə edirsiz edin amma xahiş edirəm bir az yaradıcı olun!

“FACE – İstanbul: biri bizi durdursun)))” üzərinə 3 şərh

  1. men de istanbulda oxuyan azerbaycanlı telebeyem.en son seçkilerden sonra ümidimi tamamile itirmişdim ki,bu konferans çıxdı.men de iştirak edeceyem ve inanıram ki orda Ehmed Cavad’ları,Hüseyn Cavid’leri ve Mikayıl Müşfiq’leri göreceyem.bu konferans her ne bahasına olursa olsun qeyd şertsiz vetenini sevenler üçünbir ümid olsun inşallah.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma