Ağır söhbət

“Hər yoldan keçən heyvana əl vurma, xəstəlik var”.
“Nə xəstəliyi?» deyə uşaq heyrətlə anasına baxır.
“Əşi, nə bilim? Sən də gic-gic suallar verib «mazqi»lərimi xarab etməsən olmaz? Başdan-ayağa xəstəlikdir bu heyvanlar. Dedim, əl dəymə, vsyo”. Və ana uşağının əlindən tutub dartıb aparır. 

Bu mənzərə ilə hər gün və hər yerdə qarşılaşmaq olar. Mən şəxsən milyondan çox belə dialoqun şahidi olmuşam. 3-4 yaşında uşağın hər şeyə maraq göstərməsindən və gördükləri ilə əlaqədar özündən böyüklərə sual verməsindən təbii nə ola bilər?  Amma bizdə kiçiyə hörmət edən demirəm, elə yuxarı ilə getmirəm, heç olmasa, onu adam yerinə qoyan var ki? İnsan da öz uşağına bu qədər laqeyd olar? Xaricdə uşaqlarda heyvanlar aləminə, ümumiyyətlə, ətrafdakı hər şeyə maraq oyadırlar. Bahalı kitablar, DVD-lər alırlar, hər həftəsonu uşaqlarını piknikə götürüb təbiətlə tanış edirlər. Onlarda təbiətə, heyvanlara sevgi oyadırlar. Ümumiyyətlə, her şeyə sevgi aşılayırlar. Müsbət enerji ilə yükləyirlər övladlarını. 5 yaşına qədər isə xüsusi diqqət göstərirlər uşağın tərbiyəsinə. Çünki Freyd nəzəriyyəsinə görə, bütün komplekslər və fobiyaların əsası insanda 5 yaşına qədər formalaşır. Sonra isə həyat boyu müəyyən situasiyalarda üzə çıxır. Indi fikirləşin: 5 yaşına qədər biz uşaqlarımızı necə böyüdürük? Hansı enerjini verirlər ona? Təhqirlə, söyüşlə əzizlənən uşaqdan hansı debil yetişə bilər gələcəkdə?

«Uşaqdır, heç nə qanmır hələ» deyib yanında münasibətlərimizi də aydınlaşdırırıq –  dava-qırğın edirik. Bütün suallarına başdansovdu cavab veririk, ya da: «Zəhləmi tökmə, get anandan, ya da atandan soruş» deyib başımızdan edirik. Amma düşünmürük ki, onda bu zaman sevilməyən, heç kimə lazım olmayan uşaq kompleksi yaranır. İndiyə qədər bütün açıq söhbətlərdə dostlarıma ailədə sevilməyən uşaq olduqlarını deyiblər. Uşaqlıqda belə yad, özgə münasibət görən uşaq sonra ailəsinə və valideynlərinə güvənərmi? Heç bir hissini və duyğusunu onlarla paylaşmır. Tetatet  söhbətlərə, kontakta getməyən artıq yeniyetmə bu ünsiyyəti özü kimi kompleksləri olan dostlarında axtarmağa başlayır…
Elə bilirsiz, bizim valideynlər bunu şüurlu şəkildə edirlər? Əsla. Sadəcə, savadsızlığın, ümumi psixoz və depressiyanın nəticələridir bütün bunlar. Mən heç kimə bəraət qazandırmıram. Elə fikrim olmayıb. Əksinə, belə fikirləşirəm ki, bu millətin qüsurlarını düz gözünə baxa-baxa sadalamaq lazımdır ki, ayaq saxlayıb düşünsünlər: biz kimik, hardan gəlib, hara gedirik? Məqsədimiz nədir? Niyə yaşayırıq? Axı yaşamağımızda, dünyaya uşaq gətirməyimizdə hansısa məqsəd olmamış olmaz. Yoxsa sadəcə, uşaq xatirinə dünyaya uşaq gətirmək düzgün deyil axı. Uşaq doğmaq üçün fərqli səbəblər və yanaşmalar var. Birisi həyatının sonunda tək qalmaq istəmir, o birisi ailə qurub deyir, nədən uşağım olmasın? Pulum var, qoy bir-iki dənə uşaq olsun, qonşumdan geri qalmayım. Beləliklə, şüurlu surətdə övlad istəyən, onun gəlişini sevgi ilə gözləyən insanlar cəmiyyətimizdə azdır. Amma debillər yetişdirən, şüursuz övlad istəyənlər çox. Nəyimiz düzdür ki, uşaq tərbiyə etməyimiz də düz olsun…..

“Ağır söhbət” üzərinə 10 şərh

    1. ANS-ə baxmamağa görə təəssüflənmək?! Mən olsam, sevinərdim, allakqı😀

      Yuxarıda bir cümlə daha çox diqqətimi çəkdi: “«Uşaqdır, heç nə qanmır hələ» deyib yanında münasibətlərimizi də aydınlaşdırırıq – dava-qırğın edirik. Bütün suallarına başdansovdu cavab veririk, ya da: «Zəhləmi tökmə, get anandan, ya da atandan soruş» deyib başımızdan edirik”. Burada Con Lennonun “soon as I born, you make me feel small” deməyi yadıma düşür. Hər zaman bu cümləyə iki mövqedən yanaşmışam, həm sistem mahiyyətindən, həm də ki, ailə daxilindən. Ən pisi isə heyvanlara qarşı bizim insanların mənfi fikirlər aşılamasıdır. Buna görə də küçə heyvanları görəndə döyürlər, əzirlər, pişiyin qoyruğunu kəsib “nolyeddi”dən asırlar. Elə bilirlər ki, uşaq doğmaqla hər şey bitir. Şüursuz varlıqlar!

  1. Quzum,
    prinsipcə dediklərin böyük həqiqətdir və razıyam ki, insanlarımız bunu şüurlu şəkildə etmirlər. Zira maarifsizlikdən edirlər.

    Kor-koranə və məhz Sənin sadaladığın prinsiplərlə övlad dünyaya gətirən valideynlərin böyük əksəriyyəti övladına göstərdiyin dialoqdakı kimi kobud və saymazyana davrananlardır. Nə yazıq ki, bizdə uşaq tərbiyəetmə elmin (tibbin) dediklərinə yox, məhz nəsildən və soydan qaynaqlanan gələnəklərə söykənir və onlarla həmahəng olur.

    Mən uzağa getmirəm, cəmiyyətimizdə mənə cəmi 1.000 valideyn göstərin ki, o, öz gələcəyini məhz övladının xoşbəxtliyi üzərində qurmağı təhtəl şüurunda düşünməsin. Onlar övladlarını yox, məhz özlərini sevənlərdir!!! Təəssüf onlara…
    Sevgilərimlə…

  2. Əla yazıdı, əla yanaşmadı.

    Hələ o gün bir nəfər mənə uşaqlıqda azərbaycanlı valideynlərinin etdiyi hərəkəti danışdı… Deyir, 90-cı illərin əvvəli, ölkənin çox kasıb vaxtıydı. Yas idi, halva çalmağa isə pul yox idi. Nənəsi yaxınlaşıb bu qıza, başqa arvadlarla söhbət edə-edə sırğalarını açıb qulağından uşağın. Aparıb satıblar, puluna həmin gün halva bişiriblər, qonum-qonşuya paylayıblar.
    Heç uşaqdan soruşmayıblar ki, sənin sırğanı satmaq fikrinə düşmüşük haa. Hər şey elə ani və qəfil olub ki. Qız deyir, o sırğadan sonra bir də ərə gedəndə qızıl sırğam oldu. Qız dediyim – şairə .evinc Pərvanədi.

    Uşaqların psixologiyası böyük nəsllərin heç vecinə olmayıb, belə çıxır.

  3. En dehisetlisi mence, xsusi ile oglan usaqlarinin usaq vaxtindan “onsuzda basa duwmur deye duwunerek ” usaqi bir basqasini soymek ucun oyredilen soyuslerdir. Ancaq her bir kelime her hereket, insanin psixologiyasinin butovluyune boyuk tesir edir.Bele ki,
    uwaq vaxtinda (oglan) ” emiye …. de ! )
    – emi sen …. +sen ) hahahahahah ” kimi weyler duwunulmeden (dediyiniz kimi,savadsizligin neticesi ) usagin yeni formalasan psixologiyasinda ele ilk baltani vurmaqdir…

  4. Hamısı savadsızlıq, maarifsizlikdək irəli gəlir. Aradan da qaldıra bilmirik. Ona görə yox ki, istəmirik. Çünki elə bir dövlətdə yaşayırıq ki, artıq böyüklərimizi keçdim, yeniyetmələrimiz də qazanc dalınca qaçırlar. Bu gün 10 manat qazandım, sabah görəsən neyniyim. Hər gün eyni dərd, hər gün eyni problem. Cəmiyyətimiz beləcə də məhv olur.

  5. Məncə yaxşı valideyn olmaq üçün öz uşaqlıg illərini anaraq hərəkət etmək lazımdır. Biz uşaqlıq xatirələrimizi övladlarımızla daim paylaşmalı, uşaq vaxtı bizi narahat edən problemlərdən öz övladlarimıza söz açmalı və beləliklə də eyni problemlərə munasibətini öyrənməliyik. Belə olduqda biz nəinki övladlaımızi hətta özümüzü belə yaxından tanıya bilırik. Bir də axı uşaqlar üçün bu həmişə maraqlıdır görəsən ata -ana uşaq olanda necə idi, nə oynayırdı, nə bacarırdı və s
    Mən bunu öz təcrübəmdən yazıram və bütün valideynlərə də tövsiyyə edirəm. Öz kiçik yaşlarınızın acı və şırin xatirələrini nağıl formatında gələcəyın Böyükləri ilə bölüşün…

    Can nənə bir nağıl da de…
    Ömrüm günüm yat daha.
    Hamısını indi desəm,
    Nağıl qalmaz sabaha…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma