Ceyhun Osmanlıya: Utanmasan oynamağa nə var ki?

Ceyhun Osmanlı Sabirabaddan deputatlığa namizedliyini vermiş hakimiyyət adamı

Mən demişdim bu seçkilər maraqlı olacaq. Amma bu qədərini heç mən gözləmirdim. Bu qədərini deyəndə, bu qədər həyasızlığı nəzərdə tuturdum. Ceyhun haqqında yadımda qalan: babası və nənəsi tərəfindən ərköyün böyüdülən, Harvardda iki həftəlik Liderlik kursu almış insandır. Çoxlarının yadında İlhamla İrəli kompaniyasının rəhbəri kimi qalıb. Əksəriyyət üçün sadəcə hakimiyyətin bir vintiki, özüdə yaltaqlıqda sədd bilməyən nuruş vintikidir. Bu adam bu ilki deputatxanaya seçkilərinə ən problemli dairədən qatılır. Sabirabaddan. Niyə problemli çünki bu yay bu bölgənin insanları təbii fəlakətlə sel və daşqınlarla təkbətək, əlbəyaxa mübarizə etməli olmuşdu. Çoxları evlərini, mal- qarasını, var – dövlətini itirmişdi. Hakimiyyətimiz isə insanlara kömək yerinə yağlı vədlər vermişdi. Hətta AZTV təbirincə desək selin qarşısını almış prezidentdə ora gəlsə bu adamlardan səs ala bilməz. Çünki ümidsizdirlər.
İndi bizim Harvard təlimlərindən məzun olan, armudu stəkanda pürəngi çay və Mak buku ilə poz verən gənc Osmanlıya qayıdaq. Qədeş dəhşətli PR addım atıb! bu bölgədə “Sağlam dişlər, sağlam təbəssüm” layihəsinə başladıb. Təbii öz adından yox, rəhbərlik etdiyi İrəli İB- nin adından! Təşkilatın rəsmi açıqlamasına görə, layihə çərçivəsində rayonda 500-dən çox aztəminatlı ailədən olan uşaqların dişləri pulsuz müayinə və müalicə ediləcək.

Mən sadəcə bu mənzərəni təsəvvür edirəm. Hər şeyini itirmiş çadırlarda yaşayan (hökümət sadəcə 22 ev inşa edib seldən əziyyət keçmiş adamlara) insanlıara gəlirlər ki, gəlin sizin dişlərinizi düzəldək, bir diş pastası da hədiyyə verək üstündə, siz isə gedin Ceyhun Osmalıya səs verin!  Ayıbdı! Harvardda iki həftəlik kurslarda sizə insanları dolamağı və onların problemlərinə belə barmaq arası yanaşmağı öyrədiblərsə heyif o  büdcədən ayrılan10 min dollara!

“Ceyhun Osmanlıya: Utanmasan oynamağa nə var ki?” üzərinə 23 şərh

      1. o tutaq ki yaltaqliq edib bu yere gelib..bunun size istisi soyugu var? yoxsa sohbet hezm sohbetidi? qebul ede bilmirsiniz ay nurushmus ay nebilim neymis.. guya insanlarin gozunu acmaga calisirsiniz. Bu adam eslinde yaltaqmis ona ses vermeyin. Realliga baxsaq ses verilecek basqa adam kimi adam var? Ona buna palciq atmaq deyillee.. O zaman men de bele fikirlserem ki siz karyeranizi Ceyhun Osmanliyi asagilamaqla qurursunuz! Bele mentiq olar beyem? o biri soze gore de uzr isteyirem.agressivliyiniz meni de agressiv etdi

  1. Yox,yox budceden ayrilan pulu cox yaxsi bilirler hara ve kimlere ayirmag lazimdi.Budur garsinizda hemin pulla yetisen kadr!Hakimiyyetin el-altisi.Atlisida deye bilersiz.Gagas tek Sabirabad ehlini goyun yerine goymur facebook sehifesinde Harvard University mezunu oldugunu yazarag ordaki *dostlarini* da goyun yerine goyur.Iki heftelik kursla Harvard-dan mezun olan bu oglan gorunur ki oz aleminde ozunu cox agilli insan hesab edir ve millete gullug etmeyede ozunu layig gorur.Seckiler kecirilmemis xidmetine dis duzeltmekle basliyib.Halaldi!Millet vekilliyi *peshke*lerini Ireli yazan bir pankart-la harasa genc neslin beynini yumaga gondermeye,birde ac telebelere teskil etdiyiniz manis konsertlerine benzemez Ceyhun muellim.Millet vekilliyi sozunun menasini oyren ondan sonra namizedliyini verersen.Indi ise Harvarda geri gayit 4-5 heftelik bir kurs daha al belke ozunun kimi bir iki nefer *agilli* taparsan aldatmaga…

  2. deye bilerem ki ela yazidir !

    men dogrudan Osmanlinin Harward mezunu oldugunu sanirdim, nese yeni bir shey oyrendimse demeki teshekkur etmek borcumuzdur !

    O ki qaldi Osmanlinin namizedliyine, mence bu il Ceyhun mandat adi alacaq….

  3. Size yalniz yazigim gelir. Bu cur yazilar yazan adamlarin coxu demek olar ki heyatlarinda hec bir ugur qazanmayib basqalarinin ugurlarini laga qoyanlardir. Vefanin kim oldugunu haradan geldiyini, ne yuvanin qusu oldugunu hami bilmese de bilernler bilir. Men senin yerinde olsam ozumdeki tiri gorerdim basqalarin gozunde cop axtarmazdim. Adam 10 ildir isleyir, vurusur, calishir ve bu onun haqqidir. sizse yalniz komputer arxasindan bas verenlere oz serhlerinizi yazmaqla kifayetlenirsiniz. Size tupurmeye bele adamin heyfi gelir…

  4. Harvard məzun olsaydı, əmin olun ki facebook-da Harvard network’suna qatılardı. Maraqlısı odur ki, ora qatılmaq üçün üniversitetdən tələbə kartı almaq lazımdır =)

    Deməli oxumayıb kurs alıb gəlib. Gəşəng yazıdır! Uğurlar..

  5. Bele ki, Ceyhun kimi calismaga qalsa hami calisar.Kiminse g….e girmek cox asan iwdi ama kiwiye bele iwler yarasmaz ancaq bele iwleri namerdler ozunu meshurluga ve pula satanlar ede biler.Calissin ama kiwi kimi.Onda kim ne deye biler?
    DEFENDER sen ozun de it kimi bilirsen ki,Azerbaycanda kim ne cur pul qazanir ve senin sevimli Ceyhununda nece.
    Bir de kecmiwde ne oldugundan yox indi ne oldugundan daniw.
    1.Senin kimi qoyunlar(qoyuna yene bir how dedikden sonra yolundan donur) belelrinin arxasinda durur.
    2.Ya da ki,sende ele onun kimi bir insansan ki,Ceyhuna dayaq durursan.
    Hec ne evezsiz qalmayacaq.Ve sizin her biriniz bunun cavabini vereceksiz.
    Rasulzade bizim ureyimizi titredir bizi cihada sesleyir.Onun qurdugu Cumhuriyyet bele itlere emanet olunmayib.Ermeni-kurd qarisihigi bize hokmranliq ede.
    Azerbaycan bizi sesleyir.

  6. Sizler, siz muxalifetchiler sanki chox agillisiniz?Ozunuzu cirirsiz ki, biz hakimiyyete gelsek ‘filfilo’ edeceyik hami xosh ve firavan heyat surecek.Guclu, serishteli ve savadli kadrlar olsaydiniz sizler 20il erzinde 1 dene programla ireli chixardiniz.Siz hakimiyyete gelseniz ne edeceksiniz step by step achiqlayardiniz.Kuchelere chixib qishqirmaqla deyil.(choxlariniz piketlerinize ona gore qatilir ki, polis onu tutan yerde shekil chekdirib daha sonra da o shekili goturub gedib xarici olkelerin birinde vetendashliq alib yashayasiniz buna faktlar da var)
    Sizler gedib sagda solda ichib, chekib shellenende Ceyhun Osmanli ve beli sizin yaltaq dediyiniz onun teshkilati Azerbaycandaki telebe ve shagirdlerin savadlanmasi uchun balaca, daxmaya benzer ofisde gece gunduz chalishirdilar.Chox sheye de nail oldurlar.Ireli belke de sizin umumi muxalifetchi sayindan chox uzv sayina malik olub.
    Ona buna yaltaq deyirsiz, sifarishle ish goren deyirsiz meger sizin aranizda blog yazib xarici olke sefirliklerinden pul alanlar yoxdu???
    Camaati laga qoyursuz guya Harvard mezunudur.Siz hara mezunusunuz bilmirem ancaq, eminem ki, hele de HEBS sozunun nece yazildigini basha dushmeye chalishmamisiniz.
    Bir de ki Vefa xanim, bashgasinin bostanina dash atmaga ne var ki, utanmasan…

    1. TArqovinin ortasindaki ofis daxma idi?
      An sebekesi tekce AFU – nun islerini izlesez ezizim gorersiz biz ne isteyirik ve ne edirik!
      Biz hec vaxt kucelere tokulub nar paylamamisiq
      Bizim butun aksiyalar sosial siyasi mahiyyet dasiyib
      Eger bizim fealiyyet haqqinda bilgiviz yoxdursa girin oxuyun arasdirin dedi qodulara cox bash qosmayin
      Ugurlar

      1. Xeyr, men onlarin ilk ofisini nezerde tuturam.(Indiki Fizuli, kechmish Maksim Qorkiy kuchesindeki)
        AN shebekesinden de xeberim var. AFU-nun telimlerini de teqdir edirem, chox faydalidir.Ancaq ki, gelin bunlari sizin terefdashiniz oldugunuz ‘Ana muxalifetin’ adina chixmayaq.
        Emin olun ki, kimse nar paylamagi US-de elese idi bunu chox orijinal fikir kimi destekleyerdiniz.Nar paylamamisiniz evezinde chixib qishqirmisiz, kuchede istirahet eden insanlari narahat etmisiniz (istenilen halda sizinle eyni siyasi eqideni paylashmayan insani oz icazesiz piketinize gore narahat etmeye haqqiniz yoxdur)Hele men 2003-cu ilde bash veren xaos yaratmaq isteyinden danishmiram.(Hakimiyyeti deyishmeyi behane getire bilersiniz ancaq, bu da butun dezavantajlari dushunulmush ve birbasha Azerbaycan xalqinin xeyrine yonelik addim deyildi.)Sizin hech bir planiniz yox idi sadece barbarcasina hakimiyyeti ele kechirmek isteyirdiniz.Bunun sirf iqtisadi neticelerinin nece acinacaqli olacagini anlamaq uchun Beynelxalq Iqtisadi Munasibetler fakultesinden mezun olmaga ehtiyac yoxdur.
        Beyenmediyiniz Ireli-den bir numune getirim.2006ci ilde Ireli mekteblerde muellimler terefinden bash tutan bezi ozbashinaliqlarin qarshisini almaq uchun mekteblerde shagirdlerin oz bacariqlari ile bezi problemlerin qarshisini almaq uchun layihe heyata kechirdi.Azerbaycanda ilk defe mekteblerde mudur muavinin sozu ile eyni derecede sayilan mekteb parlimantler quruldu shagirdler terefinden.Hech bir shagird kiminse tanishi, qohumu idi deye orda oturmag haqqina sahib deyildi.Chox demokratik shekilde qurulan parlament fealiyyete bashladi ve bir chox musbet deyishikliklere imza atdi.
        Men Ireli Gencler Herekatinin uzvu deyilem ve olmamisham ancaq, Ceyhun Osmanli bugun muxalifet dushergesinde olan bir chox gencden oz biliyi, bacarigi ve ishguzarligi ile qat-qat ustundur.

      2. Sen cani arada su ic! bu qeder nifret, bu qeder menfi enerji dasiyicisi olub, bu qeder AZTV – lesmek olmaz atam balasi!
        Men hec bir partiyanin teskilatin uzvi deyilem! deyirem oxumursan, arasdirmisan deyirsen, yox e men bilirem! MEN AN sebekesinin uzvuyem!
        Muxalif dusunceliyem! bilirem siz terefde uje mux – hecasini deyen kimi AZTV cumleleri baslayir: caxnasma, qardasi – qardasin ustune dusurtduler, AMerika ve Avropa spionlari, ermeniperstler! veten xainleri ve.s. az qala kuresel isinmenida Ana muxalifetin boynuna atirsuz!
        ezizim senin Ceyhun haqqinda dediklerinden artiq bas belli melumdur ya sen bu insani heqiqeten tanimirsan ya da ozuvu gijdiye vurmusan! her halda yaxsini pisden ayirmag her kisinin isi deyil
        Elvida

  7. Soz verirem teklifinizi dinleyib su ichecem.Ancaq siz menim tekliflerimi nezere alsaniz itirmezsiniz, qazanarsiniz.
    1.Obyektiv olun.
    2.Sehve sehv, duze duz deyin.
    3’Cavab’ vermek uchun danishmayin.
    4.Kitab oxuyun.
    5.Konservativ dushuncelere qapilmayin.Ozunuze guzgude baxmagi bacarin.
    6.Oz dediklerinize once ozunuz inanmaga en azindan chalishin.
    7.Bunlarin hamisindan once ise tanimadiginiz shexse sen yox siz deye muraciet etmeyi oyrenin.
    Yazdiqlarinizda hech bir mentiqli argument gormediyime umumi teklifler verirem.Belke bunlardan sonra telesmeden, temkinle, dushunub dashinib cavab verersiniz.
    Sag olun

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma