Çörəyin bahalaşması haqqında qeyd

Söylədiyinə görə, şokolad payını həftədə 20 qram artırdığına görə Böyük Qardaşa təşəkkür üçün aksiyalar keçirilirdi. hələ dünən həftəlik planın 30 qram olduğunu xatırlayırdım. bunun üstündən 24 saat keçməmiş insanlar buna necə inanırdılar? Amma inananları gözümlə görürdüm. Parsons bir beyinsiz heyvan kimi yanımda oturub buna sevinirdi.

Corc  Oruelin 1984 romanından bir parça. bugün bu xəbəri oxuyanda ağlıma bu sitat gəldi. Çörəyin qiymətinin qaldırılmasını sıravi azərbaycanlıya necə təsir edəcəyini çox yaxşı anlayan “müdrik” hakimiyyətimiz İqtisadi İnkişaf Nazirliyinin (burda təbəssümdən özümü güclə saxlayıram) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (bütün məmurlarının manopolist olduğu ölkədə belə qurumun movcudluğu çox gülüncdür)  tapşırıq verir ki, nə edirsiz edin, çörəyin qiymətini salın. Xalq bizi sevsin! desin ki bax, bu zalım kapitalistlər çörəyin qiymətini qaldırdılar biz müdrik və uzaqgğrən siyasət yeridib  endirdik qiymətləri! Endirməyinə endirdilər! gözünüz aydın uca xalqım çörək 20 (!) qəpik idi, oldu 40 – 50 qəpik sonra endirdilər 30 -a! çörəyin qramajı da endi! beləliklə Corc Oruelin kitabını oxuyub daha bütün bunları uzaq və anlaşılmayan kimi qəbul etməyəcəyik! gülümsəyin xanımlar bəylər! oyun davam edir…. Hələ görüləsi günlərimiz var…

“Çörəyin bahalaşması haqqında qeyd” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma