həyatımızla qumar oynayan hakimiyyət

Azərbaycanda həyat İçərişəhərdəki küçələrə bənzəyir. Sən hansısa yolu seçib gedirsən və sonda təbii ki, istədiyin mənzilə çatacağına ümid edirsən. Amma sonda düzgün  saydığın yolun sonunda dalana dirənirsən. Və bir anlıq da olsa ümidsizlik hissi səni öz caynağına keçirir. Bizim əbədi dalanımız – ( banal görsənməkdən qorxmayıb deyəcəm) bizim  hökümətimizdir. Yəni hökümətimizin istənilən nazirliyi.
Harri Potter kitabından bir cümlə heç vaxt yadımdan çıxmayacaq – “Möcüzə nazirliyi insanlardan möcüzənin movcudluğunu gizlətmək üçün yaradılmışdı”. Bu fikri bir azcıq dəyişdirib azərbaycansayağı edək: Azərbaycan höküməti adi vətəndaşlar üçün maneələr törətmək, onsuz da çətin olan həyatlarını ağırlaşdırmaq üçün yaradılır.

bu viza haqqında əlahəzrət fərman imzalayanda mən bilirdim ki, bunun bizə adi vətəndaşlara pis toxunacağını. Amma bu qədərini mən belə təsəvvür etmirdim. Türkiyənin Miliyyət qəzetində yazı çıxıb.  Türkiyə və Azərbaycan münasibətləri onsuzda yaxşı deyildi. Burdakı Əmniyyətin Azərilərə münasibəti onsuzda mənfi idi. Bu xəbərdən sonra isə mənfi 10 olacaq. Bu hakimiyyət xaricdədə bizim yaşamımızı dözülməz etməyi bacarır.  Bu labirintə giriş var, çıxış yoxdu…

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma