Araz kimi yaşamaq

Araz Öner kimi yaşamaq silsilesinden:

Niyə mən bu yazını yazmağa başladım?  Tərif yaza bilmirəm. bilmirəm niyə amma ən sevdiyim və heyran olduğum insan olsun onu teriflemek lazım gelende ağlıma səy AZTV cümlələri düşür. amma dünən axşam facebook şəbəkəsində bir qürbetde yaşayan azeribaycanlının Araza yazdığı cümle mene çox toxundu. Qardaşım yazır ki, Arazın Azadlıq hərəkətində yeri yoxdur!

Əslində o qədər mənasız iddihamdır ki, heç fikir vermədən sadəcə aşağıdakı şekili orda yerleşdirmekle mövzunu bağlamaq olardı eger onun bu cümlesi çoxu terefinden like edilmese idi!

Azadlıqdan çox, onun üçün mübarize aparmağı sevirəm. Arazın mübarize yoluna ve metodlarına baxanda ağlıma gələn ilk fikir bu olur. Arazı bir sözlə xarakterize elemek mümkün deyil. Cesur,  daima axtarışda olan şair, ədalətsizliyə qarşı dözümsüz insan, evezolunmaz dost. Araz çox istedadlı publisistdir. Mən onun bloquna ən azı gündə iki dəfə baxıram görüm nə isə yazıb ya yox! öz fikrini ictimai fikre zidd olsa bele arqumentasiyalı ifade elemek böyük bacarıqdır.

tərifnamə fəslini qapadıb İndi qayıdaq onun ünvanına səslənən “iradlar”a. Araz milli mintalitete zidd çıxır, Avropa dəyərlərinə qucaq açıb, mübarizəni milli mənəviyyatımıza uyğun aparmır!!!!!!!!

siz menim canım bu adama sual veresen ki, milli meneviyyat nedir yüz faiz deyecek ki, qadının bakire olması, qızların mini yubka geyinmemesi, böyük qardaşa hörmət, qonaqpərvərlik…. Kiminsə qeyrəti qadının ayaqları arasındadırsa buna sözüm yoxdur! öz seçimidir! amma biri durub mənə başa salsın qurban olum bizim milli mənəviyyatımız, qədim mədəniyyətimiz deyəndə nəyi nəzərdə tuturlar?  Milli mənəviyyatımız kimi bizə soxuşdurulan (Bu fikirlər mənə ai deyil, bir tedbirde Elmira Axundova Milli Meneviyyet nedir sualıma belə cavab vermişdir) bu kitayski mala arxalanaraq mən ya Araz necə mübarizə aparaq? və əgər bizim fikrimiz sizinkindeən fırqlidirsə kim sizə haqq verib ki, bizim mübarizədə olub, olmamağımıza qərar verəsiz? Mübarizə uzun bir yoldur! Bu yol hamınındır! bir adamın ya bir qrup adamın bu yolu manapoliyaya götürməsi imkansızdır!

Avropa deyirsiz qardaşım bir ədibin dediyi kimi Avropa artıq coğrafi məkan deyil, düşüncə tərzidir. indi neynəyək ki, siz əziz xaricdə yaşayıb Avropanı bəyənməyən və bütün Avropalıları əxlaqsız sayan Azərbaycanlılarım islah olunmazsınız! Arazın yuxarıda qeyd etdiyim kimi, ədalət hissi çox yaxşı inkişaf edib.

Sonda isə Volterdən bir sitat: ” kim ki edaləti və azadlığı sevmir böyük adam ola bilər, amma dahi heç vaxt olmayacaq”

Araz seni sevirem!  Sən dahisən!

“Araz kimi yaşamaq” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma