Emir Kusturitsa Türkiyəni nifrətlə tərk etdi

Emir Kusturitsanın filmlərinə baxanda hər zaman heyfislənmişəm ki, Azərbaycanın niyə axı belə əjdahası yoxdur. Konfliktlərin nə qədər anlamsız olmasını, müharibənin gülünc tərəflərini və bədbəxt ölkələrin bədbəxt vətəndaşlarının gündəlik tragediyalarının absurdluğunu göstərən ikinci belə rejisser yoxdur. Niyə Kusturitsa yadıma düşdü? Bugün Kusturitsa türkiyədən və onun AKP – li mədəniyyətsiz nazirinə acıqlı ölkəni tərk etdi! “Altın portakal” kino festivalında Emir münsiflər heyətinin rəhbəri seçilmişdi. bunu eşidən adı it dəftərində olmayan bir türk rejiseri öz filmini musabiqədən etiraz əlaməti olaraq geri aldı. uğursuz filmini reklam etmək üçün bundan şou elədi. Guya Emir serblərin müsəlmanları qırmasına dəstək verib! pf!!! Kusturitsa hər zaman milli azlıqları filmləri ilə müdafiə edib. Emir kosmopolit düşüncəli insandır. Lap elə olmasın, Kusturitsa nasist və irqşi olsa belə, Ertoğrul Günay kimi mənəviyyatsız, bəsit, uğursuz adamın Kusturitsa adını ağzına alması belə mənəviyyatsızlıqdı.
teatra, muzeyə, konsertlərə, sərgilərə məsciddən az gedən adamı Mədəniyyət Naziri seçən hökümət cinayətkardır.

“Emir Kusturitsa Türkiyəni nifrətlə tərk etdi” üzərinə bir şərh

  1. Bu adam özü də avantüristdir, müsəlmanları qırmaq məsələsində deyə bilmərəm, amma serb millətçisi olmağı, ruspərəstliyi, slavyanofilliyi buna heç də uğur gətirmir. Bir ara getdi din dəyişdi, müsəlmanlığı atdı, Nemanya adını götürde və dedi ki, pravoslavam, ənənələrimə, özümə qayıdıram. Sən allah gör bu da sözdü? 21. əsrdə hansı ciddi sənətkar millətinə, özünə qayıtmaqdan dəm vurur?
    O ki, qaldı o türk rejissoruna və nazirə, ölkədə mədəniyyətin halından onların nə iş gördükləri bəlli olur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma