Ye! Sev! Dua et?

 

Əslində kitabın adı Ye, Sev, dua et – dir. Sadəcə adın üçüncü hissəsi ilə razı olmadığım üçün onu sona qoydum..

Bütün mağazaların vitrinlərində , kafelərdə qadınların çoxusunun əlində bu kitab var. Adətən belə populyar kitablar məndə qıcıq doğurur. Amma Elif Şafak praktikası mənə göstərdi ki, populyar olan hər zaman pis olan demək deyil. Ona görə yağışlı bir gündə işıqlı bir şey oxumaq üçün bu kitabı aldım. Və yanılmadım.

Syujet haqqında danımaq istəmirəm. özünüz alın oxuyun. sadəcə onu deyim ki, bu kitab Hilari Klintonun, Djuliya Robertsin və Britni Spirsin(!?) sevimli kitablarına çevrilib. Bu müxtəlif statuslu və İQ sahibi qadınlara bu kitabı nə sevdirib? bilmirəm, hər halda mənə elə gəlir ki, bu kitab sadəcə qadınların çoxunun qorxduğu və heç vaxt ən yaxşı rəfiqəsi ilə paylaşa bilmədiyi problemləri haqqındadır. 6 il ərdə olub bu nigahın uğursuz olduğunu anlayan amma deyişikliyə gücü olmayan qadının hekayesidir. Bir gün hamamda yerə uzanıb ağlayan Liz, Allaha müraciət etməyə qərar verir. Birinci cümləsi belə idi: Sənin bugünə qədər gördüyün işləri bəyənirəm… Liz həmin gündən boşanıb özünü axtarışa çıxır… Stop söz vermişdim süjeti danışmayacağam.

Daxili qarmoniya axtarışı hər adamın cəsarət etmədiyi səyahətdir. Güzgudə xaricən hamımız yaxşı gösrəsnirik. amma daxilimizə səyahət edib, ximeralarımız ilə mübarizəyə çıxıb və ən əsası qalib gəlmək hər adəm övladının işi deyil. Bi kitab müəyyən mənada özümüzü kəşf üçün yaxşı bələdçidir.

Nə deyim, alın oxuyun, daxili aləminizə səyahətə çıxın…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma