Depressiyada olan Azərbaycan vətəndaşının gündəliyindən.


AZƏRBAYCANDA HÜQUQİ, DEMOKRATİK DÖVLƏT QURULUR.
HEYDƏR ƏLİYEV.

MÜVƏQQƏTİ NARAHATLIĞA GÖRƏ ÜZR İSTƏYİRİK.

 

Hər iki yazı Bakının məşhur “Azneft” meydanı yaxınlığında gedən tikintinin hasarları üzərində və məhz bu ardıcıllıqla yazılıb. Şübhəsiz, ardıcıllıq təsadüfidir, amma on dörd-on beş kəlamın içindən, mənim diqqətimi ən çox cəlb edən nədənsə məhz bu oldu. Bəli Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu gedir və bu dövləti quranlar bizi inandırırlar ki, bütün narahatlıqlar müvəqqətidir. Mən buna inanıram – çünki ən azından inanmaq istəyirəm. İnanmaya bilmərəm! Çünki əgər inanmasam – bu dövlətdə yaşamaq mənimçün əsl əzaba, cəhənnəmə çevrilər. İnsan həmişə illüziyalarla yaşamagı sevir. Mən də insanam. Çıxış yolum yoxdur – inanmalıyam! Yeri gəlmişkən, “bu dövləti quranlar” dedikdə mən yalnız dövlət məmurlarını, deputatları, vəzifəli şəxsləri nəzərdə tutmuram. Bizim özümüzü də bu dövləti quranlar dəstəsinə aid etmək olar. Niyə belə ironiya ilə baxırsız? Məgər biz bu absurd quruluşun, bu absurd dövlətin belə olmasında günahkar deyilik? Biz – adama min bir bəhanəylə qiymət oxuyan taksi, Rəqsanənin pərəstişkarları olan avtobus sürücüləri, lap elə Rəqsanənin özü də. Çəkidə fırıldaq gələn bazar alverçiləri, zibili hara gəldi tullayan şəhər sakinləri, mobil telefon, elmlər namizədi, universitet tələbələri, yolu qırmızı işıqda keçən piyada və sürücülər,
metroda bir-birinin ayağını tapdalayıb üzr istəməyən  Azərbaycan vətəndaşları – biz hamımız bu dövlətin quruyucularıyıq. Və biz hamımız bu dövlətin əyriliklərində günahkarıq. Axı kim bizə işıqforu yaşıl işıqda keçməyə, dondurma kağızını zibil yeşiyinə atmağa mane olur?! Bu hələ ən elementar şeylərdi. Amma belə xırda elementar qanunlartı pozan kütlə ancaq belə dövlət qura bilər.
Amma hamısı düzələcək. Taksilərə taksometr qoyulacaq, yol hərəkəti qaydalarını pozanlar cərimələnəcək, elektron tərəzilər tətbiq olunacaq, avtobus sürücülərinə iş başında yüksək səslə musiqiyə qulaq asmaq qadağan olunacaq,
Hamısı düzələcək. Bu, müvəqqətidir. Qarabag problemi də həll olunacaq. Məmurlar da rüşvət almayacaq, azad sahibkarlığın inkişafı üçün normal şərait yaradılacaq, insanlar 5 manat qabağa düşmək üçün heç kimə atmayacaq, yalan satmayacaqlar, Azərbaycanda təhsil sistemi bərpa olunacaq, insanlar avtobusda telefonlarını yandırıb Rəqsanəyə qulaq asmayıb qəzet-kitab oxuyacaqlar. Bunlar hamısı olacaq….
Hamısı düzələcək. Bu, müvəqqətidir. Sadəcə olaraq, Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu gedir. Bu isə asan iş deyil. Zarafat deyil, cəmi on doqquz yaşımız var. Avropanın, Amerikanın yüz illərlə getdiyi yolu on-iyirimi  ilə dəf etməyimiz mümkün deyil. Cəhd eləmək lazımdır. birinci addımları atmaq lazımdır. hakimiyyət imkan vermir. onlara sadəcə bu müvəqqəti narahatçılıq sərf edir…
Məncə, biz bir-birimizdən üzr istəməliyik! Mütləq üzr istəməliyik. Bütün elədiklərimizə görə. Elə mən özüm də sizdən üzr istəyirəm. Hərdən yazılarımda buraxdığım qrammatik səhvlərə görə.
Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu gedir, müvəqqəti narahatlığa görə sizdən üzr istəyirik – bu müvəqqətidir, vallah, müvəqqəti! Hər halda mən buna inanıram – çünki inanmaq istəyirəm. Bəs siz necə?

 

“Depressiyada olan Azərbaycan vətəndaşının gündəliyindən.” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma