Vicdanıvıza səsləniş!


Bu şeklin müəllifi mənəm. O  vaxt reportyor işləyirdim. Eynullaya hökm oxunan gün idi. Bu şekilə görə məni məhkəmə zalından qovdular. İlk dəfə idi ki, məhkəmə nəzarətçilərinin dərəbəyliyi ilə qarşılaşırdım. Hakim hələ zala gəlməmişdi. Üzümə qapının çırpıldığı an, sanki yağlı bir şillə almışdım. Əsəbimdən məhkəmə zalının qapısını yumruğlamağa başladım. Birdən qapı açıldı. Qapının arasında Eynullanın başı görsəndi: Gəl! dedi. Eynulla nəzarətçi ilə dava edirdi. Məni içəri almamaqda onun huquqlarını pozduğunu deyirdi. Bu an hakim gəldi. Eynulla hakimi seçim qarşısında qoydu. Məhkəmədə jurnalistlərin zaldan qovulmasını dayandırılmasa bu komediyada iştirak etməyəcəyini dedi. Hakim məni geri aldı. İlk dəfə idi ki, kimsə mənim huququmu qorudu. Bu elə gözəl hiss idi ki.
İndi isə Eynullanın hüquqları uğrunda mübarizədəyəm. Gözümüzün qarşısında bir insana qarşı böyük ədalətsizliklə davranırlar! Avropa İnsan Haqqları Məhkəməsi onun azad olunmasını tələb edir. Artıq son qərar da elan olundu.Hakimiyyət isə bir qulağından alıb o birisindən buraxır. Eynulla isə hər zamankı kimi mübarizə aparır. Bu dəfə isə o həyatını ədalət uğrunda mübarizəyə qoyub! Müddətsiz aclıq aksiyasına başlayıb. Yeganə tələbi AZADLIQdır!
Bizim, yəni vicdanı olan hər bir fərdin borcu onun bu aksiyasına dəstək olmaqdır.  Vicdani ilə saziş bağlamayanlar, xahis edirəm bura girib bu müraciətə imzaq atın!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma