Bakıda yaşayan Avropalının dostuna məktubu

Salam dostum!

Çoxdandır sənə məktub yaza bilmirəm. Səbəb vaxtımın azlığı və ya yazmamaq istəyi deyil. Sadəcə, Azərbaycanda internetin sürəti sizdəkindən 10 dəfə zəifdir. Gülmə, ancaq burda bizim 90 illərin ortasında istifadə etdiyimiz dial-up sistemindədilər.

Xahiş edirsən ki, Azərbaycan və azərbaycanlılar haqqında yazım? Nə yazım!? Yox, burda şeyxlər yoxdur. 200 – 300 nəfər həqiqətən, \”neft və milyonlar səltənətində\” yaşayır. Qalan 7 milyon isə \”alçaldılmış və təhqir olunmuşlar»dır. Ancaq onlar özləri bunun fərqində deyillər. Çünki neft və səltənət dünyasında yaşayanlar onların – alçaldılmış xalqın qəflət yuxusundan oyanıb öz haqlarını tələb edəcəyi gündən çox qorxur. Bu qorxunu mən həmişə onların gözündən oxuyuram! Bunu bacardıqları qədər ertələməyə çalışırlar. Məsələn, xaricdən mənim kimi mütəxəssislər çağırırlar ki, kütlə ilə işləsin. Onların qəflət yuxusunun sonsuza qədər davam etməsini təmin etsin. Mən də öz işimi görürəm. Necə? Bilirsən ki, bütün yeniliklər, kəşflər, sadəcə, yaxşı unudulmuş köhnə şeylərin yenidən yada salınmasıdır. Bunu mən heç vaxt unutmuram. Əslində insan təbiəti qədər bəsit və asan idarə olunan bir şey yoxdur. İnsanları idarə etmək istəyirsənsə, onlara tamaşa və çörək ver! Onlar sənə buna görə hər şeyi bağışlayacaq! Satılmış torpaqları da, 30 faiz inflyasiyanı, evindən girov götürülən vətəndaşı, monopoliyanı və s. Mən hətta \”Mulen ruj\” teatrını da yaratmaq istəyirdim. Amma burdakı gecə barlarına getdikdən sonra bu fikrimdən döndüm. Zatən hamısı azərbaycansayağı \”Mulen ruj»du. Insanların təbii instinktlərini daha sivil şəklə salmaq mənim vəzifələrimdən deyil. Amma maraqlı eksperiment olardı!
Mənim Roma tarixini necə sevdiyimi bilirsən! Azərbaycan cəmiyyəti Roma cəmiyyətidir. Mən burda yaşamaqdan əsas buna görə həzz alıram. Əlbəttə, Azərbaycan əzəmətli Roma imperiyası, Bakı da əbədi şəhər – Roma deyil. Amma cəmiyyət eynidir. Hedonistlər, nihilist bir cəmiyyət. Müdrik Afina bura heç ayaq basmayıb. Şənliyi Dionis idarə edir. Pul burda Allahdır. Hamısı və hər şey satılır. Insanlar ibtidai instinktlərlə yaşayır. Qadın burda bərabər portnyor deyil, sadəcə, quldur. Kişimərkəzçilik burda özünün apogey nöqtəsinə çatıb. İnanmazsan, amma bu yaxınlarda yerli qəzetlərdə oxudum ki, ər arvadını öldürüb. Ömründə tapa bilməzsən, nəyə görə!? Arvadının siqaret çəkdiyindən şübhələnib! Fikir ver, sadəcə, şübhələnib. Burda bu, adam öldürmək üçün kifayətdir. Görürsən, mən necə cəmiyyətdə yaşayıram? Əslində mən sənin bir neçə günlüyə bura gəlməyini istəyərdim. Xaricilər üçün bura cənnətdir. On doqquzuncu əsrdə avropalılara, ya da ağ dərili insanlara aborigenlər necə izzət və hörmətlə yanaşırdılarsa, indi Azərbaycanda da xarici vətəndaşlara elə yanaşma var. Bizim xüsusi klublarımız, publarımız, restoranlarımız var. Gözəl azərbaycanlı xanımlar bizim bir baxışımıza valeh olur. Onlar bizim simamızda onları aclıqdan və səfalətdən xılas edib, uzaq, sirli, ecazkar Avropaya, ikimərtəbəli şəhərkənarı evlərə və maşınlara, ən əsas maddi rifaha qovuşduracaq ağ atlı şahzadələri görürlər.
Nə isə, səni burda gözləyirəm. Deyirsən, orda işində problemin var? Onda yüz faiz gəl bura. Burda sənə yüksək maaşlı iş həmən tapılar. Axı sən avropalısan….

“Bakıda yaşayan Avropalının dostuna məktubu” üzərinə 7 şərh

  1. Daha once koment yazmishdim bura, amma deyesen bu blogun yazari da AZAD SOZU tam anlaminda destekliye bilmir.
    Evvelki yazdigim komentim:
    Dogurdan beledi Azerbaycanda? Tezcene onda avropa vetendashligimi alib gelim Bakida yashiyim🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma