Oskar Uayld

Həyat çox ciddi məsələdir. Və ona görə onun haqqında ciddi düşünmək olmaz. Son bir həftə Oskar Uayld çox oxuyuram. Bu insan haqqında son bir ildə internetdə olan bütün məlumatları oxuyub ondan bəhs edən bütün sənədli və bədii filmlərə baxmışam. nə deyə bilərəm bu insanın yumor hissi, düşüncələri beynimdə yeni sahələr şumlayır. Postmodernistlər mətnin vacib olub yazarın rolunu silirlər. mənim üşün isə yazar əhəmiyyətlidir. istənilən kitabı oxumamışdan əvvəl yazarın həyatını oxuyuram, onun şekillərinə baxıb necə insan olduğu haqqda fikrimi formalaşdırıram.  mətni qavramaq onda daha asan olur. bəlkəm bu müəyən önyarğılara yol açır. şübhəsiz ki bu belədir. Mətnə qarşı subyektiv oluruq. Amma heyatda obyektiv deyilən bir şey yoxdur. Obyektivlik mifdir. Nə vaxtacan ki, insan düşünür, onun hissləri var o obyektiv ola bilməz.

Oska Uayld deyirdi ki kitablar hansını ki, əxlaqsız adalandırırlar onlar sadəcə dünyanın və insanlığın necə rəzil olduğunu göstərir. oskar Uayldın kitablarını dövrünün amoral kitabları sayırdılar. o isə ingilis cəmiyyətinin ikiüzlülüyünü açırdı. Sadəcə bu cümləsi ilə o ingilis cəmiyyətinin nifrətini qazanmışdı: Cəmiyyət qəddar canini bağışlaya bilər, xəyalpərvər insanı isə heç vaxt. bu cümləni oxuyanda Məcid yadıma düşdü. Məcid  xəyalpərvərdir. onun arzular aləmində uçması bizi reallığı qəbul edib pessimizmə yuvarlananları qıcıqlandırır. bəlkə də o bizə bizim xəyalpərvər vaxtlarımızı xatırladır. amma biz ona bu halını bağışlaya bilmirik.  qınayırıq, ağıl veririk, həyatı başa salmağa çalışırıq. amma unuduruq ki, təcrübə – bizim səhvlərimizə verilən addır.

Özümüz olmaq lazımdır, başqa bütün rollar paylanılıb

“Oskar Uayld” üzərinə 3 şərh

  1. 1.qeyd xeyalperver yox,xeyalperest. xeyalperver sozu Azerbaycan dilinde yoxdur. Bir de bir mesele var. Ingilis dilinde var daydreamer ve dreamer. 1ci xeyalperestdir,2ci ise heyatda yeriyen 2 ayaqli calilardan ferqli arzulara malik insan(Martin Luter Kingden bashlayaraq tarixin butun blatnoy qaqashlari).
    p.s. Oskar Ualdin hansi eserini meslehet gorursunuz Vefa xanim?

    1. yoxdursa demek onu icad elemek lazimdir))) dile her zaman teze sozler getirmek lazimdir)))
      Oskarin Dorian Qreyin portreti ve nagillarini oxuyun! en coxda eqoist div nagilini cox sevirem) birde Kontervil ruhu bunlardan baslayin sonra dramlarina cekin! en gozel pyesi menim zovqume gore inam ve ya nihilistlerdir))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma