sovet lumpenleri kimdir?

 

Hakimiyyət bizim üzərimizdə eksperementlər qoyub belə nəticəyə gəlir ki, hələki bizimlə nə istəsələr eləmək olar.  Bizim özlərini fəxrlə azərbaycanlı adlandırdıqları( əslində idealogiyasız, mənasız kütlə)  akulanın ağzına üzən balıq dəstələrini xatırladır.

 

Adi Bakı gecələrindən biri

 

“Canavarlar, çaqallar ve tülkülər yazda oyanır. Və insanlara hücum edir. Bizim sərhəddə olan çaqallarda oyanıb və bizim şanlı əsgərlərimizə və qüdrətli xalqımıza öz gizli mövqelərindən xaincəsinə atəşə tuturlar. Anladığınız kimi söhbət erməni daşnaqlarından gedir.” Bunu dünən valideynlərimin hər gün izlədiyi Lider tvnin xəbərlərinin axşam buraxılışında eşitdim. Sevimli köşə yazarımız Zamin Hcının sözünə qüvvət, telekanalizasiyaya bele gec – gec baxdığıma peşman oldum. Jurnalistikanın etik kodeksi deyilən bir anlayış var, hansını ki,  telekanalizasiya işçiləri istənilən TV- yə işə düzələndə kanalizasiyaya buraxıb üstündən su da buraxırlar. Jurnalistin obyektiv, qərəzsiz və klişesiz yazılar və reportajlar hazırlanması kimi Avropalıların uydurduğu qanunlar bizdə keçmir qardaşım.  Ramiz müəllim pardon Ağa deyir media kapitanlara sür dərəyə bizim jurnalistlər də sürür dərəyə.  Beyinlərin yuyulması prosesi Ramiz sabunun sponsorluğu tam gücü ilə işləyir. Bu axının qarşısınıda heç nə ilə almaq olmur. Alternativ fikirlərə efirdə yer yoxdur. efirdə ancaq muğama, İdmana bir də ANS –ın əttökən Jek xəbərlərinə yer var. ictimaideki 4 deqiqelik debatlar  heç kıme maraqlı deyil.

Əlbəttə alternativ düşüncəli insanlar var. Amma… bir hadisə yadıma düşdü. 4 il önce “Gündəlik Azərbaycanın”  bağlanmasına etiraz olaraq şəhərin mərkəzində kütləvi qəzet oxumağa başladıq. Birinci Polislər qırağda durub sadəcə baxırdılar. Və biri rasiya ilə belə gördüyünü rəisinə çatdırırdı“ Rəis, hələki heç bir şüar demirlər, plakatlarıda yoxdur. Oturub sakitcə qəzet oxuyurlar. Qoy otursunlar quru daşların üstündə, xəstələnərlər ağılları başlarına gələr. Onsuzda camaat onlara fikir vermir. Nəsə şüar deyən kimi tutarıq.”.

Təəsüf ki, sonuncu doğru idi. Bizə fikir verən yox idi. Hamı ətrafında baş verənlərə laqeyddir – Qarabağ müharibəsinə, seçkilere, Türkiyənin sərhədləri açıb açmayacağına, bu ölkədə azad toplaşmaq və azad informasiya almaq hüququnun olmamasına, Mezahır Penahovun hoqqabazlıqlarına və.s. Buna görə 2003 – dən sonra bizim cəmiyyət lümpenlər cəmiyyətinə çevrilib. Barmaqla sayılacaq qədər adam var ki, onlar ba verənlərə adekvat yanaşmağı bacarırlar. Onlarıda bu simasız kütlə özü öz arasında məhv edir. Kütlə isə sakit nəfəs alır, nəbzi normaldır, temperaturu 36.6 – dır.

 

Şüuraltı olaraq da, biz artıq Anna Politkovskaya yazdığı kimi, “Homo sovetikus”  vəziyətimizə qayıtmışıq, biz yeni sovet lyumpenləriyik, rejimin qullarıyıq. Hakimiyyət repressiya maşınını işə salib  bir az bizə barmaq silkələyən kimi,öz yuvalarımıza qaçdıq. Bugünki vəziyyətimiz isə ağırdır: qulaqlarımızı yummuşuq, gözlərimizi bağlamışıq və ağzımızı skotçlamışıq.

Bu kütləni nəyəsə etiraz etməyə çağırmaq ağılsızlıqdır. Desidentlik hələ uzun illər etiraz edən fərdlərin sığınacağı olacaq.

Yazini isə Politkovskayanın bir sitatı ilə bitirəcəm : “biz böyük sevinc hissi ilə azadlığı qəbul elədik. Böyük məmnuniyyət hissi ilə ondan itifadə elədik.Onun uğrunda mübarizə aparmaq lazım gəldiyində – bizi aldadan liderlərə küsüb azadlıqdan bir addım aralandıq, və bu sonun başlanğıcı idi”.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma