siyasi ya hüquqi qərar?

“Mən çox şadam ki, Avropa Məhkəməsinin «dərhal azad etmə» qərarı əsaslı olmadığından müstəqil dövlətimiz tərəfindən müvafiq prosedur şəklində, mərhələ-mərhələ həyata keçirildi. Eyni zamanda, Ali Məhkəmə bağışlamaq mümkün olan cinayəti bağışladı. O biri cinayəti niyə bağışlamalıdı ki? O vaxt məhkəmənin səhvi olub və bu indi düzəldilir. Bizim məhkəmə bu dəfə belə addım atdı. Bunu kim necə qiymətləndirir, nə cür siyasi boya verirsə, öz problemidir”.

bu parlaq fikrin sahibi «Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqovdur. Eynullanın dünənki Məhkəməsi və qərarı haqqında bu adamcığaz belə qiymət verib. bizim qulaqlarımız hələ nələr eşidəcək. günü gündən öz mənasız hakimiyyəltərini qorumaq üçün nə yalanlar, nə gopnamələr uyduracaqlar. yox bir Avropa məhkəməsinin qərarını mərhələ – mərhələ yerinə yetiririk…

Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabında Əliyevlər bəlasının gözəl bir açıqlaması var. Turqut bey yazır ki, Birinci hakimiyyəti dövründə Əliyevlər Rusiya üçün işləyirdi. ikinci hakimiyyəti zamanı isə ancaq özü və ailəsinın rifahı üçün ölkəni talayırdı, öz hakimiyyətini qorumaq üçün Rusiyaya  belə pənah aparmışdı. Bu Əliyev yalanlarını açıb ortaya qoyan dəyərli kitabı hamıya alıb oxumağa tövsiyyə edirəm. o ki qaldı Bəxtiyar müəllimə və minlərlər Bəxtiyar kimilərə, ay bədbəxtlər kimsə milyardlar qazanıb sizin qabağınıza onları qorumaq üçün qəpik quruş atırsa buna görə vicdanınızı satırsızsa sizin haqqınızdır heç nə demirəm, sadəcə hər şeyi adı ilə çağırın. Deyin ki monarxiyadır, müqəddəs şah var, biz hamımız onun təlxəkləri və əyanlarıyıq! bizdə işimizi bilək! monarxiyaya, despotizmə qarşı mübarizə aparaq! yoxsa ay demokratik ölkəyik! hüquqi ölkəyik zappa zırıp!  ayıbdır e! özüvüzə hğrmət eləmədiyiviz bas bəllidir! dəyərləriviz yoxdur bu da bəllidir! lap elə deyəcəm manqurtsuz bu da aydındır! vallah bitməyən labirintdir! çıxış yolu da yoxdur! qalmışıq təlxəklərin və təlxəy sevən despota bənzəmək üçün xarizması çatmayan ortabab vassalın əlində! belə bax zzülmdəyik!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma