Etiraz dalğasına köklən

Çox sevdiyim söz var – “etiraz etmək”, müəyyən mənada bu söz mənim həyat tərzimə çevrilib.  Etiraz etmək arzusu içimdə uşaqlıqdan oturmuşdu. Amma çox uşaqlar kimi nə istədiyimi nəyə etiraz edəcəyimi özüm tam dəqiq anlamırdım. Sadəcə hiss edirdim ki, ətrafımda baş verənlər düzgün deyil, ədalətsizlikdir. 1994 – cü ildə mənim 10 yaşım var idi. O zaman mən az ünsiyyətcil,  həyətə düşüb uşaqlarla oynamayan  açkili kitab siçovulu idim. Və mən gündəlik tutub ora bütün hisslərimi emosiyalarımı, AZTV-dən izlədiyim ictimai – siyasi proseslərin uşaq gözü ilə “analizi”ni qeyd edirdim. Bir gün dayım mənim gündəliyimi tapıb xalalarımı anamı yığıb gündəliyi oxumağa başladılar. Onların gülüşü indiyənə qədər qulağımdadır. Amma mən quyruğumu qısıb öz otağıma qaçmadım. İlk  dəfə həyatımda olanlara etiraz edib müqavimət göstərdim. Dayımın əlindən gündəliyimi qoparıb, bu qədər şəxsi bir şeyə müdaxilə etdiklərinə görə qəzəbli amma rabitəsiz tirada söylədim.

 

O zaman mən anladım ki,  bizi boğan bizi inkişafdan saxlayan adət – ənənələrə qarşı da mübarizə aparmaq olar. və məktəbdə  bir hərəkat başlandı. Mən qızlar klubu yaratdım. Qızlar klubunun birinci qaydası – qızlar klubu haqqın da heç kim bilməli deyildi. Radikal feministlər idik.  Qadının kişidən daha ağıllı olduğunu sübut etməyi qarşımızda məqsəd qoymuşduq.  uşaq idik. nəyəsə etiraz eləmək istəyirdik. İdeya yox idi. beyinlərimizdə bizi əzən gücün valideynlər ən çoxda atanı(kişini) görürdük.

Etirazın formaları müxtəlif olur, bəzən insan özü – özünədə etiraz edə bilər. Hər birimizin içində nəsə pis – dağıdıcı bir qüvvə oturub. Bəzən hər şeydən bezib, hər şeyi atmaq, satmaq, dağıtmaq, getmək    istəyirsən. Mən məsələn belə vaxtlarımda Hanq Konqa getmək istəyirəm. Həmişəlik. Orda həmişə istidir. Ekzotikadır.  Orda sakitlik var. Bütün günü yoqa ilə məşğul olub meditasiya edəcəm. Cəhənnəm olsun hamı və hər şey. Sonra isə vicdan deyilən bir şey oyanır və başlayır bu cür gözəl planların içinə bir kq gül qoymağa. Vicdanım mənim eqoizmimə qarşı etiraz edir. Və adətən vicdanın rasional dılilləri qarşısında bu pis energetika yox olur.

Gənclik etiraz ruhudur. Etiraz etmək üçün bu saat Azərbaycanda o qədər şey var ki, biz yazıqlar qalmışıq nədən başlayaq. Ilk öncə təhsil.  Bir çox sevdiyim insanlardan biri dediyi kimi bizim Üniversitetlər diplom satan dükanlardır. Və onlar hər bir azərbaycanlı kimi, asan pullar qazandığı  diplom biznesini əlindən verməmək üçün son damla qanına qədər mübarizə aparacaq. Vicdan, ədalət hissi, insanlara bilik vermək eşqi bu insanlarda  eramızdan əvvəl ikinci əsrdə ölüb. Və diriləcəyini ümid belə etmirəm.  Bunlara nə qədər etiraz edirsən et. Xeyri yoxdur.demək nə etmək lazımdır? Cəza sistemi yaratmaq lazımdır. Rüşvətxor müəllimi, dekanı və rektoru  birini həbs etmək rüşvət üstündə, ictimai qınaq mexanizmini işə salmaq və tələbələrlə işləmək. Opa yadımdan çıxdı. Pardon əziz oxucum. Basta yuxarıdakı iki punktu unut. Ya da unutma Neft qurtaranda bu haqqda hələ danışarıq. Neft demişkən bir az da təbliğat aparım DDT deyilən bir rus  rok qrupu var. Onun “Koqda zakoncitsa neft” mahnısını mütləq tap qulaq as. Çox stimul verən mahnıdır.

Etiraz etmək lazımdır xanımlar və bəylər hər şeyə. Özümüzün mənfi cəhətlərinə – özümüz haqqında danışmaq ehtiyacına qarşı, başqasının haqqınının tapdalanmasına qarşı, dəb tendensiyalarına qarşı, qeyri – sağlam ambisiyalara və rəqabətə qarşı, ətrafımızda olan xaosa. Etiraz etmək və gülümsəmək. Həyat oyundur. Bu oyunu yaxşı və ləyaqətlə oynayaq. Qalib gəlib  və ya uduzacağımız o qədər də əhəmiyyətli deyil. Prosesin özü, sənin düzgün yolda olduğuvu bilmək o qədər gözəl hissdir ki, bu yolun sonunda səni güllər və sevgi ya da qandallar gözləyəcəyinin heç bir fərqi yoxdur. Yaşamaq və yaratmaq gözəldir. Oyanın, yaşayın, etiraz edin və mütləq gülümsəyin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma