emiqrant gündəliyindən bir parça

Həmişə fikirləşirdim ki mən dünyanın adamıyam. Və harda istəsəm orda yaşayacağam. Qürbətçilik, vətən həsrəti sadəcə klişelərdir. Azərbaycanı tərk etsəm mənə bu hiss yaxın durmayacaq. amma artıq bir ildir o yerlərdən ayrılmışam. Və bonal vətən həsrəti yaşayıram. Məni aid olduğum doğma yerdən qoparıb min ildə yaşasam özümünkü hiss etməyəcəyim mühitə atıblar. Şikayət etmirəm, İstanbul yaşamaq üçün gözəl yerdir. amma mən bura aid deyiləm, problem burdadır. Burda nə hər gün görmək istədiyim dostlarım, nə sevdiyim işim var. Burda həmişə mənə gəlmə kimi baxıb sona qədər etibar etməyəcəklər. Bütün gəlmələr kimi burda həmişə ikinci sort olacağam. Etibara layiq olmayan gəlmə statusu üzərimdədir.

bu dəqiqə  içimi nifrət bürüyüb. məmləkətimdə mənim həyatımı dözümsüz edən həşərat rejimə, onların yaratdığı dözülməz və normal həyat üçün yararsız mühitə  nifrət edirəm.

“emiqrant gündəliyindən bir parça” üzərinə 6 şərh

  1. Vafa, doğrudan varmı elə elanlar? Eşidirəm, oxuyuram, amma inana bilmirəm. Vəfa, mən də heç bilməzdim ki, sən nə vaxtsa belə yazı yazacaqsan, belə şeylər hiss edəcəksən. Çox maraqlı oldu bu təcrübəni oxumaq.

  2. iş orasındadır ki mən özüm özümdən gözləmirdim. düzünü desəm belə elan görməmişəm amma azərbaycanlılara münasibət çox, çox, çox pisdir. Nermishka men özümü kosmopolit hiss edirdim. amma burda yasadiqca demirəm ki, köklərimə qayıdıram, sadəcə ora aid olduğumu hiss edirəm)

  3. Artıq 5-ci ildir ki, İstanbulda yaşayıram və bu tip elanlarla qarşılaşmamışam. Amma olsa da təəccüblənmərəm. Çünki burda azərbaycanlıları təmsil edən və türklərin beynində azərbaycanlı stereotipini formalaşdıran insanlar əsasən fəhlələr, alverçilər və fahişələr olur.

  4. bir menali olaraq turkiyeliler cindirdilar ! onlarin bizlerle qardashligi , felestin-israyil qardashligi kimi bir poxdur, redd olsunlar !
    her dovletin oz menafeyi, oz xalqi esasdir, indi ki dovrde qardash,baci filan girmir, … ozumuzuk , ele ozumuzde ozumuzun ya tenezzulu, yada ki tereqqisi olacayix

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma