İlham Əliyevin etirafları

“Mən Şadam ki, Mehribanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çətin vəziyyətdə olan Azərbaycan vətəndaşlarının vəziyyətinin yaxşılaşdırılması üçün çox işlər görür. Dövlət orqanlarından şikayətlərinə cavab ala bilməyən insanların son ümid yeri, ünvanı Heydər Əliyev Fondudur. Onlar Fonda ümidlə üz tuturlar ki, burada onları eşidəcəklər. Belə də olur.” – İlham Əliyev.

bu nə deməkdir? ilham Əliyev etiraf edir ki, dövlət orqanları işləmir? Demək ki, “Prezidentin xəbəri yoxdur” mifini Şah İlham  özü məhv elədi. Bu hakimiyyətin mövcudluğunun iki səbəbi var: Qorxu və miflər.

Qorxu aydın məsələdir, Azərbaycanda aktivləşən istənilən qüvvəni Əli Kərimlinin sözü olmasın repressiya maşını əzir. Buna misal Emin və Adnanı göstərmək olar. Qorxu artıq şüraltıdan bizi senzura edir. Şüraltı bir yana bir az cippildeyen kimi, qohum- əqraba, dost – tanış hərə bir tərəfdən düşür üstüvə ki, “divarında qularları var”, “sənə görə işimizi itirəcəyik” və.s.

Miflər- hakimiyyəti sokrallaşdırmaq üçün bir neçə mif uydurub Ramiz Ənvəroviç xalqa yedizdirib. Ən böyüyü təbii ki, Heydər Əliyev mifidir. İkinci mif “özü yaxşıdır, ətrafı pisdir” üçüncü mif “Bunlar yeyib gözü doyub, o biriler gelib lap çox xalqın qanını içəcək”. Miflər cəmiyyəti idarə edir. Bu söhbətlər çayxanadan çıxır və tsıqan poştası vasitəsi ilə yayılır. Hamı sanki fərqliliyini, ağıllı olduğunu göstərmək üçün bu söhbətləri tutuquşu kimi yayır. Mif şifahi xalq ədəbiyyatının nümunəsidir. Dünya şifahi xalq ədəbiyyatını muzeydə ekspanat kimi saxlayır, biz isə həyatımızı mifə görə idarə edirik. nə vaxt ki, miflərdən cəmiyyəti təmizləyəcəyik onda bu sözün əsl mənasında qanımızı içən bu rejimdən canımızı qurtaracağıq.

“İlham Əliyevin etirafları” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma