cızma qara

ağrı hiss etmirdi. Sadəcə alt paltarında qan ləkələrinin izi var idi. çəhrayı parçanın üzərindəki qırmızı rəngə baxıb  iki dəqiqə sakitcə oturdu. Ağrı yox, boşluq var idi. Yenə uşağını  itirirdi. yorğunluq və çarəsizlik onu bürüdü. birtəhər ayağa qalxıb yuyundu. əllərindəki qana baxdı. bu pis yuxu idi. gözlərinin yumub beşə qədər saydı, oyanmaq istəyirdi. gözlərini açanda yenə kafenin tualetində olduğunu gördü. şalvarını qaldırıb düymələdi, kranı açıb əl üzünü yudu. bunu heç nə olmamış kimi hər gün etdiyi kimi etdi. sonra əllərini qurutdu. Tualeti tərk etməmək üçün bu ritualı bir azda uzatdı. qapını açıb dostlarını köməyə səsləmək istədi. sözlər hardasa boğazında ilişib qalmışdı. Vəziyyəti dramatikləşdirməyi sevmirdi, amma faktida konstatasiya eləmək istəmirdi. Bunu kiməsə etiraf eləsəydi artıq hər şey əldən gedəcəkdi. ola bilər ki, bu planlaşdırılmamış uşaq idi. amma onun bir hissəsinə çevrilmişdi artıq.

– Fidan! bir dəqiqəlik bura gələ bilərsən? – öz səsini eşitdi.

fidan hər şeyi sözsüz başa düşdü.

– Uşaq?

Hələ dəqiq heç nə bilmirəm… qan axır. Bəlkəmdə adi qanaxmadı.

– Hər halda xəstəxanaya getmək lazımdır.

20 dəqiqədən sonra xəstəxanadaydıq. gecə 12 idi. Girişdə tibb bacısı bizi şübhə ilə  süzüb qanaxmanın olduğunun sübutunu istədi. Azərbaycan xəstəxanalarında xəstəyə inamsızlıq adi hal idi. Heç mübahisə eləmədən alt paltarımı şırmanın arxasında çıxarıb bu iyrənc orta yaşlı, bol kosmetikaya laqeyd olmayan kök qadına göstərdim.

– Yaxşı keç içəri, – dedi, – İndi həkimi oyadaram.

sadəcə rəfiqəsi ilə, heç bir kişinin müşayəti olmadan gəlməsi,ən qədim peşənin sahibi olmağı haqqında  tibb bacısı cismində olan bu balaca buddanın şübhələndiyindən adı kimi əmin idi. zombi kimi Həvva ona verilən əmrləri yerinə yetirirdi. qonşu otaqdakı çarpayıya sərələndi. otaq qaranlıq idi. göz – gözü görmürdü. sakitlik istəyirdi. ağrılar başladı. çantasından uşağın uzidən verilən şeklini çıxarıb baxmağa başladı. “sənin də üzünü görməyəcəm”.

Hıkim yarım saat sonra gəldi. Evli olub olmadığını soruşdu.

– iki həftə sonra toyumdu

– Neynirsən onda uşağı, təmizləyək gül kimi get ərə!

– İstəmirəm, uşaq istəyirəm!

Həkim Həvvaya baxıb başını buladı.

– Yaxşı Uziyə baxan gedib evinə çimməyə. taksi pulunu ver, gətirək! – dedi.

Həvva əlini çantasına uzatdı. 10 manat verib “uziyə baxanı” gözləməyə başladı. telefon durmadan çalırdı. yəqin Kamrandı. heç kimi uziyə baxandan başqa görmək və eşitmək istəmirdi.  birdən otağın dərinliyindən səs gəldi:

– nahaq yerə dedin ki ərdə deyilsən, indi səndən üç qat pul alacaqlar.

Həvva başını qaldırıb səs gələn tərəfə baxdı, gözləri qaranlığa alışmışdı. yataqda 20 – 24 yaşlı qız uzanmışdı.

– Onlara nə mən evliyəm ya yox?

– Mən üç həftəfir burda soxraneniyadayam, bunların necə işlədiyini bilirəm – səni burdan soyub buraxacaqlar! –  deyib üzünü divara tərəf döndərdi.

heç kim Həvvata nə iynə vururdu, nə su verirdi. qanaxma dayanmırdı. az sonra qapı açıldı. girişdə Həvvanı qarşılayan tibb bacısı, xəstə mənimlə gəl, – deyib itdi.

Həvva olan qalan gücünü yığıb ayağa qalxdı. onu balaca bir kabinetə saldılar. uziyə baxan sarışın saçlı cavan qız idi.

– Saşımı qurulaya da bilmədim, – deyə mırlıdadı, –  uzan. neçə ildi evlisən?

– İki həftədən sonra toyumdur.

– Az neynirsən uşağı? rədd elə canın qurtarsın, sonra söz sühbət, qaynana….

– Nəsə eləmək olarsa eləyin!

– heç nə eləmək olmaz, borudadı artıq, aparın 425 – ci otağa!

425 – ci otaqda həvvaya ağrıkəsici üçün ayrı qiymət oxudular, əməliyyat üçün ayri qiymət. 200 manata başa gəldi hər şey. uzun müddət iynəni vurmaq üçün damar tapılmadı. ginekoloq stolu ilə üzbəüz divarda ilham Əliyevin şekli vurulmuşdu. əməliyyatın ortasında Həvva oyandı. dəhşətli ağrı hiss etdi. Birdən gözü İlhamın şeklinə sataşdı!

Söyməyə başladı! həkimlər qorxularından bütün işlərini atıb hərəsi bir iynə ilə silahlanıb damarları tapmadan ağrıkəsicini təxmini damar hesab etdiyi yerlərə vurdu. bir saniyədə üç iynə vuruldu.

sonra isə boşluq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma