Qaranlıq, üfunət iyli küçələr və qlamur Heydər Əliyev parkı

İsmayıllı, Heydər Əliyev parkı

Ismayıllı gündəliyimdən bir parça

“Hava qaralsın gəzməyə gedərik” –  rəfiqəmə çevrilən Aynur söz verdi. Hər nə istəyirsiz gözləyirdim amma Heydər parkında gəzəcəyimdən başqa. Heydər Əliyev muzeyi, Heydər Əliyev heykəli, Heydər Əliyev adına kitbabxana, İcra hakimiyyəti, üç dənə fontan və təbii ki, qazonlarda : “Diqqət! Qazon! Girmək olmaz!” lövhəsi. Minimum ağac(yaxshiki o dörvdə 60-ci s illərdə  bu agacları  “subotniklərdə”əkiblər), maksimum mərmər. Sanki bütün bu parklr hər yerdə eynidir. Bir sənətkarın fırçasından çıxıblar. Bir azacıq orijinal olun!

9 – dan sonra parkda insanların sayı artdı.  Qızlar qardaşlarının və valideynlərinin nəzarəti altında gəzməyə çıxarılmışdı. Oğlanlar dəstə – dəstə Heydər Əliyev muzeyinin arxasındakı mərkəzi çayxanaya axışırdılar. Parkın o başından bu başına qədər gedib gəlməkdən yorulub, çayxanada dincimi alıb çay içmək istədim. Təkidlərimə baxmayaraq  bu gəzinti zamanı o çayxanada otura bilmədim. Yenidən  icra hakimiyyətinin qarşısından keçib, parkı dövrə vurub(bu cəmi ən asta – təmbəl yerişi ilə 10 dəqiqə vaxt alır) çayxana ilə üzbəüz uşaq sürüşgənlərinin möhkəmliyini yoxlamaq üçün həm də bekarçılıqdan ordan sürüşüb Heydər Əliyev adına mədəniyyət evinin pilləkanlarında oturdum. Heydər Əliyev muzeyinin yanında yerləşən bu Heydər Əliyev adına Mədəniyət evindən  kənd cavanları üçün “diskoteçnıy” musiqi sədaları gəlirdi. Repertuar: Aysel ve Araş, türk arabeski və Röya. Uşaqlar və bir neçə İsmayıllı gənci Aysel və Araşın bizə Evrovisionda üçüncü yer qazandırmış ritmik musiqinin sədalrı altında rəqs edirdilər.

Bütün bu zahiri əzəmətdən və artıq üçüncü dəfə çalınan Ayselin mahnısından yorulub Aynur gilə qayıtmaq və parkda o yan bu yana gedib gələn bu umidsiz insanlara və asudə vaxtını keçirməyə yer tapmayan gəncləri unutmaq istəyirdim.

Parkdan bir küçə sonra əsl İsmayıllını gördüm: dar və qaranlıq küçələr, asfaltsız yol, hər həyətdən gələn  spesifik insan və həyətlərdə saxlanan mal qaranın nəcis qoxusu (İsmayıllıda kanalizasiya sistemi olmadığından tualet dedikdə əksərən- dərin quyu üzərində ucaldılmış taxtadan divarlar və dam əvəzi şifer parçası nəzərdə tutulur ).  Evə qədər yol yoldaşlarımla “gələcək özü gəlməyəcək” kompaniyasından danışırdıq. Parkın dəbdəbəsindən sonra hər həyətdən gələn üfunət qoxusu, palçıqlı çalaya düşməyim, bu zülmətdə addımlamağımız və bu mövzuda danışmağlmızdan daha absurd heç nə ola bilməzdi. Gün ərzində ikinci dəfə ağlımdan bu dəfə ikrahla: “İqtisadi inkişaf deyəndə görəsən AzTv nə nəzərdə tutur, ya da mən paralel dünyada yaşayıram” fikri keçdi. Amma  əgər hətta belə yolda, bu spesefik şəraitdə gələcəyin bizsiz gənclərsiz gəlməyindən düşünən varsa, bəlkəm tunelin axırında işıq var? Bəlkəm də yoxdur…

“Qaranlıq, üfunət iyli küçələr və qlamur Heydər Əliyev parkı” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma