Sevgi haqqında


Cənablar, maskalar atılıb, kartlar düzülüb
Hərə layiq olduğunu alıb.
Cənablar, siz ən əsasını anlamadınız,
Siz sakit, axınla üzmək istəyirdiz?
Güzgüdə biz hamımız yaxşı görsənirik
Zemfira 

Hər bir canlının sevgiyə ehtiyacı var.  İnsanların və heyvanların, hətta bitkilərin də. \”Hətta\” sözünə görə \”Qreen Peace\” cəmiyyətinin Bakıdakı tək-tük üzvləri qızmasınlar. Sevgi dedikdə söhbət əzilmiş, çeynənmiş və tüpürülmüş ifadə olsa da, təkcə iki insanın bir-birinə sevgisindən getmir. Halbuki bu sevgi daha güclü və təəssüf ki, ən azömürlü olur. Sevgi haqqında yazmağa məni son zamanlar ətrafımda baş verən proseslər məcbur etdi. Xahiş edirəm, bu yazını nakam sevgi hekayəsi ilə bağlamayın.
Bizdə bütün hissləri o qədər saxtalaşdırıblar ki, absurdluğa gəlib çatıb. Götürək elə vətənə sevgini. Vətən haqqında o qədər mənasız, şit şerlər yazılıb ki, adam \”vətənimi sevirəm\” deməyə utanır. Ya da ki, elə orta məktəblərdə verilən inşalar. Mövzuları yada salın. \”Torpaq uğrunda ölən varsa, vətəndir\” mövzusunda 5-ci sinif şagirdini inşa yazmağa məcbur edən təhsil sistemi gələcəkdə bizim  kimi \”vətənpərvər\” insanlar yetişdirə bilər.
Qərbdə insana sevgi, humanizm, \”yaxınını sev\” kimi yüzilliklərdi mövcud olan anlamlar var. Bunlar artıq anlam və nəzəriyyə deyil, həyat tərzinə çevrilib. Söhbət böyük siyasətdən deyil, adi insan münasibətlərindən gedir. Hansılar ki, birinci növbədə özünəhörmətə söykənib. Bizdə insanların bir-birini necə sevib, hörmət etdiyini görmək istəyənlərə pik saatlarında metroya ya avtobusa minməyə cəhd etməyi məsləhət görərdim.

İki insan arasında sevgi, ya da eşq. Bəzən düşünürəm ki, əbədi sevgini arzulamaq sevgini yaşamaqdan milyon dəfə yaxşıdır. Çünki bu hiss haqqında röyalar qurmaq, onunla həyatda qarşılaşmaqdan yaxşıdır. Onsuz da bu hissə dəyər, qiymət verən  tapılmayacaq. Bu kişilərə də, qadınlara da aiddir. Amma yenə də ən çox kişilərə. İnsanlar hər yerdə o qədər yalan danışmağa alışıblar ki, yalansız, ikiüzlü oyunsuz həyatlarını təsəvvür etmirlər. Az-maz saf, həqiqi hisslər gördükdə başlarını götürüb qaçırlar. Çünki inanmırlar. Birinci növbədə özlərinə inanmırlar. İnanmırlar ki, onlar buna layiqdirlər. Ya da inanmırlar ki, həqiqi məhəbbət, sevgi var. Hisslərdə saxtalıq və ikiüzlülük – budur indiki istənilən münasibətin əsas tendensiyası. İnsan həlim, mülayim, hər şeyi anlayan, bir sözlə, insan olanda onunla hesablaşmırlar. Unudulmuş, köhnəlmiş, cırıq başmaq kimi lazımsız olur. Elə ki insanın üzü çevrilir, laqeyd, sərt olursan, çəkirlər səni yuxarı başa. Gözün üstündə qaşın var deyən olmur sənə. Təkrarlansam da, yenə deyəcəm, vallah, ən yaxşı və əziz iş qıraqdan kiməsə platonik hisslər bəsləməkdir. Kiminsə idealını yaradıb, onu sevməkdir. Insanlardan istər kişilərdən, istər qadınlardan adama sevgili, ya da dost çıxmaz. İnsanın ən yaxşı dostu, sevgilisi elə özüdür. Rasional olmaq lazımdır. Sevmək, kiməsə inanmaq lazım deyil. Yoxsa sizin hisslərinizdən istifadə edib, başınıza qaxac edəcəklər. Vətəni sevəcəksiniz, kimsə bu sevgidən istifadə edib, siyasi dividendlər qazanacaq. İnsanı və insanlığı sevəcəksiniz, əvəzində payınıza ancaq alçaldılmaq və təhqirlər gələcək, kişini və ya qadını sevəcəksiniz, xəyanət və laqeydlik qazanacaqsınız. Sizə bu lazımdır? Mənə şəxsən yox…

“Sevgi haqqında” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma