ermeni barmağı haqqında

Bizim hakimiyyətin qara işlərini geniş ictimaiyyət üçün ağartmağa çalışan Əli Əhmədovlar,  həsənovlar, Mirşahinkimilər, osmanlikimilər dünya kimi qədim, aktuallığını heç vaxt itirməyən erməni faktorunu yenə gündəmə gətiriblər. Arada Amerika tərəfə  də hürən bu insancığazlar son bir neçə həftə hər yerdə erməni barmağı görür. Persikin sözü olmasın bu barmaq meşhur bayraqdan da hündür olub son vaxtlar, hara baxırsan görünür. ermenilerin wikileaksdə də barmağı varmış ay camaat. Azərbaycana qarşı bütün faktları onlar uydurublar. axı bizim prezident İlham Əliyev qətiyyən Rusiya, İran vı türkiytənin arxasınca danışa biləcək adam deyil. Mələk kimi insana şər atıblar. Bunu qoy bir kənara İlham əliyevi Karlioniler kimi mafioziler ile müqayisə etsə etsə ancaq ermənilər edər.. Bizim prezident həmişə qanunun aliliyini bayraq tutub, manapoliyaya qarşı mübarizə aparan adamdır. Hətta buna görə Nobel mükafatına layiq görülüb. Ancaq Ermənilərin dilə gətirə bilər ki, bizim super demokrat prezidentimizə diktator desinlər! Bu ermənilər türkün və ən çoxda Əliyevlərin düşmənididrdə. Gğzləri iqtisadi inkişafımızı, körpülərimizi, yollarımızı canım sənə desin İlhamə Quliyevamızı götürmürdə! İnanın indi yazanda ürəyim bulandı. Yəni 45- 50 yaşında kişilər və qadınlar utanmadan, gözlərini qırpmadan  bu boyda yalanı necə dilə gətirə bilirlər?

 

birce faktı deyim ki dünyada təkcə Ermənistan və Azərbaycan hökümətləri wikileaks  melumatlarının həqiqətə uyğun olmadığı haqqında bəyanat verirlər. Əminəm ki, erməni Mirşahinkimilər Tv – dən burda azərbaycanın barmağı olduğu haqqında süjet veriblər. Ans – də xəbərlər baxın adam çaşır xəbərlərin 80 % – i ermənistana aiddir.

Erməni barmağı qəliz məsələdir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma