30 milyon bayrağı qaldırmadı, indi görək 200 milyon fəvvarəyə od püskürdəcək?

Dünyanın ən uzun zadı quraşdırmaq yarışması davam edir. Hökümətimiz olan qalan ağlınıda hardasa itirib! Arazın sözü olmasa bir o qalıb ki, bizim var – yoxumuzu söysünlər canlı efirdən. Amma bəzən elə şey edirlər ki, adamı var yox söyüşündən də pis tutur. Dubay mülkləri, Bayraq meydanı, indidə dünyada ən hündür musiqili fontanı! Adamın hətta söyməyə  də həvəsi qalmayıb.

Musiqili od fəvvarəsi metronun “Əzizbəyov” stansiyasının yaxınlığındakı yeni salınacaq parkda quraşdırılmalıdır. Park da yəqin heydər Əliyev adına olacaq. Od püskürən fontan  60 metr hündürlükdə olacaq. O 500 beton dayaq üzərində qurulacaq.

Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı büllur və paslanmayan metaldan hazırlanacaq. Tikinti işlərində ABŞ-ın və Almaniyanın “Schott Class”, İngiltərənin “Aspinallis” şirkətləri iştirak edəcək. Büllur işlərini İngiltərənin “Wilkinson pls” şirkəti həyata keçirəcək. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcəklər. Bütün dünya bizim fontan üzərində işləyib görməmişliyimizə gülür!  Bizi ələ salmaqları danormaldır, əhalisi acından ölən ölkə 200 milyon dollar fontana verir!!!  10 manat maaş və təqaüdləri qaldırıb yüz  milyonlarlı  xarici  şirkətlərin qarnına tökərlər?  Amma nə edək ki, büdcəyə neft pulları axdıqca hakimiyyətin bu cür mənasız  layihələrə həvəsi daha da artacaq! çox hələ Əliyev və onun əyyanları bizim pulumuzu göyə sovuracaqlar!

Mənə maraqlıdır, toplum nə vaxt bu quldurlarla  haqq hesab çürüdəcək?

“30 milyon bayrağı qaldırmadı, indi görək 200 milyon fəvvarəyə od püskürdəcək?” üzərinə 7 şərh

  1. Achigi men bu tip layihelere bu qeder pul ayrilmaginin terefdari deyilem, ancaq ki, hokumet ehali ne isteyirse onu verir.Inanmirsinizsa gedin axshamterefi bayraq meydanina baxin.Hele istifadeye verilmese de, her kes en azindan gelib bayraga baxaraq tum chitlayib siqaret chekir.Gozel menzeredir.
    Bir bashqa ise bulvara qoyulan xercden sonra ehali her axsham ora gezmeye chixir.Demeli ehalide buna ehtiyac var.

  2. Tənqidiniz yerində olsa da. Demək olmaz ki, adlandırdığınız quldurlar fəvvarə qoşmaqla pis eliyirlər. Bizlər uzaqdan baxanda təkcə fəvvarəni görürük zatən. Çox maraqlı və ağlabatn iş olar məncə. Nə olar ki bir də Əliyevləri düşünmədən bu layihələrə baxasınız. Elə bilin başqaları bu işi görür. Çox ehtimal, Uzaqgörənlikdən su içir bu işlər. Türisti bir şəhər statusuna gəlsə bakı, bu böyük bir gəlir mənbəyi olar. Tənqidləri ancaq əsigəməmək də lazımdı. Hərşeyə otaydan da baxmaq xoşdu hə.

    1. 15 milyondan – 200 milyona qeder xerci var bu fontanin! bir fabrik tikmek olar bu meblege! hem bu yeni bir sey deyil ki Yaponiyada ve basqa olkelerde bu var! sizce turistler yaponiyaya geder ya Azerbaycana? eger turist celb etmek isteyirlerse qiymetler asagi salinmalidir! menim xarici dostlarim deyir ki azerbaycandaki otel qiymetleri cox bahalidir turistik turlar ise maraqsiz ondansa gurcustana gederik
      mence haqlidirlar

  3. Acigi dusnurem bele lahiyeler cox olsa Azerbaycanda ela olar. Cunki gelecekde neft bitdikden sonra Azerbaycanin gelir menbelerinden biri de turizm olma ehtimali var .Düzdür bu fantanın qurulması üçün tələb olunan pul cox ola biler.Düşünürəm ki buna dövlət tərəfindən edilsə əla olar.Düşünürəm Azerbaycana turizm gelişini artırmag məqsədi ilə Disney land-de tikmek olar.Fransada olan disney land duşunurem gündə hele disneyin ozune en azi 500 000 Avro temiz gelir verir .Hələ ora geıen turistlerin otellere magazlara gelirlerini demirem.Ne ise uzun sozun qisasi bele lahiyeleri destekliyirem ve düşünürem Azerbaycan dünayanin en möhtəşəm ölkəsi olacaq

  4. MƏn bu cür layihələrin əleyhinəyəm.
    Bir işi iki dəfə görürlər.
    Pulları səpələyirlər.
    Azadlıq metrosu bir il yox idi ki, istifadəyə verilmişdi, tavanı uçdu.
    Bir neçə gün əvvəl yağış yağdı şəhər hovuza dönmüşdür, yaxşı ki Nyu-Yorkdakı yağışlar burda yağmır. Yoxsa hamı lotka istifadə etməli olar. Bayraqdakı iki dəfə cırılıb. Getsinlər əvvəl kanalizasiyanı normal düzəltsinlər.

  5. ayrilan pulun tamamile lahiyenin heyata kecmesine serf olunsa beli,desteklemek olar.yoxsa Azerbaycanlilarin sohbeti kimidise(ordaki korpunu gorursen?
    _yox.
    bax orda korpu OLMALIYDI!)gedib ac ehaliye yardim elesinler.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma