Saqqal söhbəti

Müxbir işlədiyim vaxtlar bir gün fundamentalistlərdən reportaj yazmalı idim. Sumqayıtda onları tapıb, reportaj yazmağa razı saldım. Bircə şərtləri vardı: başımı bağlamalıydım. «Yaxşı  reportaj üçün nə etməzsən?» deyib, öz prinsiplərimi bir günlüyə ən uzaq siyirməyə qoyub qıfılladım.

Ancaq reportaj alınmadı. Çünki  görüşdən bir neçə saat öncə Sumqayıt polisi onları tutub, saqqallarını qırxmışdı. Saqqaları yerinə çıxmayınca kimsənin gözünə görünmək istəmirdilər.
Danışdığım bu hadisə hardasa bir il öncə baş verib. Din və dindarlar kimi mənim tam anlamadığım mövzularda danışmaq çətindir. Subyektiv olmaqdan və kiminsə hisslərini təhqir etməkdən  çekinirəm. Həyatımın ayrı-ayrı vaxtlarında dinə münasibətim tam fərqli olub. Ateist, dindar və ən sonda Allaha inanan, amma dini xurafatı qəbul etməyən birinə çevrildim. Buna baxmayaraq, hər adamın dini hisslərinə hörmətlə yanaşmışam. O vaxta qədər ki, bu, fanatizmə ya dini ekstremizmə keçmir. Məncə, din hər insana məxsus çox özəl bir yaşantılar, hisslərdi. Onunla nə forslanmaq, nə də qürurlanmaq lazım deyil. Amma cəmiyyətdə din bir çoxları üçün dəb halına düşüb. Bir etiraf da edim, bütün fundamentalistləri, bütün fanatikləri sevmirəm. Amma onlara və dindarlara qarşı dövlət səviyyəsində başlanan səlib yürüşünə də anlam verə bilmirəm. Ən gülməlisi budur ki, çox maraqlı bir üsul seçilib. Polislər onları tutur, saqqallarını qırxır, qızları hicabla məktəbə, universitetə buraxmırlar. Saqqal saxlayanları ibadət yerinə buraxmırlar. Saqqallı adamlara bazarda ticarət etməyə izn verilmir və s. Xarici atributlar olan saqqal və hicabı belə zorakı yollarla ləğv etmək olmaz. Hər hansı təzahürlə belə barbar yollarla mübarizə aparmaq … Bu hökumətdən bundan artıq nə gözlənilər?! Lap yadımdan çıxmışdı. Grand pardon. Bundan əlavə mətbuat və hökumətin cibində olan siyasətçilər də bu kampaniyaya qoşulub. Əslində onların mübarizəsi də zorla saqqalı qırxdırmaq kimi, “dahiyanə” və uzaqgörən siyasətdən o yana getmir. Böyük demokrat Ramiz Mehdiyev zırpı bir yazı yazıb dinin təhlükəyə çevrilməsi barədə. Böyük demokratın ardıcılları həmən aktivləşdi. «Exo», «Xalq qəzeti» və  başqa nəşrlərdə geydirmə ziyalılar Azərbaycanın əsas təhlükəsini dində və dindarlarda görməyə başladı. Sonra bu, isterikaya çevrildi. Indi kim tənbəllik etmirsə (mən də bu siyahıdan – V.C) bu mövzuda yazır. Buna  heç təəccüblənmirəm. Ümumiyyətlə, təəccüblənmək kimi bir xüsusiyyəti çoxdan itirmişəm. Amma boyuma bir böyük qələt götürüb balaca, lap balaca məsləhət vermək istəyirəm. İstəyənlər bunu «Vəfa belə istəyir» janrına aid edə bilər.
Əgər siz də mənim kimi, kiminsə əlində oyuncaq olan, ya da kimlərinsə zənginləşməsinə, ya da siyasi dividendlər qazanması üçün yayılan dini təriqətlərə qarşısınızsa, rasionalizmlə, alternativ fikirlə həmin insanları o təriqətdən çıxarmağa çalışın. Zorakılıq ancaq zorakılıq və aqressiya doğurur. Xarici atributları məhv etməklə ideyanı boğmaq olmaz. Bir az da dərinə baş vurun. Bu adamlar nə üçün dinə sığınıblar? Depressiya düşən, maddi problemləri olan insanların çox zaman yeganə sığınacaq yeri məhz din olur.  Insanlara sakitlik və firavan həyat lazımdır. Ey, hökumətlərdəkilər…. auuuuuuu!!! Eşidirsiniz?! Bəlkə, bu insanların çalışması üçün, normal yaşaması üçün şərait yaradasınız? Vallah, onda heç saqqalları da qırxmaq lazım gəlməz. Özləri işə getməmişdən qabağ qırxarlar.

“Saqqal söhbəti” üzərinə 5 şərh

  1. Bu yaxınlarda toydan çıxmışdım.Bərk vurmuşdum (yeriniz məlum).Taksi saxladım,oturdum və diksindim.Sürücünün yanında bir nəfər də var idi.Hər ikisinin uzun saqqlı var idi.Birinci sualım bu oldu ki,”Vəhhabisiz?”.Vurmuşdum axı ))))).Təxminən 20 dəqiqə yol yoldaşı olduq.Vəfa,əsl reportaj ona deyərdim.Kaş yanımda diktofon olardı,yazardım Sizinçün.

  2. Salam. Vafa xanim, heqiqeten dinden xeber olmadan danishmag cox cetin ve mesuliyyetli ishdir. Saqqal saxlamaq niya lazimdir veya niye saxliyirlar? Bu suali hem saqqal saxlayana hemde saxlamayib dindar olana verin baxin gorun ne cavablar verecekler, sonra oazunuzde dinde saqqala aid neler var acin oxuyun, yanashi qoyun 3 fikiri ve mence orada olan dushunceni fikiri basha dusheceksiniz inshallax. Din-kasib olmag demek deyil, pulsuz olmag demek deyil, hersheyden mehrum olmag demek deyil, sadece olarag o veziyete dushennen sonra dini daha yaxshi anlayir insan.
    Din duz yol, Allahimizin bize gosterdiyi duz yoldu hansi ki bizi axiretde gozel bir yere getirecek bir yoldur. Yeni insana serf elemeyende bashlayir dini sef yozmaya. Din insan mentiqinin dushunub dushunub dushune bilmeyeceyi fikir olaraq o seviyeye gelebilmeyeceyi bir mocuzedir. Eger bir mocuze gozdeyirsinizse Allah tan ki daha cox Allahdan gorxub ona inanmaga bashlayasiniz, men size deyiremki siz ozunuz bir mocuzesiniz. Niye? Cunki insan Allahin yarattigi en mukemmel varligdir, hecbir diger varlig insannan garshilashdirila bilmez. Insanin strukturunu, gan dovrunu, sinir sistemini, bedenin gurulushunu bir dushunun? Insan bedeni bidene sinir ustunde gurulub, ve nervlermizin birinde bir nasazlig bash verse felc olurug bedenimizin bir terefi ishtemir, elleshirsiniz vurushursuznuz amma ki onu birde oldugu kimi duzelde bilmirsiniz niye? Cunki siz mocuze yarada bilmersiniz siz ozunuuz Allah terefinden bir mocuze olarag yaradilmishsinizdir. Insanin onurgasinda 4-5 milimetirlik oynama olanda artig insan ayaglariniz itirir ishtede bilmir onlari omurluk felc olur, niye insan birde onu duzelde bilmir? Bu bir mocuze deyilmi? Qan dovranimiz omururmuzun axirina kimi dovr edir diyanmadan, insan uzun muddetli oz bashina dayanmadan firlanan adi bir tekeri duzelde bilmir. Dunyamizin her terefinde mocuze var, her bir sheyde mocuze gormek olar eger siz Allaha inansaniz dinin anlasaniz. Din gozellik exlaglig mukemmellik demekdir. dushunebilmediyiniz heyrete geleceyiniz mocuze diyeceyiniz heyran galacaginiz bir sheydir Islam Dini. Herkes ozune gore qilir namazi, ozu ucun edir duasini Allaha. Dinin en gozel yoluda Peygemberimizin s.s. yashadigi omrune baxarag ders almagdir.

  3. Din haqqda deye bilmerem amma kimin saqqal saxlayib kimin saxlamayacagina biz qerar vermirik! men dindar deyilem hetta dini anlamiram ve qeti qebul etmirem. amma kimsenin dini etiqadina qarismaq kimi cesareti de ozumde gormurem. din her insanin intim hissidir.
    yenede hicab taxmaq ya taxmamaq? saqqal saxlamaq ya saxlamamaq her insanin sexsi isidir fikrinde qaliram
    size ise ugurlar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma