Azərbaycansayağı boşanma

Ailə dövlətin kiçik modelidir. Azərbaycanda deyilənə görə, ailə institutu çox güclüdür. O qədər güclüdür ki, ailədə hər bir fərdin həyat ssenarisini yazırlar. Ailə “konserninin» üzvləri –  ağsaqqallar fərdin cinsindən asılı olmayaraq, qəbul zamanı hansı fakültələrin adlarını yazacağını, kimlə evlənəcəyini, sonra harda işləyəcəyini (çox zaman ağsaqqallar puldan və ya tanışlardan istifadə edib fərdi pullu yerlərə işə düzəldirlər, məsələn, gömrük, polis, vergi orqanlarında işləyən qohum həmişə istəkli və hörmətlidi) müəyyən edirlər ki, sonradan o da ailəyə kömək etsin.

Amma bir statistik göstərici var ki, «konsernin» fəaliyyətinə kölgə salır. Bu, son onillikdə boşanmaların sayının 4 dəfə çoxalmasıdır.
Dövlət və qeyri-dövlət təşkilatlarının verdiyi proqnozlara görə, boşanmaların sayı ildən-ilə çoxalacaq. Bir yerdə yaşaya bilməyən adamların ayrılmasından normal heç nə ola bilməz. Lakin azərbaycanlılarda ən normal şeyi anormala çevirmək kimi çox nadir istedad var. Azərbaycanlılıq faktoru araya girəndə ən adi həyat hadisəsi faciəyə, ya da drama çevrilir. Biz ən normal prosesi də çətinləşdirən, özünə məxsus traktovka verən xalqıq axı. Bir ailə tanıyıram ki, 2 ildir, məhkəmə qərarı  ilə boşanıblar. Amma ayrılsalar da,  bərabərdirlər. Bir evdə yaşayırlar, hər gün dava edirlər,  ər tez-tez xəyanət edir. Necə və kimlə xəyanət etməsindən arvadına ən xırda detalları belə danışır. Hər dəfə yeni eşq macərası yaşayanda ailəsinə maddi köməklik göstərmir, eks- xanımını döyür. Xanımı isə heç yerdə işləmədiyi üçün maddi cəhətdən ondan asılıdı. Ər bunu bilir və bundan necə lazımdı istifadə edir. Ailəsini tam atmamağına səbəbi var. İş yoldaşları (ər polisdə işləyir) onun barəsində nə düşünər? «Tək iki uşağı necə ayağa qaldıracağam?» kimi düşüncələrə qapılıb qadın da onu evdən qovmur, bütün təhqirlərə dözür. Beləliklə, nə ayrıla bilirlər, nə də bir yerdə yaşaya bilirlər. Qadın daim depressiyadadır. Bütün hirsini iki uşağından çıxır. Uşarqlar da qorxaq, yaltaq, ikiüzlü böyüyürlər. Yanlarında bir az səsini qaldıran kimi, başlayırlar ağlamağa.  İndi deyin mənə, dünyanın hansı ölkəsində bu, baş verə bilərdi?
Niyə belə olur? Niyə bizim qadınlar ayrılanda belə azad olmurlar? Səbəb qadınların özlərini maddi cəhətdən təmin edə bilməməsidir. Uşaqlıqdan qızlarını yaxşı ailədən olan oğlanla evləndirməyi düşünən valideynlərimiz bizi daha yaxşı “satmaq” üçün əsl qız sənətlərinə bizi təhkim edirlər. Müəllimə –  əsl qız sənətidir. Azərbaycanda müəllimlərin real maaşı çox azdır. Bu səbəbdən qarşıya ağ atlı şahzadə yerinə ağ rəngli «Mersedes»li sadist çıxanda «Boşananda necə yaşayacağam?» problemi ilə üzbəüz dayanır. Onu bu sadistə verən ailə isə ancaq çiyinlərini çekib Pilatsayağı əllərini yuyurlar bu işdən. Yaxınlar, qohumlar da heç nə ilə kömək edə bilmirlər. Hamının cibində gizlətdiyi əla arqument var: “Zəmanə çətindir! Özüm güclə dolanıram”.
Nə demək olar. Ailə dövlətin kiçik modelidi. Nə vaxtacan ki, bizdə belə ailələr olacaq, dövlətimiz Azərbaycan deyil, absurdistan olaraq qalacaq.

 

 

“Azərbaycansayağı boşanma” üzərinə 7 şərh

  1. salam Vefa xanim saytinizi ,ox beyendim. ve bir qurur hissi duydum ne yaxshi sizin kimi xanim qizlarimiz var. mubarize hevesli. allah bu yolda size-bize butun mubarizlere yardimci olsun. sayqilarla.

  2. ilk novbede sizi salamlairam.Sizden meslehet almaq isterdim menim bacimin qizini oz qohumumuz olan xalam qizi oqlundan bosatdirib hetta hec bir emel olmadan onu prokraturaya verib, eve gelmeye qoymayib ?hekimle elbir olub gizli isler cevirib sonra da oz eli ile bosatdirib.Indi qiz depresiya dovrundedir hec cure cixa bilmir. onu ne qeder alcaldiblar hal buki usaq yasinda ola ola 20 yasinda aile qurdu 7 aydan sonra bosatdirdi/oqlu da xeste ola ola .hekim vasitesile mueyyen isler goruldu sonra ise bu dereceye kimi gelib cixdi.
    Bilmek isterdik ki, bu uzu qara qohumlardan menevi zerbeye gore hansi muracietler ede bilerik zehmet olmasa mene yazardiniz

  3. Sovyet devrinde böylemiydi? Boşanmalar bu kadar çok muydu? Hoşgeldin Azerbaycan! Yeni dünya düzeniyle sende tanıştın! Boşanmalar artacak, aile yapısı çökecek ve aileler dağılacak, toplumda ahlaki çöküntü artacak, rüşvet ve yolsuzluk, hırsızlık artacak, insana verilen değer paraya verilecek. Kapitalist sisteme hoşgeldin Azerbaycan! Yakında Azerbaycan’da etnik azınlıklarda hak istemeye başlayacak. AZATLIK Bloğu demokrasi(!) getirir size. Azatlık bloğunun destekçisi ABD yakın gelecekte Bağımsız ”talışistan”, ”Talışistan’a özgürlük” ”Talışistan”ın başkenti Lenkeran demeye başlarsa şaşırmayın. Amacı laik sistemi yıkıp dine dayalı devlet sistemi olan hijapçılar (türbancılar) mağdur edebiyatı yapıp Azerbaycan devletine karşı gelirler ve hatta ne yazık ki Azerbaycan’da da Türkiye kökenli dinci yobaz akımlar başlamış bile. Bunlar beklenen şeylerdi. Kapitalist Amerikancı sistem sizide hem etnik hem dini olarak bölecek. Sovyet devrinde hijab varmıydı? Sovyet devrinde toplumunuzda bu kadar ahlaki, manevi çöküntü var mıydı? Sovyet devrinde Talış,Lezgi ayrı bir millet miydi?

  4. konuka cevab.. Selamun aleykum. Siz dinden sanki bir siyasi mif gibi konuşuyorsunuz. Allahsız olduğunuz belli. Peki varlıqının sebebini bilmeyen bir şahs her şeyi bildiyini nasıl iddia ede bilir?! Sovetler devrinde yaşanan ahlaki nizam bizim ata-babalarımızın İslamdan aldıkları ahlaki deyerlerin neticesi idi ki, 70 yılda tükendi və neticede hazırkı nesil yetişdi. Bir kendinizi arayın – kimsiniz, neredeseniz, nereden geldiniz ve nereye gideceksiniz. Bunları bilseniz akıllı sayıla bilirsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma