Sözəbaxan namizədlər və ələbaxan seçicilər

Namizədlərin debatları və apardığı kompaniyalar məndə belə təəsürat yaratdı ki, seçicilər ələbaxan, namizədlər isə sözəbaxan kateqoriyasına bölünüb.

Sözəbaxan namizədlər– İTV – nin 4 dəqiqəlik standuplarında namizədlərin böyük əksəriyyəti əvvəlcədən hazırlanmış kağızlardan oxuyurlar. Çıxışları zamanı seçicilərə müraciət etmirlər, İlham Əliyeva və heydər Iliyevə olan sədaqətlərindən danışırlar. Hamı bilir ki, onsuzda bizdə Prezident Aparatının natariusu olan deputatxanaya seçilmirlər, təyin olunurlar. Təyin olmaq üçündə 3 mövzu ətrafında danışmaq lazımdır. Fışqırıq vuran iqtisadiyyatdan, bu inkişafda İlham əliyevin rolundan və İsa Qəmbərin Qarabağı “satmağından”. Bəzən müxalif düşüncəli namizədlər olmayanda lap gülməli mənzərə yaranır, 4 – 5 kişi burnunu dirəyir kağıza və manaton səslə ortabab yaltağlıq performansı göstərirlər.

Ələbaxan seçicilər –  Əslində seçiciləri qınamaqda istəmirəm. Kütlə hər yerdə kütlədir və mühitin temperaturuna görə deyişir. Kütlə tsinikdir. Kütlə öz mənafeyini güdür. yüksək ideallar, ədalətin zəfər çalması onları qlobal mənada maraqlandırmır. Onlar normal maaş, sosial problemlərin həll olunmasını, sabitlik istəyirlər. Onlar üçün ədalət budur. Kütlə görür ki, real güc hakimiyyətdir. Və ona görə seçkidən bir iki qəpik pul,  ya yaxşı yol, ya da  qaz trubası qoparmaq üçün səslərini kimə istəyirsən satarlar.  Və o vaxtacan satacaqlar ki, müxalifət real gücə çevrilməyəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma