İstanbulda heydərizm rejiminə qarşı aksiya!

İstanbulda Heydər Əliyev küçəsində yerləşən Heydər Əliyev parkında Heydər Əliyev heykəlinin qarşısında 6 nəfər gənc (məndə o cümlədən) aksiya keçirtdik.

Qorxmadan, üzünü və hakimiyyətlərinə iradları üzünə çırpan indi hər nəfər 10 insana bərabərdir. Ona görə 6 rəqəmi sizi narahat etməsin.

Bizi bu aksiyanı keçirməyə  sövq edən,  həmvətənlərimizin Azərbaycandakı ağır durumudur.  Təməl anadan olandan insana verilən haqqlar var:

1. Yaşamaq haqqı

2. Özünü ifadə etmək haqqı

3. Söz və fikir azadlığı

4. Sərbəst toplaşmaq haqqı

5. Bərabərlik

Azərbaycanda hakimiyyətdə olan  rejim bütün bu haqqları pozur və məmləkətdə yaşamağımızı dözümsüz edir. Azərbaycandan uzaqda yaşasaqda bu problemlər bizidə narahat edir. Və ona görə də etirazlarımızı bu rejimin qurucusu Heydər Əliyevə bildirməyə qərara aldıq. Heykəl çox maraqlı yerdə yerləşirdi, Zabıta (polis bölməsi) Heydərin arxasında, boğaz mənzərəsi isə düz gözü qabağında. Yəni heykəlin sakit dayanması üçün polis arxadan onu qoruyur. O isə boğaz mənzərəsindən həzz alır. İki dəqiqəlik də olsun onun sakitliyini pozduq! Azərbaycan polisindən fərqli Türk polisi heç nə demədi. Şüarlarımızı qaldırdıq, sözümüzü dedik və dağılışdıq.  Ola bilsin məşhur tamaşada olduğu kimi, kimsə oxuyub deyəcək: Ə, nolsun? Amma elə deyil!  Kimsədən qorxmadan Heydərizmin ən müqəddəs tabusunu aşmaq lazımdır biz Heydər Əliyev mifini dağıtmalıyıq. Bu birinci addımlardan biri olsun!

Çox ümid etmək istəyərdim ki, bu aksiya İstanbuldan başlayıb bütün dünyadakı bizim büdcənin hesabına tikilən Heydər Əliyev parklarında, Heydər Əliyev heykəlləri önündə davam etdiriləcək! Azərbaycanda yaşayan bu şərlə mübarizə aparan insanlara ən azından bu cür mənəvi yardım edək!

“İstanbulda heydərizm rejiminə qarşı aksiya!” üzərinə 10 şərh

  1. Belə etiraz aksiyası olmaz. Elə bil ki uşaq baxçasındasınız. Sizin ən yaxşı etirazınız özünüzü hər cəhətdən yetişdirərək Azərbaycana qayıdıb vətənimizin ilərləməsi üçün çalışmağınız olmalıdır. Bir də elə pal paltarda gəzirsiniz ki, daha heç sözüm yoxdur. Universitetde oxuyanda döydüyümüz ÖDP li tələbələrə oxşayırsınız. Nəysə yenə də sizə uğurlar…

    1. Ruslan, senin o dediyin ozunu her cehetden yetisrib vetene qayidanlardan 2si bu deqiqe turmedediler. OZude gunahsiz yere, sirf muxalif olduqlarina gore. Sayisiz qeder savadli genc bu rejimin ucbatindan xaricde yasamagi secirler, qayidanlarin ise ekseriyyeti layiq olsugu yerde calisa bilmirler. Biz bunlara etiraz edirik. O ki qaldi ODPlilere, mence ODPlilere oxsamaq ayib deyil. Kahr olsun fashizm🙂

  2. aksiyanin novu, janri – chox tesirlidir. elchatmaz tanrilarin yerdeki izleri olan heykeller de olmasa onlara oz sozumuzu nece deye bilerdik?
    biz xalq olaraq hele de azix magarasinda yashayirig. gelen defe mutleq gelecem [2-3 gun evvelden xeber versez]. ona sozum var!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma