Avropa və Amerika nə vaxta qədər dözəcək

“Azərbaycan hökumətini ifadə və sərbəst toplaşma azadlıqlarına hörmət etməyə çağırırıq”, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir. Amerika Deportamenti o qədər siyasi icmalçılara maaş verir, amma hələdə bir sadə həqiqəti özü üçün aydınlaşdırmayıb. Bizim hakimiyyət xahiş, yumşaq diplomatik ton qanan deyil. Onlara əzələ nümayiş etdirib emr vermək lazımdır. Başqa danışıq tərzini vallah və billah bunlar anlamır. Amerika ve Avropa birliyi anlamır ki, bunların nə qədər başlarını sığallayıb “sen ne yaxşı oğlansan, hər şey yolundadır, amma bunu bax bizim tövsiyyələrlə etsən lap yaxşı olar” kimi psixoloji priemlar çekmir. Nəyə görə Rusiyanın yanına qaçır bizim İlyuşa? ona görə ki, orda onu alçaldırlar. Orda onu “qamçı və pryanik” terzində münasibət göstərilir. Bu onun öyrəşdiyi dildir. Onun dedikdə: bu sistem İlham demək deyil, amma ilham bu sistemin bütün mənfiliklərinin (cahilliyin, özbaşnalığın, balaca şərqli despotun bütün xüsusiyyətlərini) daşıyıcısıdır. Ona görə demokratiya isteyirsiz tonuvuzu daha sərt edin, yoxsa Əli Həsənovkimilər çıxıb sizə barmaq silkələyəcək! Görün sizə barmaq silkələməyə də kimi gpöndərirlər e, utanım yerivizə ay Avropa, Amerika! guya Moskvada tarix oxumuş Çe Qevaranı tanımayan, Qandinin kim olduğunu bilməyən, siyasi terminlər haqqında bilgisi ümummilli, möhtərəm, zati əliləri sözləri ilə məhdudlaşan bir adam sizə meydan oxuyur! Demokratiya cəhənnəmə heçmi siz özüvüzə hörmət etmirsiz ki, belə inanların sizi ələ salmağına barmaq arası baxırsız?

“Avropa və Amerika nə vaxta qədər dözəcək” üzərinə 5 şərh

  1. Böyük şeyləri rüşvətlə almaq olmur ikincisi bizdə elə bölgələr var ki, orda tam demokratiyadır məsələn Nardaran Azərbaycanda nələrin baş verməsinin onlara heç dəxli yoxdur. Qonşumuz Ələmdar bələdiyyə prob eləsün girsün həyətinə
    Saəcə ümumi vicdansızların “Əməyi” nəticəsində Azərbaycanda böyük uçurumlar qazılır ((

  2. Seçki məntəqələrində saxtalaşdırma edən, karusel olaraq istifadə edilən xalqın heç də Dubayda villaları yoxdur. 5-10 qəpik qazandıqları işlərini itirməməsi qorxusundan ediblər. Azərbaycanda ac insan çoxdur. Qarnını doydurmaq üçün çox şey edərlər. Bizim müxalifət isə özünü elita kimi aparır, təhsil, vicdan və s.dən danışır. Nə müxalifətdəki insanlar, nə də Avropa özlərinə sığışdıra bilmir bu üsulu. Bura Azərbaycandır! Bir tikə çörək, kağız üzərində təhsil, hormət, A-Zyə hər şeyi ƏKSƏR insanlardan pul müqabilində almaq olar. Avropa biraz keçmişinə baxsın. Dini sektalar, Türkiyədə nurçuların istiadə etdiyi üsulu istifadə etsin.

    P.S. Nardarandakı vəziyyətdən düzü xəbərin yoxdur. Ola bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma